Mənim Payım Kitap Bilgileri
Yazar: Parinoush Saniee
Tahmini Okuma Süresi: 11 sa. 54 dk.
Sayfa Sayısı: 420
Basım Tarihi: 2013
İlk Yayın Tarihi: 2002
Yayınevi: Qanun Nəşriyyatı
ISBN: 9789952265972
Ülke: Azerbaycan
Dil: Azerice
Format: Karton kapak
Mənim Payım Kitap Tanıtımı
Atası və qardaşları 16 yaşlı Məsuməni üzünü görmədiyi oğlana zorla ərə verirlər. Məsumə başqasını sevir. Ali təhsil almaq istəyir. Zorla ərə verildiyi oğlana təslim olmaqdansa, intiharı üstün bilən Məsumə hələ bilmir ki, onun əri ölkənin azadlığı, insanların rifahı üçün mübarizə aparan inqilabçı, təhsilli və müasir adamdı. Sadə və dindar ailənin hicablı, imanlı qızı ateistlərin, solçuların, inqilabçıların arasına düşür...
Hazırda mühacirətdə yaşayan Pərinuş Səniinin “Mənim payım” avtobioqrafik romanında İran qadınının həyatı, ailədə, cəmiyyətdə ona olan münasibət sadə və natural şəkildə təsvir olunur.
Biz Qumdan Tehrana köçəndə atam məktəbə getməyimə icazə verdi. Hətta ona deyəndə ki, Tehran məktəblərində heç kəs çadra örtmür, başıma çadra yerinə yaylıq bağlamağa icazə verdi.
Amma bir şərt qoydu ki, onun ləyaqətinə xələl gətirməyim.
Abbas əmimə qurban olum. Bir dəfə eşitdim ki, atama - deyir:
- Qardaş, qızın zatı gərək yaxşı ola. Məsələ hicabda-zadda deyil. Əgər pis olsa, çadranın altından da min dənə iş görə bilər. İndi ki Tehrana gəlmisən, gərək tehranlılar kimi yaşayasan. Keçdi o zamanlar ki, qızı evdə həbs edirdilər. Qoy məktəbə getsin. Geyimi də o birilər kimi olsun. Yoxsa hamı onu barmaqla göstərər.
Abbas əmim çox düşüncəli adam idi. Belə də olmalı idi. ıo ilə yaxın idi ki, Tehranda yaşayırdı. Quma ancaq orada kimsə
öləndə gələrdi. Atamın anası, rəhmətlik nənəm hər dəfə Abbas əmi gələndə deyirdi:
- Abbas, niyə mənə belə gec-gec baş çəkirsən?
Abbas əmi də hündürdən gülərək:
- Nənə, neynəyim, qohumlara de ki, tez-tez ölsünlər, mən də Quma tez-tez gəlim, - deyirdi.
Nənəm əlini üzünə elə bərk çırpırdı ki, izi uzun müddət getmirdi.
Abbas əminin həyat yoldaşı tehranlı idi. Həmişə Quma gələndə çadra örtərdi. Hamı bilirdi ki, o, Tehranda hicab örtmür. Heç qızları da belə şeylərə əməl eləmirdilər. Məktəbə də hicabsız gedirdilər.
Nənəm öləndən sonra atam onun biz yaşadığımız evini satıb hamının payını verdi.
Mənim Payım Kitaptan Alıntılar
1. "Bazen bir olay, bir resim insanı geçmişine götürür."
2. "Bir şairin yumuşak bir ruha sahip olması gerekir."
3. "Gelecekteki ideal eşiniz nasıl olmalı?"
4. "En sevdiğin kitap ne?"
5. "Bir insan bu kadar aptalsa başına gelenler onun hakkıdır."
6. "Bu ne kadar garip bir dünyaydı böyle, ne öfkesinin ne de cömertliğinin bir ayarı vardı."
7. "O danışdıqca elə bil kitab oxuyurdum."
8. "༄༄
Ağlamaq pis şey deyil. Hərdən lazımdır.
༄༄
༄༄"
9. "Hər kəs bir şəkildə problemlərlə savaşırdı.."
10. "Sık sık kitapların üzerinde uyuyakalırdım"
11. "༄
Heç kəs günahsız deyil.
༄"
12. "Əgər insanlar zorakılığa özləri təslim olmasalar dünyada bu qədər zorakılıq olmaz."
13. "Bir insan doğru olduğunu düşündüğü her şeyi yapmalıdır."
14. "❛
Bir əldə iki qarpız tutmaq olmaz.
❜"
15. "Batan gəminin kapitanı kimi idim. Sərnişinlərin hamısı ümid dolu gözlərini mənə dikmişdilər. Amma özüm gəmimdən də çox sınmışdım. Bir nicat qayığına ehtiyacım var idi. Məni uzaq bir yerlərə aparacaq xilaskar qayığa."
