Binlerce dünya klasiğini Türkçe ve ücretsiz okumak için hemen Kitaptik’i keşfet!
İçeriğe atla

Varis Alıntıları & En Çok Okunan Sözleri

Varis

Yazar
Varis
Pencere kenarında kitap okuyan
Konu görseli — kitabın kapağı değildir.

Varis En Beğenilen Sözleri

1. "Niyə yanıb söndün,ulduzlar təki,
De hansı arzunla tən olmamışam?
Sən elə, sən elə yaşayırsan ki,
Guya bu dünyada mən olmamışam."

- Əzilmiş Fotoşəkillər

2. ""Uzaqdan gələn yağış elə gözəl yağırdı ki...""

- Uzaqdan Gələn Yağış

3. "Dərdin irisi-xırdası olmur, adamı incidəni olur, bir də adam öldürəni."

- Uzaqdan Gələn Yağış

4. "'Yüzün gülebilir; ama acılarla yoğrulan yüreğin asla gülemez..'"

- Son Mektup

5. "Yaşamaq bir roman, sevgi isə onun kuliminasiyası...Elə bu cür yaxşı deyilmi, heç kəsi sevməyəsən. Öz romanını kuliminasiyasız yazasan..."

- Əzilmiş Fotoşəkillər

6. "Daha sevgilərə yer ayıra bilməyən ürəyim, büsbütün daşlaşmaqdan qorxmursan ki?"

- Bir Ovuc Torpaq

7. "Görəsən, niyə insanlar pis adam olmaqdan qorxmurlar, ancaq birinin onlara «pis adam» demələrindən qorxurlar?"

- Bir Ovuc Torpaq

8. "Bəzən əlvida deyib gedirsən, ancaq sonradan necə olursa, qayıdıb gəlirsən. Hərdənsə gedəndə hələlik deyirsən, ancaq bir də heç vaxt geri qayıtmırsan..."

- Bir Ovuc Torpaq

9. "Buraxdığınız səhvlərlə yaşamayın. Çalışın, onları unudasınız."

- Bir Ovuc Torpaq

10. "Yaşamaq istəyən adamı onun istəyinin ziddinə getməklə öldürmək qatillikdir. Bəs ölmək istəyən adamı onun istəyinin ziddinə getməklə xilas etmək nədir? Bəlkə, elə bu da qatillikdir? Ancaq humanist qatillik?..."

- Bir Ovuc Torpaq

11. "...Sonun sonu..."

- Sonuncu Ölən Ümidlərdir

12. "Özü özünü məhv edənlərin sayı özgə adamların əli ilə məhv olanların sayından çoxdur."

- Bir Ovuc Torpaq

13. "O küskün xatirələr,
Susacaq, dinməyəcək.
Bahar dönəcək yenə,
Bu sevgi dönməyəcək.
Unudaram hər şeyi,
Unudaram mən səni.
Ürəyim dözməz ancaq,
Özgəylə görsəm səni."

- Sonuncu Ölən Ümidlərdir

14. "...Ancaq qanı yuduqdan sonra xəncər yenə əvvəlki tək parıldayacaq..."

- Bir Ovuc Torpaq

15. "Həyat Allahın insana verdiyi ölüməqədərki möhlətdir."

- Bir Ovuc Torpaq

16. "Və bir də, insan həqiqəti axtarmaq üçün doğulub, onu tapmaq üçün yox..."

- Bir Ovuc Torpaq

17. "Adi həyatda hər gün onlarca adamla mübarizə aparıb, döyüşüb qalib gəlməklə iş bitmir ki. Oğulsan özünə qalib gəl: öz hisslərini, ehtiraslarını cilovla, öz səhvlərini etiraf elə, öz büdrəmələrinin qarşısını al!"

- Sonuncu Ölən Ümidlərdir

18. "Düşündü ki, hamını eyni günəş isitsə də, hamının eyni hərarət payı olmur... Düşündü ki, bu dünyada hər kəs öz dərdi ilə doğulur, ömür boyu dərdini ürəyi, beyni ilə yedirdir, içirdir, böyüdür... Axırda da dərd içindəkiləri büsbütün həzm edib onu məhvə sürükləyir...

Və birdən beyninə qəribə bir fikir gəldi. Nə yaxşı ki, heç olmasa, biz doğulana qədərki və biz öləndən sonrakı dərdlərin bizə heç bir aidiyyəti yoxdur!"

- Bir Ovuc Torpaq

19. "İndi insanlar insanlara yox ,əşyalara güvənirlər. İndi mənəvi olan maddi olanın ayağına verilir."

- Uzaqdan Gələn Yağış

20. "" Aşk, dipsiz uçurumlara umut köprüsü kurmaktır... ""

- Son Mektup

21. "-Yəni deyirsiniz, indiki dövrdə heç kim heç kimi sevmir?
-Yox,sevməyinə sevirlər. Ancaq indiki sivilizasiyanın insanları daha soyuqqanlıdırlar.Ürəklə,qəlblə yox,başla,beyinlə sevirlər. İndiki sevgi təmənnalı sevgidir."

- Sonuncu Ölən Ümidlərdir

22. "Həyatda inamsız və etiqadsız yaşayan insanlar, adətən, arzudan məhrum olurlar."

- Bir Ovuc Torpaq

23. "Qəlbimdə sən,fikrimdə sən,
Hissimdə sən səhər-axşam,
Sənsiz yaman darıxmışam,
Sənsiz yaman darıxmışam."

- Sonuncu Ölən Ümidlərdir

24. "Səni bütün yaşaya bilməyəcəyim zamanlara görə sevirəm. Səni bütün sevə bilməyəcəyim qadınlara görə sevirəm.
Pol Eluar"

- Uzaqdan Gələn Yağış

25. "Onu büsbütün sevərdim. Bütün cismini, hətta ruhunu belə..."

- Uzaqdan Gələn Yağış

26. "«Yaşamaq üçün unutmaq, unutmaq üçünsə ölmək lazımdır»."

- Bir Ovuc Torpaq

27. ""Dünyada insana özü qeder heç kəs pislik eleye bilmez""

- Əzilmiş Fotoşəkillər

28. "Allah yaşamağa hazırlıq üçün bizə cəmi doqquz ay vaxt verir. Ölümə hazırlıq üçünsə bütöv bir ömür qədər vaxtımız olur."

- Bir Ovuc Torpaq

29. "Məhəbbət və nifrət...Dünyada onlar qədər bir-birini tamamlayacaq ikinci cütlük yoxmuş,sən demə.Və yalnız ən böyük məhəbbət nifrəti doğura bilərmiş...Qarşısına çıxan hərşeyi silib süpürən,sovuran,dağıdıb məhv edən bir nifrət..."

- Sonuncu Ölən Ümidlərdir

30. "Əfsus ki, heç bir vasitə,heç bir cərrahi əməliyyat mənəvi ləkələnməni yox edə bilmir..."

- Son Mektup

31. "...Mən səni səndə unutdum.
~X. Sönməz"

- Sonuncu Ölən Ümidlərdir

32. "Sən səhərdə bir səhərsən,
Çiçək kimi təzə tərsən.
Sonra bir gün gecikərsən,
Sonra torpaq udar məni.
~N.Həsənzadə"

- Sonuncu Ölən Ümidlərdir

33. "...Ataları Rusiyaya gedəndə uşaqlar saatlarca dənizə baxar, ağ, iri bir gəmini gözləyərdilər. Və nədənsə onlara elə gələrdi ki, bu gəmi atalarını gətirəcək..."

- Sonuncu Ölən Ümidlərdir

34. "Xatirələri dəfn etməyi bacarmaq bax, ən böyük azadlıq elə budur. Ancaq Tələt kişi xatirələrini yox, ümidlərini dəfn etməkdə idi."

- Bir Ovuc Torpaq

35. ""Varlılar günahlarının əfvi üçün məscid tikdirirlər,kasıblar günahlarının əfvi üçün bu məscidlərdə ibadət eləyirlər....""

- Sonuncu Ölən Ümidlərdir

36. "Sən demə, sevmək günah imiş, sevməyi bacarmamaq isə xoşbəxtlik!”"

- Uzaqdan Gələn Yağış

37. "Görəsən, niyə insanlar pis adam olmaqdan qorxmurlar, ancaq birinin onlara «pis adam» demələrindən qorxurlar?
Və görəsən, niyə insanlar inanırlar ki, dənizdə mütləq onların tutduqları balıqdan daha irisi və daha yaraşıqlısı hələ də qalmaqdadır? Elə bu inamla da öz yırtıcı iştahalarını daim itiləməklə məşğul olurlar."

