Relslər Üzərinə Uzanmış Adam Kitap Bilgileri
Yazar: Rövşen Abdullaoğlu
Tahmini Okuma Süresi: 12 sa. 1 dk.
Sayfa Sayısı: 424
Basım Tarihi: Eylül 2020
İlk Yayın Tarihi: Eylül 2020
Yayınevi: Qədim Qala
ISBN: 9789952807806
Ülke: Azerbaycan
Dil: Azerice
Format: Karton kapak
Relslər Üzərinə Uzanmış Adam Kitap Tanıtımı
Relslər üzərində intihara qərar vermiş iki yad insanın kəsişən həyat yolları. Həyatın çətin dolanbaclarından çıxış yolu axtaran “həmrelslər” və kəlmə-kəlmə son dayanacağa doğru irəliləyən ömür, bəlkə, ölüm qatarı. “Nə üçün yaşayıram?” sualına cavab tapmağa çalışan qəhrəmanlar həyata tutunmağa bircə səbəb belə tapa bilmədikləri üçün ayaqları onları bu qatarın qarşısına gətirib.
Kanadada kəsişən relslər oxucunu qəhrəmanların keçmişinə aparır. Gözəl və inadkar serb qızı Adriana Balkan yarımadasında serblərə göstərilən təzyiqlərlə bağlı məqalə yazmaq üçün Mostar şəhərinə gəlir. Mostarla bərabər mehriban və alicənab bələdçisini də yaxından tanımağa başladıqca şovinist baxışları dəyişir. Boşnaklara nifrət ruhunda tərbiyə edilmiş Adriana özü də hiss etmədən bu “düşmən” millətin nümayəndəsinə əməlli-başlı aşiq olur.
Sevgi, fədakarlıq, xəyanət, Srebrenitsa dəhşətlərinin fonunda insanın özünə doğru gedən yolda ağır mübarizəsini əks etdirən möhtəşəm bir həyat hekayəsi. Bu mübarizə kimin qələbəsi ilə sonlanacaq?
Əsər insanın həqiqi mahiyyətini açaraq düşdüyü çətin sınaqlar zamanı ortaya çıxan rəzilliklərini və yüksələ biləcəyi mənəvi zirvələri göstərir. Bir tərəfdə əsas qurbanları qadınlar və uşaqlar olan qorxunc savaş, digər tərəfdə isə həyatın ən ağır sınaqlarından qalib çıxan SEVGİ.
Sevdikləri üçün canından keçmək asandır, lakin sevdikləri üçün yaşamağa – uzun illər boyunca hər gün ölüb-dirilərək yaşamağa yalnız həqiqi sevgini dadanlar qadirdir.
Relslər Üzərinə Uzanmış Adam Kitaptan Alıntılar
1. "En dramatik intihar fiziksel değil kişiliğin intiharıdır."
2. "Akıllı ve bilgili insanlar hiçbir şey bilmediklerini düşünürken, cahil aptallar kendilerini
ve bilgili sanırlar."
3. "Kendimi kendi hayatımda bir yama gibi hissediyorum."
4. "Ümidsizlik insanın
boşaldan, həyatını dağıdan ən qorxulu hissdir."
5. ".
həyatın mənası yoxdur.
.♡."
6. "Her duygu, kendisinden daha güçlü bir duygunun tutsağıdır."
7. "İnsanı bu çətin həyatda yaşadan ümiddir."
8. "
."
9. "Savaş asla bitmez, silah sesleri sussa da, kan durulsa da, sağır edici inlemeler hayatın
beyinden silinmeyecektir."
10. "
?"
11. "..Sen hiç kimseye benzemiyordun. Zengin değildin ama dünyanın en büyük zenginliği senin yüreğindeydi. Ben seni bu farklılığından, bu zenginliğinden dolayı sevdim."
12. "Hiçbir dilde insan duygularını ifade etmeye yetecek kadar kelime yoktur.
ve kelimeler duygular karşısında güçsüzdür."
13. "- Deməli onları göylərdə saxlayan sevgidir."
14. "♡
Bütün hisslərimizi gözlərimizlə paylaşırdıq
♡"
15. "Kurt yalnızca
, eşek yalnızca
ve boğa yalnızca
. Üçü de olabilen, tek canlı
. Bu yüzden insandan başka kimseden korkmayın, çünkü ondan daha
bir yaratık yoktur."
Relslər Üzərinə Uzanmış Adam Kitap İncelemeleri
Kitab çıxandan bəri haqqında bir-birinə zidd fikirlər duyurdum, Facebook qruplarında hətta çox insan görürdüm, deyirdilər ki, əsər "klişe" fikirlərdən ibarətdir, başqa kitablardan oğurlanıb və s. O zaman sizə bir sual verim: motivasiya tipli kitablar niyə kifayət qədər oxunur? Yəni insanı maksimum nə qədər, hansı üsullarla motivasiya etmək olar ki?) Və ya bir fikir çox insan tərəfindən, əxlaqi meyarlara uyğun olaraq düz hesab edilirsə, yazıçı fərqli yazmaqçün onu səhvmi göstərməlidi? Qısası deməyim odu ki, insan hissləri, niyə intihar doğru seçim deyil, müharibə, sevgi, yarım qalmış arzular, din və s. "klişe" mövzulardısa o zaman gərək kitabların yarısını ayırıb tullasınlar. Bu mövhumlar əksər kitablarda yer alır, əsas məsələ bunların insana necə çatdırıldığıdır, insanda hansı duyğular yaratdığıdır, nə qədər dərindən təsir etdiyidir. Yerli yazıçımız da, məncə, kifayət qədər geniş fantaziyası ilə bunu bacarıb, indiyə qədər oxşarını görmədiyim bir iş ortaya çıxarıb. Ən sevdiyim hissə kitablar haqqında obrazımızın dediyi fikirlərin yer aldığı bölümlər idi. Kitabdan həmçinin kifayət qədər yeni məlumatlar öyrənmək mümkündür, yazıçı Bosniya və Herseqovinanı elə təsvir edib ki, getməyim gəldi lap. Bir az bəyənmədiyim, bəzən təkrar mövzulara toxunulurdu kitabda, bir də bu janrın oxuyucusu deyiləm.