Mənim Payım Kitap İncelemeleri
İranın siyasi-ictimai həyatından bəhs edən təsirli kitabdır. İranda yaşayan 16 yaşlı qızın təmiz sevgisi məhv edilir. Onu sevmədiyi oğlanla evləndirirlər. Min bir əziyyətə qatlaşır. Həyat yoldaşının əqidəsi tamam fərqlidir.Ailəyə və xanımına laqeyddir. Həmid ali təhsillidir. Hüquq fakültəsini bitirmişdir. Amma solçu idi. O gizli bir təşkilatın üzvü idi. Daha sonra Həmid tutulub həbsə atılır. Məsumə yaşadığı bu illər ərzində məktəbi bitirir. Üniversiteti girir. Daha sonra qaynatasının köməyi ilə idarədə işləyir. Uşaqlarını və özünü dolandırır. Kamil və ağıllı bir qadına çevrilir. Çox əziyyətlərə övladlarına görə qatlaşır. Həmid həbsdən çıxır. Yenə siyasi fəaliyyətə başlayır. Yenə tutulub həbsə atılır. Həbsdə vəfat edir. Daha sonra oğlu Siyamək mücahidçilərə qoşulur. Oğlu da siyasi fəaliyyətinə görə həbs olunur. Oğlu 1 il sonra həbsdən çıxır. Onu xaricə qaçaq keçirirlər. Orada universitetə girib bitirir. Məsud isə əsgərliyə gedir. Müharibədə əsir düşür. Daha sonra öz vətənində qəhrəman kimi qarşılanır. Məsud universitetə girirvə oranı da bitirir. Məsumənin balaca qızı Şirin də universiteti bitirir. Beləliklə Məsumənin uşaqları evlənir və o tək qalır. Bu anda o 30 il sonra illər əvvəl itirdiyi gənclik eşqi Səidi tapır. Səid Məsumə ilə ailə həyatı qurmaq istəyir amma övladları razı olmurlar. Övladlarına görə çəkdiyi əziyyətlərə heyfslənən ana daha yalnızlığı, taleyi ilə barışır.Səidə rədd cavabı verir.
Bir fədakar qadının həyatından... Həmin o fədakar qadın ki, başına hər nə bəla gəlirsə gəlsin yenədə gücünü toplayaraq həyata davam edir.
Əsərdə Məsumə adlı bir qızın taleyi təsvir olunur. Adı kimi məsum olan Məsumə ailəsinin törətdiyi çətinliklər, Səidə olan nakam sevgisi onun uzun müddət bağlı qapılar ardında qalmasına səbəb olur. Ailəsinin təkidi ilə üzünü belə görmədiyi, sadəcə adını eşiddiyi biri ilə zorla evləndirilir.
Məcburiyyət... Neçə insanın həyatını məhv edən o kəlimə. İnsanın özünün məcbur qalmasından danışmıram, başqaları tərəfindən məcbur buraxılmasından danışıram. Və bu kitabda da Məsumə həyatı boyunca başqaları tərəfindən hər nəyəsə görə məcbur buraxılır.
Mən kitabı çox sevdim. Bu əsərdə əsəb, sevgi, kədər və nifrət kimi duyğuları çox dərindən hiss etdim.
Hər kəsə tövsiyə edirəm.
"Anam həmişə deyirdiki, hamının payını ayırıb kənara qoyurlar ki, o payı özü yeyə. Hərdən mənə elə gəlir ki, mənim payım olmayıb. Yeniyetmə vaxtı atama, qardaşlarıma görə öz payımdan kecməli oldum. Sonra ərimə görə. Mənə ya bir qəhrəmanın, ya bir vətən xaininin arvadı kimi baxırdılar. Sonra bir müxafilətçinin anası kimi tanıdılar. Sonra savaşçı anası oldum. Neçə dəfə məni gah yuxarı qaldırıb, gah yerə çırpdılar. Bunların heç biri mənim öz payım deyildi. Heç vaxt heç kim mənim məhz özümün kim olduğumu, nə istədiyimi soruşmadı."
Kitab çox axıcıdır. Oxumağı hər kəsə tövsiyə edirəm.
Yenə qız və oğlan ayırımı. Qız heç bir şey istəyə bilməz mi? Təəssüf ki,hələ də qızın heç bir şey haqqı yoxmuş kimi düşünən və davrananlar var. Qız təhsil almaz,işləyə bilməz,ailə quracağı şəxsi seçə bilməz. Sanki mütləq idarə edilməlidir kimlərsə tərəfindən. Bu elə cahilliyyətin bariz nümunəsidir.