- Bir Ovuc Torpaq

38. "Gələcəyi olmadığı üçün qocalar xoşbəxtliyi keçmişində axtarırlar. Keçmişi olmadığı üçün cavanlar xoşbəxtliyi gələcək günlərdə axtarırlar. Ən pis vəziyyətdə olanlar isə bu iki zümrəyə aid olmadıqları üçün xoşbəxtliklərini məhz bugünündə axtarmağa məhkum olanlardır. Çünki dünən və sabah uzaq, bugünsə yaxındır."

- Bir Ovuc Torpaq

39. "Sevgi... Nədir axı sevgi? Səni dəli-divanə edən, övrətindən, balalarından soyudan bu əfi ilan nə rəngdədir? Ağdırmı, qaradırmı? Nə ölçüdə, nə biçimdədir? Böyükdürmü, kiçikdirmi? Nə dadda, nə tamdadır? Şirindirmi, acıdırmı? Sənmi bilərsən, mənmi bilərəm, sevgi nədir?"

- Sonuncu Ölən Ümidlərdir

40. "Elə bu cür yaxşı deyilmi , heç kəsi sevməyəsən. Öz romanını kuliminasiyasız yazasan..."

- Əzilmiş Fotoşəkillər

41. "Eşqimlə bacara bilsəydim əgər,
Heç səni bu qədər arzulamazdım.
~Y.Nəğməkar"

- Sonuncu Ölən Ümidlərdir

42. "...Əlvida, sevgilim, gedirəm,
Səni yox, özümü tərk edirəm.
~N.Paşayeva"

- Sonuncu Ölən Ümidlərdir

43. "Sevgi kişilərin heyvani, şəhvəti ehtiraslarını söndürmək üçün yazıq qadınlar üçün uydurduqları bir intim yaxınlıq bəhanəsidir."

- Sonuncu Ölən Ümidlərdir

44. "- Mən nağıla inanmıram. Nağıllar hamısı yalandır.
- Niyə?
- Ona görə ki, nağılların hamısının axırı yaxşı qurtarır. Amma həyatda heç nə yaxşı qurtarmır."

- Bir Ovuc Torpaq

45. "Özü özünü məhv edənlərin sayı özgə adamların əli ilə məhv olanların sayından çoxdur»."

- Bir Ovuc Torpaq

46. "●..."Sonuncu ölən ümidlərdir..." Əcəb başlıqdır. Doğrudanmı, ümid sonda ölür, insanın özündən sonra?
...
●...Sonuncu ölən ümidlərdir...Bəlkə, ümidlər, ümumiyyətlə, heç ölmürlər, insan öldükdən sonra onun ruhunun çökürlər? Sonra da ruhla birgə yaşayırlar?.. Ruhu da ölməyə qoymayan,bəlkə, haçansa cismə dönə bilmək ümididir?..
...
●Sən demə, ümidsiz də yaşamaq olarmış...Və sən demə, heç də ümid sonda ölmürmüş..."

- Sonuncu Ölən Ümidlərdir

47. "Həyat necə də qəribədir. Bir gün səni təltif edir, sevincə bələyir. Başqa gün isə hər şeydən məhrum edərək dərdlərinlə baş-başa qoyur..."

- Əzilmiş Fotoşəkillər

48. "Cəmiyyət yaxşılıqları qəssab bıçağına çəkən bir qatildir..."

- Sənə İnanıram

49. "Olmuşlar oldu, olanlar olur, olacaqlar olacaq. Bu, bizim taleyimizdir. Əgər sən hesab etsən ki, nəyisə dəyişə bilərsən, alın yazısını, qabaqcadan ssenariləşmiş taleyini poza bilərsən və bu məqsədlə də, tutalım, intihar etsən, yenə də heç nəyi dəyişmiş olmayacaqsan. Sənin taleyini dəyişmək cəhdin də həmin ssenarinin tərkib hissəsi sayılacaq. Alnına yazılmışdı, özünü öldürdü deyəcəklər...
- Ən pisi isə odur ki, heç bir plastik cərrahiyyə əməliyyatı ilə alın yazısını dəyişmək mümkün olmur..."

- Bir Ovuc Torpaq

50. "Xatirənin acısı-şirini olmurmuş. Xatirənin yaxını, uzağı olurmuş..."

- Sonuncu Ölən Ümidlərdir

51. "Yalnız bircə addım da olsa, geriyə qayıtmaq istəyi bütün varlığına hakim kəsildikdə, yalnız və yalnız məhz həmin anda bütün çılpaqlığı ilə hiss edirsən ki, doğrudan da, geriyə yol yoxdur. Yollar yalnız bir istiqamətdə olur... İrəli..."

- Sonuncu Ölən Ümidlərdir

52. "Sevgi – tolerantlıq tələb eləyir, qarşındakının seçiminə hörmət, dözümlülük tələb eləyir. Yox, bu hüququ tanımaq istəmirsənsə, onda öz psixi pozğunluğunu etiraf etməli, müalicən üçün psixiatrlara üz tutmalısan"."

- Uzaqdan Gələn Yağış

53. ""Yollarına gül səpdiklərin yoluna daş düzəcəklər"
(Qəbirdaşı üstündə yazı)"

- Bir Ovuc Torpaq

54. ""...Sənsiz sevinmərəm, sənsiz gülmərəm,
Qəlbim bir quruyan dənizdir axı.
Səni özgəsindən ala bilmərəm,
Səadət hamıya əzizdir axı.

Bir dağam, başımda oynar buludlar,
Dumanım olmusan, çənim olmusan.
Sevən ürəyimdə bir təsəlli var,
Bir zaman, bir zaman mənim olmusan!"

~Gülruxsor"

- Sonuncu Ölən Ümidlərdir

55. "Bilirsiniz, mühit və şərait insanı toruna salaraq onu uçuruma yuvarlayır. Əlbəttə, yalnız idraksız, iradəsi olmayan adamları yolundan azdırmaq mümkündür."

- Sonuncu Ölən Ümidlərdir

56. "Əslində,qalibiyyət döyüşünə zorən göndərilmiş əsgərlər məğlubiyyət döyüşünün müəllifi olurlar.Qalibiyyət döyüşünün müəllifləri isə ancaq könüllü döyüşçülər ola bilər."

- Sonuncu Ölən Ümidlərdir

57. "Maddiyyat üzərində qurulan ailələrdə insani münasibətlər və sevgi həmişə arxa plana keçir.Bunlara sadəcə vaxt çatmır...Təmənnası maddiyyat olan qadının sevgi təmənnası kölgədə qalır..."

- Son Mektup

58. "Xatirələri dəfn etməyi bacarmaq bax, ən böyük azadlıq elə budur."

- Bir Ovuc Torpaq

59. "...Sonuncu ölən ümidlərdir...Bəlkə, ümidlər, ümumiyyətlə heç ölmürlər, insan öldükdən sonra da onun ruhunun içinə çökürlər?Sonra da ruhla birgə yaşayırlar?...Ruhu da ölməyə qoymayan, bəlkə, haçansa cismə dönə bilmək ümididir?..."

- Sonuncu Ölən Ümidlərdir

60. "...Amma ölmüş yaxınının xatirəsi qədər ürəyi dağlayan heç nə ola bilməzmiş, sən demə..."

- Əzilmiş Fotoşəkillər

61. "Ayrı olanda ayrılıq əzabı çəkirsən, birgə olanda isə ayrılıq qorxusu..."

- Qırmızı Ləçəklər

62. "Özü özünü məhv edənlərin sayı özgə adamların əli ilə məhv olanların sayından çoxdur"

- Bir Ovuc Torpaq

63. "Artık sevgiye yer ayıramayan kalbim, tamamen taşlaşmaktan korkmuyor musun?"

- Bir Ovuc Torpaq

64. "Bu gün- sabahı qarşılayıb bir andaca dünənə göndərməklə məşğul olan bədbəxt bir bələdçiymiş, sən demə."

- Sonuncu Ölən Ümidlərdir

65. ""Səncə, ayrılıq qorxuludur,yoxsa ölüm?"

- Sonuncu Ölən Ümidlərdir

66. "~Hər gün onlarca adamla mübarizə aparıb,döyüşüb qalib gəlməklə iş bitmir ki. Oğulsan özünə qalib gəl♡♡"

- Sonuncu Ölən Ümidlərdir

67. "~ Bəzən özün bir fəsildə olursan,xatirənsə başqa fəsildə..."

- Son Mektup

68. "Bilirsinizmi, çox ağırdır, bir yol tutub gedirsən, bütün ömrünü bu yolu sona çatdırmağa həsr edirsən, sonda gəlib mənzil başına çatanda görürsən ki, heç bu yolu gəlməyə dəyməzmiş..."

- Sonuncu Ölən Ümidlərdir

69. ""Ya hər şey, ya da heç nə” seçimi uğur qazanmaq yolunda ən vacib şüar sayılmalıdır."

- Uzaqdan Gələn Yağış

70. "İnsan düşüncəsinin, qəlbinin də neqativi olurmu? İşıqlı duyğular qara, bədbin düşüncələrsə ağ..."

- Uzaqdan Gələn Yağış

71. "Özü özünü məhv edənlərin sayı özgə adamların əli ilə məhv olanların sayından çoxdur"

- Bir Ovuc Torpaq

72. "Artık sevgiye yer ayıramayan kalbim, tamamen taşlaşmaktan korkmuyor musun?"

- Bir Ovuc Torpaq

73. "~ Bəzən özün bir fəsildə olursan,xatirənsə başqa fəsildə..."

- Son Mektup

74. "•İlk sevgi heç vaxt unudulmur..."

- Sonuncu Ölən Ümidlərdir

75. "Ağ vərəqim oldu açılan səhər,
Ona göz yaşımla adını yazdım.
Eşqimlə bacara bilsəydim əgər,
Heç səni bu qədər arzulamazdım.
#Y.Nəğməkar"

- Son Mektup

76. "Bəlkə də, Allah insanları lal yaratsaydı, onlar bir-birilərini daha yaxşı başa düşərdilər... Nə qaba sözlər, təhqir, söyüş olardı, nə də yalanlar, aldanış..."

- Sonuncu Ölən Ümidlərdir

77. "İnsan yaşa dolduqca ölmüş uşaqlığını ,ölmüş gəncliyini xatırlayır, için-için ağlayır."

- Əzilmiş Fotoşəkillər

78. "Zaman-səni sənin əzəlindən götürüb səni sənin sonuna aparan bir məfhummuş, demə.İbtidaidən aliyə doğru inkişaf zərurətdir.Və ibtidai ali ilə müqayisə olunmaz dərəcədə aşağıdadır.Ancaq ibtidailik --nə qədər bəyənilməyən olsa da,aliliyi gözləmək mərhələsidirsə,alilik--nə qədər bəyənilsə də,sonu--məhvi gözləmək mərhələsidir.Loru dillə desək körpəlikdən sonra ahıllıq gəlir,sonra isə ölüm...."

- Sonuncu Ölən Ümidlərdir

79. "İştahanın vicdanla, ehtirasın namusla amansız müharibə apardığı və əksər hallarda da qalib çıxdığı bir zəmanədə sən öz qayda-qanunlarınla nəyisə dəyişmək istə yirsənsə, deməli, öz sonunu labüdləşdirirsən."

- Bir Ovuc Torpaq

80. "Qəribədir, sevginin sübutu ölümlə gəlir. Ölüm sevgini sübut edir, həm də, eyni zamanda, onun mövcudluğunu dayandırır. Axı sevənlər həyatda yoxdursa, sevgi də yoxdur."

- Bir Ovuc Torpaq

81. "Ən böyük yalan həyatdır. Yaşayırsansa, demək, bu yalana aldanmısan."

- Sonuncu Ölən Ümidlərdir

82. "-Heç vaxt sevdiklərinizdən ayrılmayın. Hətta ən kritik məqamda, beyinlə ürək "incimək", "küsmək", "hirslənmək", "hiddətlənmək" kimi işarələrlə düşüncə və hisslər burulğanında qeyb olaraq "ayrıl" desələr belə, hətta ətrafınızdakı bütün canlılar səfərbər olsa, insanlar səs-səsə verib "o belə dedi", "sən belə dedin" dedi-qodularıyla "ayrılın" çığırsalar belə, quşlar, böcəklər qarşınıza düşüb uça-uça yol göstərərək sizi ayrı-ayrı səmtlərə çəkmək istəsələr belə, hətta cansızlar vərəqlərdəki sevgi məktubları, dəftər arasındakı qurumuş gül ləçəkləri, sonra nə deyim, hətta görüş yeriniz olan tənha skamya, ay işıqlı tala, nəhəng ağacın kölgəsi hamısı, hamısı ayrılığınıza "o gecikdi", "ürəksiz gəldi" kimi bəhanələr tapıb baş-başa verərək "mütləq ayrılın" işarələri versələr belə, yenə də ayrılmayın! Gec-tez müvəqqəti ayrılıqlar əbədi ayrılığı gətirəcək!"

- Qırmızı Ləçəklər

83. "Sevgi heç vaxt öldürməz. Ancaq əzib, tapdalayıb şikəst edər."

- Son Mektup

84. "Yenə bu şəhərdə üz-üzə gəldik,
Neyləyək, ayrıca şəhərimiz yox...
Bəlkə də, biz xoşbəxt ola bilərdik,
Bəlkə də, xoşbəxtik, xəbərimiz yox.

~R. Rövşən"

- Sonuncu Ölən Ümidlərdir

85. "Mən əvvəllər "sənsiz ölərəm" deyirdim. İndi "sənsiz çətindir" deyirəm. Kim bilir, sabah nə deyəcəm..."

- Əzilmiş Fotoşəkillər

86. "O küskün xatirələr,
Susacaq, dinməyəcək.
Bahar dönəcək yenə,
Bu sevgi dönməyəcək.
Unudaram hər şeyi,
Unudaram mən səni.
Ürəyim dözməz ancaq
Özgəylə görsəm səni.

~N. Kəsəmənli"

- Sonuncu Ölən Ümidlərdir

87. "Sən demə , hər şeyi öz rəngi ilə görmək lazım imiş..."

- Sənə İnanıram

88. "Uşaqlarınızın göz yaşlarını qoruyun ki,vaxtı çatanda onları sizin məzarınıza axıda bilsinlər.
Pifaqor"

- Yetmiş Yeddinci Gün

89. "Xatirələrin doğması olur,yadı olur.
Bəzisinin sevinci olur,bəzisinin fəryadı olur.
Şirin və acı xatirələr.
Dərdimin əlacı xatirələr...
Xəyallarınsa hamısı şirindir,
Şərbət kimidir xəyallar.
Səni səndən qoparıb,
Səni səndən alarlar.
Hər bir xəyal bir xatirədə düzlənir
Hər bir xatirədə hər bir xəyalın ölümü gizlənir.
Mənimsə xəyallarım ölməməyi bacardılar.
Mənim yazıq xəyallarım əbədiyaşardılar..."

- Yetmiş Yeddinci Gün

90. "Yaxşı, bəs səncə ayrılıq qorxulur ya ölüm..?
-Əlbəttə ki, ayrılıq."

- Sonuncu Ölən Ümidlərdir

91. "Yenə bu şəhərdə üz-üzə gəldik,
Neyləyək, ayrıca şəhərimiz yox...
Bəlkə də, biz xoşbəxt ola bilərdik,
Bəlkə də, xoşbəxtik, xəbərimiz yox.

~R. Rövşən"

- Sonuncu Ölən Ümidlərdir

92. "-Gəmilər niyə ağ olur,İlqar?
-Ona görə ki, qara olmurlar.
-Yaxşı da, düzün de. Niyə ağ olurlar?
-Yəqin ona görə ki, seçilsinlər.
-Təyyarələr də ağ olurlar...Dəniz mavi, gəmi ağ. Səma mavi, təyyarə ağ..."

- Sonuncu Ölən Ümidlərdir

93. "Məncə, əsl sevgi ilə sevən insan heç vaxt özünü öldürməz. Əksinə, sevgisi ona həyat eşqi, güc, enerji verər. Yalnız asılılığı qəbul edən şəxs " Sənsiz mənə həyat yoxdur" deyib öz həyatını cəhənnəmə döndərər, sonda da intihara əl atar..."

- Əzilmiş Fotoşəkillər

94. "-Yəni deyirsiniz, indiki dövürdə heç kim heç kimi sevmir?
- Yox, sevməyə sevirlər. Ancaq indiki sivilizasiyanın insanları daha soyuqqanlıdırlar. Ürəklə, qəlblə yox, başla beyinlə sevirlər. İndiki sevgi təmənnalı sevgidir."

- Sonuncu Ölən Ümidlərdir

95. "Onun aləmində insan maskimalist olmalıdır."Ya hər şey, ya heç nə, ya tam sevinc, ya tam kədər.""

- Uzaqdan Gələn Yağış

96. "Bugün səma xüsusən gözəldir. Ulduzlar sədəf kimi düzülüb... Bilmirəm indi yatmısan ya oyaqsanmı.. Bilmirəm miskin daxmamızın pəncərəsindən ulduzları görə bilmirsənmi...

Kaş görə biləydin..."

- Yetmiş Yedinci Gün

97. "Doğrudan da, sevinc hissi həmişə öz ölçülərindən kiçik, kədər hissi isə böyük görünür."

- Bir Ovuc Torpaq

98. "Körpəykən doğum evindən hansı rəng maşında çıxdığını sonradan valideynlərdən soruşub öyrənə biləcəksən. Ancaq ölərkən qəbiristanlığa hansı rəng maşında aparıldığını heç zaman bilməyəcəksən. Bu da ən adi rəng fəlsəfəsi..."

- Bir Ovuc Torpaq

99. "Görəsən, nəyə görə mahnılar da vəfasızlıq edir? Bu gün sənə, sabah bir başqasına məxsus olur..."

- Bir Ovuc Torpaq

100. "Sən demə, xoşbəxtliyə bulaşmaq üçün mütləq bədbəxtliyin içindən keçib-getmək lazım imiş..."

- Sonuncu Ölən Ümidlərdir

101. "Görəsən ,insanın ömrü boyu nə qədər arzusu həyata keçmir , içindəcə gömülüb qalır?..
Bilsəydi ki, o yazıq dəniz kənarında yaşaya-yaşaya dənizin həsrətiylə öləcək, arzusunu gözündə qoyardımı?.."

- Əzilmiş Fotoşəkillər

102. "İnsanın uşaqlığı yalnız valideynlərini itirəndə bitir."

- Yol Ayrıcında Azıb Qalanlar

103. "Səni bütün yaşaya bilməyəcəyim zamanlara görə sevirəm.
Səni bütün sevə bilməyəcəyim qadınlara görə sevirəm.
Pol Eluar"

- Uzaqdan Gələn Yağış

104. "Sevənlər öncə bir birini tam mələk, sonra da tam şeytan qismində görürlər, real yaşantılı insan kimi görə bilmirlər."

- Uzaqdan Gələn Yağış

105. "《Özü özünü məhv edənlərin sayı özgə adamların əli ilə məhv olanların sayından çoxdur. 》"

- Bir Ovuc Torpaq

106. "Günahkar kimdir, silahı icad edən, onu düzəldən, atəş açmaq əmrini verən, yoxsa atəş açan?"

- Bir Ovuc Torpaq

107. "Saatı geri qaytarmaq, irəli çəkmək olur, zamanısa olmur..."

- Sənə İnanıram

108. "Var tərpədici bədbəxtlik, var silkələyici. Var dağıdıcı bədbəxtlik, bir də var öldürücü bədbəxtlik..."

- Uzaqdan Gələn Yağış

109. "Doğularkən hamımız ağlayırıq. Böyüyəndən sonra bəzilərimiz ağlayırıq, bəzilərimiz qəhqəhə çəkib gülürük. Ölərkən isə susuruq."

- Bir Ovuc Torpaq

110. "Sevgi - gec-tez "ayrılıq" adlı limana üz tutan gəmi, "ayrılıq" adlı vağzala üz tutan qatardır. Bu sadə və acı həqiqətlə razılaşın.Çıxacağınız yolun bütün həzzlərini çıxarın, bütün sevinclərinizi yaşayın.
Mənzilbaşına çatanda isə anlayışla, yüngülcə təəssüflə olsa belə tam nikbinliklə ayrılın ekipajınızdan."

- Uzaqdan Gələn Yağış

111. "Sevgi - gec-tez "ayrılıq" adlı limana üz tutan gəmi, "ayrılıq" adlı vağzala üz tutan qatardır. Bu sadə və acı həqiqətlə razılaşın.Çıxacağınız yolun bütün həzzlərini çıxarın, bütün sevinclərinizi yaşayın.
Mənzilbaşına çatanda isə anlayışla, yüngülcə təəssüflə olsa belə tam nikbinliklə ayrılın ekipajınızdan."

- Uzaqdan Gələn Yağış

112. "Neçə yüz illərdir ki, sevənlər bir ayrılıqdan, bir də ölümün olmasından qorxurlar... Ancaq olur. Bu qəddar dünyamızda ayrılıq da olur, ölüm də olur."

- Sonuncu Ölən Ümidlərdir

113. "O küskün xatirələr,
Susacaq, dinməyəcək.
Bahar dönəcək yenə,
Bu sevgi dönməyəcək.
Unudaram hər şeyi,
Unudaram mən səni.
Ürəyim dözməz ancaq
Özgəylə görsəm səni."

- Sonuncu Ölən Ümidlərdir

114. "Haraya fırlansan da,yenə də insanlar iki qütbə parçalanırlar:kimisə xoşbəxt etməkçün yaşayanlar və özləri xoşbəxt olmaq üçün yaşayanlar..."

- Yaşıl Üzlü Gündəlik

115. "Dünyada hər şey pulla satılıb- alınır. Təkcə arzular pulsuz olduğundan, insan ən ağlasığmaz, utopik şeyləri arzulayır."

- Sana İnanıyorum

116. "Bəlkə, insan dünyaya ona görə ac və çılpaq dünyaya gəlir ki, bütün həyatı boyu başı qarnını doydurmağa və əyin-başını düzəltməyə qarışsın?.."

- Sonuncu Ölən Ümidlərdir

117. "- ... Səncə, ayrılıq qorxuludur, yoxsa ölüm?
- Əlbəttə ayrılıq...
- ..."

- Sonuncu Ölən Ümidlərdir

118. "Yenə də hasara çıxıb səmaya baxa-baxa fikirləşirdim. Elə xoşum gəlir ki, bu cür fikirləşməkdən."

- Yetmiş Yedinci Gün

119. "Niyə insanı Allah bu qədər narazı yaradıb, görəsən? Yazda hamı yayı arzulayır, yağışdan, küləkdən bezib isti hava, dəniz mövsümü istəyir. Yayda istilərdən cana doyduqlarını dilə gətirib nəfəslərini isti qarsıya-qarsıya payızı, sərinləri gözləyirlər. Payızda növbəti yağışlar və zəhlətökən küləklərdən bezikib qışın qarının, gözqamaşdıran bəyazlığının həsrətini çəkirlər. Qışda sümük sızladan soyuqdan, qarın palçığa, suya çevrilib başağrısına çevrilməsindən gileylənəndə isə hamı yazı arzulayır. Güllü-çiçəkli yazda barı sümüklərinin qızacağını, təbiətin oyanacağını gözləyirlər...Sonra da hər şey yenidən təkrar olunur..."

- Sonuncu Ölən Ümidlərdir

120. "Mənim sevinclə dolu
gümanımı yanıltma,
Səni ömrüm uzunu
unutmaram,unutma!"

- Yol Ayrıcında Azıb Qalanlar

121. "Çaylar canlarını dənizə,həyatlar da ölümə vermək üçün yarandıqları kimo,həqiqətlər də yalanları açmaq üçün yaranıblarmış ,sən demə..."

- Yol Ayrıcında Azıb Qalanlar

122. "Səni bütün yaşaya bilməyəcəyim zamanlara görə sevirəm.
Səni bütün sevə bilməyəcəyim qadınlara görə sevirəm.

Pol Eluar"

- Uzaqdan Gələn Yağış

123. "Ayrı düşdük aylar ötdü, il oldu,
Könlüm sənsiz bir çağlayan sel oldu.
Bağça saldım, qönçə açdı, gül oldu.
Neyçün səni bəs unuda bilmirəm?"

- Uzaqdan Gələn Yağış

124. "Ən gözəl gül saplağından üzülməyən güldür...."

- Son Mektup

125. "Ən böyük yalan həyatdır. Yaşayırsansa, demək, bu yalana aldanmısan..."

- Sonuncu Ölən Ümidlərdir

126. "Yol boyu Yunus xocanın《Hədisül-Qüds》dən söylədiyi,əzbərlədiyim kəlamları təkrarlamaq sanki məni rahatlayır:"Hamıdan uca Allah deyir:Az-az etdiyiniz günahlardan çəkinməkdə səbirli olmaq- Cəhənnəmin uzunmüddətli əzablarına dözməkdən asandır.O yerin əzabları həqiqətən qaçılmazdır.Sənin səbrin və itaətinsə sənə rahatlıq və dinclik gətirəcək...""

- Son Mektup

127. "Qisas, son qisas yetməyib,
Savaş, son savaş bitməyib.
Səngər yanındakı çatdığın ocağın,
Odun hənirtisi hələ keçməyib.

Hay ver mənə, cənab leytenant,
Hay ver mənə, leytenant!
Xoş müjdəli bir savaşdan,
Pay ver mənə, leytenant!"

- Bir Ovuc Torpaq

128. "Beynini ürəyinə təslim etmişdi, hissləri düşüncələrindən qat-qat güclü idi."

- Uzaqdan Gələn Yağış

129. "Divarlar səni qonşulardan, tavan isə Allahdan gizlətmək üçündür. Bəlkə, yer üzərindəki şəri yığışdırmaq üçün bütün tikililəri uçurmaq, hamını açıq səma altına toplamaq lazımdır?"

- Sənə İnanıram

130. "-Ağsaqqal, dünya görmüş adamsan. Bir şeyi bilməkdə mənə yardımçı ol. İndi zəmanəmi pisdir, yoxsa insanlarmı pisləşiblər?
O biri qoca söhbətə qoşuldu:
-Zəmanəni də insanlar yaradırlar da, bala."

- Sonuncu Ölən Ümidlərdir

131. "Ağlamamaq üçün dişi ilə dodaqların gəmirirdi..."

- Yol Ayrıcında Azıb Qalanlar

132. "İndin güclü olmalıdır ki, səni keçmişindən qopara bilsin."

- Son Mektup

133. "Әldә bir qәdәh şərab səni әvәz elәmir,
Hәsrәtli xatirәlәr səni әvәz elәmir,
Şәkildәn baxışın səni әvәz elәmir,
Yastığımda göz yaşım səni әvәz elәmir."

- Uzaqdan Gələn Yağış

134. "Bilirsən, həyatın bir mərhələsində biz qarşımıza çıxan hər kəsdən xeyir görmək, xeyir götürmək istəyirik. Gənclik, bol enerji, yaşamaq həvəsi, ən əsası, təcrübəsizlik bunu bizə diktə edir. Amma müəyyən zaman kəsiyində - artıq yaşlaşmış, dünyanı dərk etmiş halda isə qarşımıza çıxan kəslərdən yalnız ziyan çəkməməyi arzulayırıq."

- Son Mektup

135. "Xəstəlik hansısa daxili orqanı məhv etdiyi halda, sevgi bütün orqanizmi məhv etməyə qadirdir.
Əfsus ki, çox vaxt bunun fərqinə varmırıq."

- Uzaqdan Gələn Yağış

136. "Adam var, ümidlə yaşayır, adam var, ümidi büs- bütün özünə yaxın qoymur."

- Sonuncu Ölən Ümidlərdir

137. "Bilirsinizmi, çox ağırdır, bir yol tutub gedirsən, bütün ömrünü bu yolu sona çatdırmağa həsr edirsən, sonda gəlib mənzil başına çatanda görürsən ki, heç bu yolu gəlməyə dəyməzmiş."

- Sonuncu Ölən Ümidlərdir

138. "Yaxşı, bəs səncə ayrılıq qorxulur ya ölüm..?
-Əlbəttə ki, ayrılıq."

- Sonuncu Ölən Ümidlərdir

139. "Yalnız ağrıyan zaman ürək,diş,baş və digər əza özünün mövcudluğunu bizə xatırlada bilir.O ,ağrımaqla<mən varam >söyləyir. Ağrı kəsdikdə yenodən unudulur.
Deyirdi,ən pis olan ruhun ağrımasıdır.Elə ki ruh ağrıdı,daim özünü sənə xatırladar,qiyamətə qədər bu ağrı səndən qopmaz...Kəsməyən ağrı ağrıların ən dəhşətlisidir..."

- Yetmiş Yeddinci Gün

140. "Hərdən adam bir qırıq sevincə ehtiyac duyur,ancaq başqasına bir qucaq səadət vəd eləyir."

- Yetmiş Yeddinci Gün

141. ""Xəstəlik, fəlakət və qəza ölümün köməkçiləridir""

- Bir Ovuc Torpaq

142. "Bir-biri ilə mübarizə, ailədə hökmranlıq savaşı–bunlar antisevgidir. Sevgi anlaşma və sülhdür."

- Uzaqdan Gələn Yağış

143. "Sevgi əksər halda bizi uçuruma aparan bir gözübağlılıq və məsuliyyətsizlikdir,sən demə."

- Sənə İnanıram

144. "Deyərdim dünyada minlərlə mahnı var.Amma mən, ondan sonra cəmi bircə mahnıya qulaq asıram.Fərqi yoxdur, kim oxusun. İstər Rübabə Muradova, istər bir başqası..
Amma məhz həmin mahnıya..!

Ayrı düşdük aylar ötdü, il oldu,
Könlüm sənsiz bir çağlayam sel oldu.
Bağça saldım,qönçə açdı, gül oldu.
Neyçün səni bəs unuda bilmirəm?..."

- Uzaqdan Gələn Yağış

145. "Uzaqdan gələn yağış
Pəncərəmi döyəcləyib,
Mənə bunları dedi:
O indi çox sənsizdir,
O quruyan dənizdir..."

- Uzaqdan Gələn Yağış

146. "Bəzən insan özü də istəmədən iç dünyasındakı işıqlı nə varsa, hamısını kinə və nifrətə qurban vermək həddinə çatır..."

- Sonuncu Ölən Ümidlərdir

147. "Deyirlər,dünyada ən yaxşı şey valideyn nəvazişidir.Və əksinə,ən pis şey də bu nəvazişdən məhrum olmaqdır..."

- Bir Ovuc Torpaq

148. "... insan nəyə görəsə həmişə keçmişini qəhərlə, gözüyaşlı xatırlayır... Bəlkə də ən azı ona görə ki, keçmiş cavanlıqdır, gözəllikdir..."

- Sonuncu Ölən Ümidlərdir

149. "Ən böyük yalan həyatdır. Yaşayırsansa, demək, bu yalana aldanmısan."

- Sonuncu Ölən Ümidlərdir

150. "Ürəyin səthi müxtəlif cürdür.Hamar yerləri,yüksəklik və çökəklikləri var.Sevgi gələndə gəlişindən asılı olaraq bu müxtəlifliklərdən birində yerləşir.İş ondadır ki,çökəkliyə,onun dərinliklərinə düşən sevgini sonradan oradan çıxarmaq mümkünsüzlüyə çevrilir.
Bax ilk sevgilər əksər hallarda məhz dərinliklərə düşür..."

- Son Mektup

151. "Bəzənən, düzənən, dürlü-dürlü sözlər danışan, əslində isə yırtıcıdan da yırtıcı olan bir məxluqmuş, demə, insan adlanan məxluq..."

- Bir Ovuc Torpaq

152. "Düşündü ki, sivil insan cəmiyyətinin qanunları necə də cəngəllik qanunlarına bənzəyir. Parçala, did... Yoxsa səni parçalayıb didəcəklər."

- Bir Ovuc Torpaq

153. "Bəzən bütün ümidlərini itirəndə belə nəyə görəsə insanlar baharın gəlişini gözləyir, havaların isinməsiylə, ağacların yarpaqlaması, ətrafın yamyaşıla boyanması, gül-çiçəyə bürünməsi ilə təsəlli tapırlar. Sanki günəş öz şəfəqləriylə təbiəti canlandırdığı kimi insanın ölmüş duyğularını da yenidən oyadır, canlandırır..."

- Əzilmiş Fotoşəkillər

154. "Düşüncə qərar verəndə səhv etmək ehtimalın çox cüzi olur.Ancaq qəlb qərar verəndə əksər hallarda yanlışlığa yol verirsən."

- Yol Ayrıcında Azıb Qalanlar

155. "Ayrılıq al- əlvan gül-çiçək bağçasının xəzan olmasıdır."

- Qırmızı Ləçəklər

156. "İnsan səhnədə rol oynayarkən xeyli məşq edir, sözlərini, mimikasını, hərəkətlərini əzbərləyir. Nəyisə düz eləmədimi, təkrar cəhd şansı olur.
Əfsus ki, həyat səhnəsində məşqlərə imkan verilmir."

- Son Mektup

157. "...İnsan təbiətən naşükürdür. Heç nə, heç vaxt onu qane eləmir..."

- Sonuncu Ölən Ümidlərdir

158. "Həyatın ən sərt qanunudur: nəyin bahasına olursa- olsun, ayaqda qalmalısan. Büdrədinmi, yıxmağa çalışacaqlar. Yıxıldınmı, tapdalayacaqlar."

- Qırmızı Ləçəklər

159. "Bəlkə ümidlər, ümumiyyətlə, heç ölmürlər, insan öldükdən sonra onun ruhunun içinə çökürlər? Sonra da ruhla birgə yaşayırlar..."

- Sonuncu Ölən Ümidlərdir

160. "Bilirsən, mən niyə instrumental musiqini dinləyirəm? Çünki burada səni qəlibə salan sözlər yoxdur, yalnız musiqi var. Sən onu necə dərk edirsənsə, qavrayırsansa, o qǝdər də o, sənə yaxınlaşır. Bugünkü ovqatını, keçmiş xatirələrini musiqiyə ötürüb onu özünə doğmalaşdırırsan. Mahnılarda isə sənin heç bir improvizənə ehtiyac qalmır. Axı onların sözləri var. Bu sözlər nə barədədirsə, sən onları dəyişə bilmədiyin üçün musiqini məhz bu sözlərin çərçivəsində qavramağa məhkumsan."

- Bir Ovuc Torpaq

161. "Sizin üçün maraqlı deyil, bəs niyə müasir dövrdə, dillər əzbəri olan sevgi cütlükləri yaranmır? Mən suala cavab tapmaqda çətinlik çəkərək demişdim:

- Yəqin, indi elm, texnika əsridir. İnsanlar hiss və ehtirasların, romantik duyğuların əsiri deyillər... O, sözümü tamamlamağa imkan verməmişdi: - Yəni deyirsiniz ki, indiki dövrdə heç kim heç kimi sevmir?
Özümə bəraət qazandırmaq üçün dediklərimi sığortalamışdım:

- Yox, sevməyinə sevirlər. Ancaq indiki sivilizasiyasının insanları daha soyuqqanlıdırlar. Ürəklə, qəlblə yox, başla, beyinlə sevirlər. İndiki sevgi təmənnalı sevgidir.."

- Sonuncu Ölən Ümidlərdir

162. "Hər şey bitən yerdə hər şey başlayan yerə qayıtmaq istəyi öldürücü dərəcədə üzücü olurmuş..."

- Son Mektup

163. "Qızılgülün tikanları olmasına kədərlənməkdənsə, tikanların arasında qızılgülün bitdiyinə sevinmək lazımdır."

- Yetmiş Yedinci Gün

164. "Bilmirdi nə səbəbə beynində yalnız bu fikir dolaşırdı: zəngin sarayların buğlanan xoşbəxtliyi miskin daxmaların bumbuz bədbəxtliyini heç vaxt isidə bilməz..."

- Metamorfoz

165. "Yalnız baxışla, titrək kəlmələrlə sevmək. Ürəklə, qəlblə sevmək."

- Uzaqdan Gələn Yağış

166. "İnsanlar iki qismə bölünür: Bir yarısı sualdan yapışıb, bir qismi cavabdan. Sualdan yapışanlar idealistlər, cavabdan yapışanlar isə materialistlərdir. Sual axtaranlar mənəviyyatdan, cavab axtaranlar isə maddiyyatdan əl çəkə bilmirlər. Birincilər başqaları üçün yaxşı olmağa çalışdıqları halda, ikincilər yalnız özləri üçün çalışırlar. Və bu gün cəmiyyət elə bir həddə çatıb ki, birincilər ikincilər üçün səfehlərin səfehləridir..."

- Sana İnanıyorum

167. "İndi sən-
Yaşanmış acıların içində
uzaq xatirələrə ən yaxın gün.
Səhra çiçəklərinin bir udum nəfəs kimi
canına çəkdiyi
yaz yağmurunamı döndün?"

- Sonuncu Ölən Ümidlərdir

168. "İllərin hər biri adamdan bir şey aparır, arzulamağı, ümidlənməyi, sevməyi, sevilməyi, inanmağı, dözməyi... Və bir gün gəlir, bomboş qalırsan. Əlvida!"

- Sonuncu Ölən Ümidlərdir

169. "Sən demə, xoşbəxtliyə buluşmaq üçün mütləq bədbəxtliyin içindən keçib getmək lazım imiş..."

- Sonuncu Ölən Ümidlərdir

170. "Və ən pisi odur ki, insan bəzən axtardığını tapmadan da itirə bilir..."

- Sənə İnanıram

171. "Elə bu həyatakeçməz istəklə, bu çinolmaz arzuyla da ömrünü başa vurursan...."

- Son Mektup

172. "Bəzən oyunu necə oynamağından asılı olamayaraq sonda səni acı məğlubiyyət gözləyir.."

- Yaşıl Üzlü Gündəlik

173. "insan həmişə danışmaq lazım gələndə susmağa, susmaq lazım gələndə isə danışmağa məcbur olur... Bu, həyatın qanunlarından biridir..."

- Sonuncu Ölən Ümidlərdir

174. "İnsan yalnız özünü tanıyandan, dərk edəndən sonra öz Allahını tanıya, dərk edə bilər. Ancaq mən yüz faiz əminəm ki, hər gün Allahın evində ona ibadət edən möminlərin əksəriyyəti özünü dərk edə bilmir. Qəribədir, insan hələ də özündə baş verənlərin səbəbini anlaya bilmir. O, hələ də bilmir ki, içindəki hiss və ehtiraslar, kaprizlər haradan qaynaqlanır. O, hələ də nifrətini və sevgisini idarə edə bilmir. Hələ də içindəki tamah və qorxu hisslərini boğmağı bacarmır."

- Bir Ovuc Torpaq

175. "Hər kəs üçün yalnız bir dəfə nişangah irəli çəkilir ki, atdığı ox onluğa dəyə bilsin. Vura bilmədi talehindən küssün..."

- Sana İnanıyorum

176. "Ölüm qorxusu yaşayandan sonra həyat insana çox şirin görünür."

- Son Mektub

177. "Sözlər, əslində insanın iç dünyasının pərdəsidir. İç dünyada başqa hava çalınır, sözlərinsə tamam başqa hava çalır...Bəlkə də, Allah insanları lal yaratsaydı, onlar bir-birilərini daha yaxşı başa düşərdilər...Nə qaba sözlər, təhqir, söyüş olardı, nə də yalanlar, aldanış..."

- Sonuncu Ölən Ümidlərdir

178. "Həsrətin araya atdı dağ, dərə,
Sonən işıq oldun, batan səs oldun.
Qayıt, mənim gülüm, qayıt bu yerə,
Ey mənim istəyim, nə gəlməz oldun.
~Ə.Kərim"

- Sonuncu Ölən Ümidlərdir

179. "Necə ki, işıqlı dünyaya, birdə ölümə bircə dəfə qapı açılır, eləcədə qadın sevgiyə cəmi bircə dəfə qapı açır... Tək bircə dəfə."

- Uzaqdan Gələn Yağış

180. "...O vədələrdə "krossovka" dediyimiz idman ayaqqabısı dəbdə idi. Həyətimizdə təkcə Valeranın "krossovka"sı yoxuydu. Bir dəfə gördük ki, qara çəkmələrini ağ boyayla boyayıb , üstündən də eninə üç dənə qırmızı xətt çəkib..."

- Əzilmiş Fotoşəkillər

181. "Sevgi münasibətlərinə həmişə mane olan üçüncü tərəf mövcud olur. “Üçüncü - artıqdır” deyimi burdan yaranıb.
Üçüncü - sevənlərdən birinə sevgi bəsləyib onlara mane olan şəxs də ola bilər, valideyn də ola bilər, iş hər hansı məşğuliyyət, proses də ola bilər. Hətta bəzən cəmiyyət də ola bilər! İstənilən halda, sevən cütlük üçün “üçüncü artıqdır”."

- Uzaqdan Gələn Yağış

182. "Sevgi-səndən başlayıb kiməsə ünvanlanan ən ülvi hisslərdir.Və heç vaxt da qarşılıqlı sevgin olmur.Mütləq öncə tərəflərdən biri o birinə vurulur.Bu,başlanğıc sevgidir."

- Yol Ayrıcında Azıb Qalanlar

183. "....Ancaq əfsus ki, bəzən evlər də adama xoşbəxtlik gətirmir. Dörd divar və tavan sadəcə sənin necə bədbəxt olduğunu qonşulardan gizlətməyə xidmət edir»..."

- Metamorfoz

184. "• Başlı başına bir dünyadır aşk..."

- Son Mektup

185. "Uzaqdan gelen yagis
Penceremi doyecleyib
Mene bunlari dedi
O indi cox sensizdir,
O quruyan denizdir........."

- Uzaqdan Gələn Yağış

186. "Әldә bir qәdәh şərab səni әvәz elәmir,
Hәsrәtli xatirәlәr səni әvәz elәmir,
Şәkildәn baxışın səni әvәz elәmir,
Yastığımda göz yaşım səni әvәz elәmir."

- Uzaqdan Gələn Yağış

187. "Sevgi əksər halda bizi uçuruma aparan bir gözübağlılıq və məsuliyyətsizlikdir, sən demə."

- Sənə İnanıram

188. "Adətən , yağışın yağması üçün səma öncədən hazırlanır : günəş batır ,göy üzünü qara buludlar alır ,şimşək çaxır ...
Bu adi yağışdır .
Amma bəzən də heç nə yağışın yağacağından xəbər vermir . Qəfildən aydın səmada bulud peyda olur ,vurhavur yağış tökür .Bax , uzaqdan gələn yağış bu imiş ."

- Uzaqdan Gələn Yağış

189. "Həyat - sonluğu əvvəlcədən müəyyənləşdirilmiş faciədir."

- Əzilmiş Fotoşəkillər

190. "İnsanların ən çox ölümdən , sevgililərinsə ayrılıqdan qorxduqlarını bilə -bilə vermişdim...."

- Son Mektup

191. "Aclıq, ağrı, dərd və ölüm - Allah bunların birinci üçü ilə bizi sınağa çəkir, dördüncü ilə sınaqları yekunlaşdırır.
Və bir də, insan həqiqəti axtarmaq üçün doğulub, onu tapmaq üçün yox..."

- Bir Ovuc Torpaq

192. ""İnsanın inkişafı onun məhvini labüdləşdirir.""

- Bir Ovuc Torpaq

193. "İnam - talenin qılınc zərbələrinə qarşı tutduğu qalxandırsa, bəs o, büsbütün inamsız qalan zavallı birisi bu təlatümlərin, qarşıdakı sınaqların önünə necə çıxacaqdı, necə yaşayacaqdı? Yəni bu dünyada müqəddəs heç bir şey qalmamışdımı?"

- Bir Ovuc Torpaq

194. "Uzaqdan gelen yagis
Penceremi doyecleyib
Mene bunlari dedi
O indi cox sensizdir,
O quruyan denizdir........."

- Uzaqdan Gələn Yağış

195. "Dedi ki, ürək ağ vərəq, ilk sevgi də ilk yazıdır, yazıldısa, deməli pozulmayacaq."

- Uzaqdan Gələn Yağış

196. "Başqalarına ən çətin anlarda dönə-dönə məsləhətlər verməyi bacarırıq. Ancaq özümüz ən adi həyat epizodunda belə çaş-baş qalırıq..."

- Əzilmiş Fotoşəkillər

197. "Həmişə son dərəcə bədbəxt olanın davamçısı son dərəcə xoşbəxt olur.Birinin daşa dəymiş arzularının ,kor olmuş istəklərinon közü digəri üçün daim həyata keçən arzu-istək alovu yandırır."

- Yol Ayrıcında Azıb Qalanlar

198. "...Və ən böyük haqsızlıq odur ki, onu yalanla yox, həqiqətlə aldadırdılar. Yeni həqiqətsə köhnə yalanın övladı idi..."

- Metamorfoz

199. "Həyat sonluğu əvvəlcədən müəyyənləşdirilmiş faciədir."

- Əzilmiş Fotoşəkillər

200. "Əslində, dərdin irisi-xırdası olmur, adamı incidəni olur, bir də adam öldürəni."

- Uzaqdan Gələn Yağış

201. "Ancaq indiki sivilizasiyanın insanları daha soyuqqanlıdırlar. Ürəklə, qəlblə yox, başla, beyinlə sevirlər. İndiki sevgi təmənnalı sevgidir."

- Sonuncu Ölən Ümidlərdir

202. "Sonra gözləri dolmuş halda dedi ki, Asif, Xocalı əldən gedəndən sonra mən yaşaya bilməyəcəyəm. Elə biləcəyəm ki, namusumu satmışam, kişiliyimi satmışam. Elə burda ölmək mənimçün daha şərəflidir."

- Qırmızı Ləçəklər

203. "Çünki bəzən ağrıları kəsiləndə və ağrısızlıq şəraitində belə, insan yeni ağrıların qorxusu ilə yaşayır..."

- Sənə İnanıram

204. "Biz şərlə mübarizə aparmaq qabiliyyətinə malik deyilik. Biz şərə, sadəcə təəssüflənirik..."

- Sonuncu Ölən Ümidlərdir

205. "Özü özünü məhv edənlərin sayı özgə adamların əli ilə məhv olanların sayından çoxdur."

- Bir Ovuc Torpaq

206. "Ümüd insanı yaşadan sonuncu nəsnə, son tutalqadır. Bəzən ümüd okeanda batan birisi üçün yapışmaq istədiyi saman çöpü qədər öz əhmiyyətini kiçiltsə belə, yenə də insan mövcudluğunun ən vacib atributudur..."

- Sonuncu Ölən Ümidlərdir

207. "Bəzən bu çox ağırdır - əsla yaşamadıqlarını xəyalında yaşatmaq..."

- Son Mektup

208. "insan həmişə danışmaq lazım gələndə susmağa, susmaq lazım gələndə isə danışmağa məcbur olur... Bu, həyatın qanunlarından biridir..."

- Sonuncu Ölən Ümidlərdir

209. "Əslində, dərdin irisi-xırdası olmur, adamı incidəni olur, bir də adam öldürəni."

- Uzaqdan Gələn Yağış

210. "Bəzən qorxu,bəzən həyəcan, bəzən ümidsizlik...Sabahı düşünüb gözləmənin tam əyri-üyrü xətlərdən ibarət kardioqramı...Bu qədər."

- Əzilmiş Fotoşəkillər

211. "Sən demə, dünyada ən mümkünsüz şey unutamaq imiş ..."

- Əzilmiş Fotoşəkillər

212. "Görəsən, niyə belədir? Ən gözəl mahnıların hamısı ayrılıq haqqında olur..."

- Əzilmiş Fotoşəkillər

213. "...Sonuncu ölən ümidlərdir... Bəlkə, ümidlər, ümumiyyətlə heç ölmürlər, insan öldükdən sonra onun ruhunun içinə çökürlər? Sonra da ruhla birgə yaşayırlar?... Ruhu da ölməyə qoymayan, bəlkə, haçansa cismə dönə bilmək ümididir?..."

- Sonuncu Ölən Ümidlərdir

214. "İndi sevgi çoxları üçün sadəcə, internet əyləncəsinə çevrilib."

- Uzaqdan Gələn Yağış

215. "Yenə bu şəhərdə üz-üzə gəldik,
Neyləyək,ayrıca şəhərimiz yox...
Bəlkə də,biz xoşbəxt ola bilərdik,
Bəlkə də,xoşbəxtik xəbərimiz yox.
#Ramiz Rövşən"

- Sonuncu Ölən Ümidlərdir

216. "Adi həyatda hər gün onlarca insanla mübarizə aparıb, döyüşüb qalib gəlməklə iş bitmir ki. Oğulsan özünə qalib gəl: öz hisslərini, ehtiraslarını cilovla, öz səhvlərini etiraf elə, öz büdrəmələrinin qarşısını al!"

- Sonuncu Ölən Ümidlərdir

217. "Səni bütün yaşaya bilməyəcəyim
zamanlara görə sevirəm.
Səni bütün sevə bilməyəcəyim qadınlara
görə sevirəm.
Pol Eluar"

- Uzaqdan Gələn Yağış

218. "Bəzən elə şeylər olur.İnsanın balaca vücuduna nəhəng, dağ boyda qüssə,qəm dolur.İnsan qəm dağına çevrilir."

- Yaşıl Üzlü Gündəlik

219. "Məncə, sevənin, sevib həsrət çəkənin, ayrılıq acısı yaşayanın halını ancaq şeir bəndləri olduğu kimi ortaya qoya bilir.
Nəsr bunu etməkdə gücsüzdür..."

- Son Mektup

220. "Onsuzda bu sevginin qovusma finali mumkun deyil,bu oyunu oynayib itkiler vermek neye lazimdir axi?"

- Uzaqdan Gələn Yağış

221. "Ne mutlu Türk'üm diyene...
#M.K.Atatürk"

- Son Mektup

222. "«İnsanın cismən şikəst olması elə də qorxulu deyil,ən qorxulusu mənəvi şikəstlikdir..»"

- Son Mektup

223. "...Sonuncu ölən ümidlərdir...Bəlkə, ümidlər, ümumiyyətlə heç ölmürlər, insan öldükdən sonra da onun ruhunun içinə çökürlər?Sonra da ruhla birgə yaşayırlar?...Ruhu da ölməyə qoymayan, bəlkə, haçansa cismə dönə bilmək ümididir?..."

- Sonuncu Ölən Ümidlərdir

224. "Bəzən “əlvida” deyib gedirsən, ancaq sonradan necə olursa, qayıdıb gəlirsən. Hərdənsə gedəndə “hələlik” deyirsən, ancaq bir də heç vaxt geri qayıtmırsan…"

- Bir Ovuc Torpaq

225. "Yetmiş yeddi gün nədir axı..."

- Yetmiş Yeddinci Gün

226. "Zəmanə indiki insanları cılızlaşdırıb..."

- Sonuncu Ölən Ümidlərdir

227. "...: - O qədər dondurma , şokalad yeyirsən ki, şipşirinsən."

- Son Mektup

228. "Kaş ki, xoşbəxtliyi də bizə kreditlə verən olaydı......"

- Son Mektup

229. "... İnsan təbiətən naşükürdür. Heç nə, heç vaxt onu qane eləmir..."

- Sonuncu Ölən Ümidlərdir

230. "Qoşub qəm cütünü,ey arif olan,
Canda dərd əkməyin nə mənası var?!
Yağı düşmən səni kəsdiyi zaman
Qorxub diz çökməyin nə mənası var?!
Aşıq Şəmşir"

- Yetmiş Yeddinci Gün

231. "Həyat çox qəribədir, deyilmi? Bəzən cəzalandırmaq lazım gələndə təltif edir. Bəzən də əksinə, təltif etmək məqamı çatanda cəzalandırır."

- Yaşıl Üzlü Gündəlik

232. "Vacib olan o deyil ki, sevdiyin səninlədir. Vacib olan odur ki sevgi səninlədir."

- Əzilmiş Fotoşəkillər

233. "Yenə bu şəhərdə üz-üzə gəldik,
Neyləyək,ayrıca şəhərimiz yox...
Bəlkə də,biz xoşbəxt ola bilərdik,
Bəlkə də,xoşbəxtik xəbərimiz yox.
#Ramiz Rövşən"

- Sonuncu Ölən Ümidlərdir

234. "Adi həyatda hər gün onlarca insanla mübarizə aparıb, döyüşüb qalib gəlməklə iş bitmir ki. Oğulsan özünə qalib gəl: öz hisslərini, ehtiraslarını cilovla, öz səhvlərini etiraf elə, öz büdrəmələrinin qarşısını al!"

- Sonuncu Ölən Ümidlərdir

235. "Onsuzda bu sevginin qovusma finali mumkun deyil,bu oyunu oynayib itkiler vermek neye lazimdir axi?"

- Uzaqdan Gələn Yağış

236. "Bəzən “əlvida” deyib gedirsən, ancaq sonradan necə olursa, qayıdıb gəlirsən. Hərdənsə gedəndə “hələlik” deyirsən, ancaq bir də heç vaxt geri qayıtmırsan…"

- Bir Ovuc Torpaq

237. "Zəmanə indiki insanları cılızlaşdırıb..."

- Sonuncu Ölən Ümidlərdir

238. "Bəzən ümid, bəzənsə bir dünya dərd-ələm gətirən küləklər..."

- Əzilmiş Fotoşəkillər

239. "İnsanların içində tənha olmaq heç bilirsən necə ağırdır?!"

- Yol Ayrıcında Azıb Qalanlar

240. "Həyat çox qəribədir, deyilmi? Bəzən cəzalandırmaq lazım gələndə təltif edir. Bəzən də əksinə, təltif etmək məqamı çatanda cəzalandırır."

- Yaşıl Üzlü Gündəlik

241. "Bilin ki, üstünlük birincilərdədir. Birinci cərgənin sonunda olmaqdansa , ikinci cərgənin önündə olmaq yaxşıdır."

- Bir Ovuc Torpaq

242. "Bəzən sevinci gözləyirsən, indicə qapını döymədən içəri keçəcəyini zənn edirsən, amma qapın döyülür və qapının kandarında kədərin dayandığını görüb tam məyus olursan. Onu qovmaq sənin ixtiyarında olmur."

- Uzaqdan Gələn Yağış

243. "...., zülmətə düşən pilləkənin pillələri az, işığa çıxanınkı isə hədsiz çoxdur?!"

- Son Mektup

244. "" Sevgi " adlı bir hədəfi " maddiyyat " və " təmənna" adlı cəlladların nişangahından çıxarmağa çalışmasaq , hələ çox itkilərimiz olacaq."

- Uzaqdan Gələn Yağış

245. "Bəzən sözlər ən ağır zərbələrdən belə təsirli olur. Zərbə əzir,sözsə parça -parça edir."

- Yaşıl Üzlü Gündəlik

246. "Ürəklə, qəlblə yox, başla,beyinlə sevirlər. İndiki sevgi tamannalı sevgidir."

- Sonuncu Ölən Ümidlərdir

247. "- Ayrılıq qorxuludur, yoxsa ölüm?
- əlbəttə ayrılıq..."

- Sonuncu Ölən Ümidlərdir

248. "Görəsən, niyə belədir? Ən gözəl mahnıların hamısı ayrılıq haqqında olur..."

- Əzilmiş Fotoşəkillər

249. "Bəs niyə, niyə, niyə insan insanı unuda bilmir? Deyirlər, unutmaq üçün ayrılmaq lazımdır. Psixolo-ji nəticədir, gözlə yaddaş bir-biri ilə sıx bağlıdırlar, təmasdadırlar, göz görmədikcə yaddaş yavaş-yavaş pozmağa başlayır.
Bir-birindən ən müxtəlif səbəblər üzündən ayrılan sevənlər qonşudurlarsa evlərini, iş yoldaşıdırlarsa iş yerlərini, tələbə yoldaşıdırlarsa təhsil aldıqları ocaqları dəyişirlər, bəzən sevgi dağı daha ağır, sevgi əzabı daha şiddətli olanda hətta yaşadıqları şəhəri, ölkəni belə dəyişirlər. Və unudurlar. Gec, ya tez mütləq unudurlar.
Amma bir də var, sən ev nədir, iş yeri nədir, şəhər nədir, hətta işıqlı dünyanı tərk edir, dünyanı belə dəyişirsən, bununla belə, unudulmursan.
Göz görmədikcə yaddaş nəinki yavaş-yavaş pozur, əksinə, hər gün bir rəssam təki gah karandaşla, gah akvarellə, gah yağlı boya ilə müxtəlif şəkillərini həkk edib göz önündən asır."

- Qırmızı Ləçəklər

250. "... Əslində, başqaları üçün yaşamaq və ölmək özün üçün yaşamaq və ölməkdən asandır. Çünki birincinin ssenarisini özün yazırsan. İkincinin ssenaristləri isə başqaları olur..."

- Sonuncu Ölən Ümidlərdir

Parkta bankta kitap okuyan
Konu görseli — kitabın kapağı değildir.
Çocuk kitap okuyor
Konu görseli — kitabın kapağı değildir.
Çay fincanı ve kitap
Konu görseli — kitabın kapağı değildir.
Binlerce dünya klasiğini Türkçe ve ücretsiz okumak için hemen Kitaptik’i keşfet!
Rakamlarla ucretsizkitap.com.tr
0
Toplam Görüntüleme
0
Toplam Okunma
0
Toplam İndirme
0
Toplam Oy
0
Toplam Yorum

Okur Kılavuzu

Hangi kitabı okuyacağınıza karar vermek için künye, tanıtım ve seçme satırlardan oluşan başvuru rehberi.

Okur Kılavuzu'nin tamamı — A'dan Z'ye dizin »