Məcburiyyət...Neçə insanın həyatını alt-üst edən kəlimə, davranış biçimi. İnsanın özünün məcbur qalmasından danışmıram. Kimsə tərəfindən istəmədiyi bir şeyə məcbur edilməsindən danışıram. İmkan verməyin həyatınızı məhv etsin onlar. Çünki bu həyatı yaşayacaq olan sizsiz. Onlar yox. Siz sonra acı çəkəndə o acını onlar dindirməyə çalışmayacaq, ya da ki,siz ağlayanda o göz yaşını silən olmayacaq. Ümumiyyətlə siz onların vecinə olmayassız,onlar günahkar olsalar belə.
Və ən pisi bilirsiz mi,nədir? Yuxarıda saydıqlarımın İslam adı altında iyrənc bir şəkildə icra edilməsidir. Axı dinimiz nə zamandan deyib ki,qız təhsil almaz,elm öyrənməz? Bəs nə zamandan deyib ki,bir qızı məcbur kimləsə evləndirə bilərsiz? Biri mənə cavab versin? Nə zaman belə bir şey deyilib axı? Niyə bu cahil kafanızla milləti İslamdan uzaqlaşdırırsız axı? Niyə???? Sizə bu haqqı kim verib axı? Biri desin bunu. Bir kitab açmayıb,bir hədis oxumayıb ağzınıza gələnləri danışırsız. Neçə insanı İslamdan uzaqlaşdırıb,isyan etməyə məcbur edirsiz bilirsiz mi? Və etdikəriniz hesabını necə ödəyəssiz? Bunu düşündüz mü?
Kitabı uzun zamandır ertəyirdim,səbəbi isə məni İrandakı qatı qanunların sıxacağını düşünürdüm və özümü hazır hiss etmirdim. Təbii ki, əvvəlcədən oxumadığım üçün peşman oldum.
İlk dəfə Qanun nəşriyyatının kobud səhvləri ilə qarşılaşdım hansı ki, səhifələrdə çatışmazlıqlar və təkrarlar var idi. Ama buna baxmayaraq, kitab o qədər möhtəşəm idi ki,bu problemlər məni qıcıq etsə belə məni kitabdan soyutmurdu. Əsərdə hisslər o qədər insana keçirdi ki, xəbəriniz belə olmadan özünüzü hadisələrin içində tapırdınız ,sanki, o hissləri siz də yaşayırsınız ,o qanun çərçivələri sizə də qoyulub. Normalda kitabları yavaş- yavaş oxuyan biri olaraq bu kitabı bir su içimində oxuyub bitirdim.
* Spoiler*
Bir qadının hər şeyə rəğmən oxumaq, təhsil almaq sevgisinin bitməməsi mənə yüksək motivasiya qazandırdı. Düşünürəm,hər bir qadının kitabı oxuyub savada, biliyə sahib olmağın, öz ayaqları üstündə durmağın bir qadın həyatındakı vacibliyini dərk etdirəcək bir əsərdir. Məsumədə oxumaq həvəsi olmasa, sadəcə yaşıdları kimi “ərə gedib”, “uşaq baxmağı” özünə borc bilsə idi, bu qədər güclü olub hər kəsi qarşısına alaraq, müxtəlif mübarizələr apararaq uşaqlarına ali təhsil verib, onların gələcəyini quran qadın olmazdı. Bununla birlikdə o həm də çox fədakar qadın idi. Fədakarlığı ucbatından sonda tək qaldı və ürəyindəki sönməyən məhəbbəti də övladlarına qurban verdi…
Mən ilk dəfədir inceleme edirəm, çoxdandır istəyirdim hansısa kitab haqqında inceleme edim lakin xüsusi bir kitabla başlamaq istəyirdim. Sonunda bu kitab bütün zəncirlərimi qırdı.
Kitabla ilk tanışlığım illər öncə idi, bacım mənə tərifləmişdi (azdan-çoxdan danışmışdı da) , spoiler yediyim üçün oxumaq istəmirdim, bir tərəfdən də istəyirdim. Yenə də cəsarət ədib oxumurdum çünkü, ağır olduğunu bilirdim. Nəhayət oxumaq qərarına gəldim.
Kitab haqqında sözlərimə keçsək, sadecə möhtəşəmdir deyə bilərəm. Kitabın hər cümləsi o qədər tesirli, o qədər dərin idi ki, hər dəqiqə göz yaşlarım axırdı. Mənim üçün kitabın ən önəmli xüsusiyyəti axıcı olmasıdır. Aftobioqrafiya olmağına baxmayaraq çox axıcı idi. Gecədən səhərə kimi yorulmadan və həyəcanla elə oxudum ki, heç bilmədim nə zaman bitdi. Gərəksiz cümlələrlə, yersiz hadisələrlə insanı yormur, rahat, asan başa düşülən cümlələrlə yazılıb.
Fikrimcə elə bir insan ola bilmez ki, oxuyub duyğulanmasın, xüsusiyle de bir qadın olaraq... Nəinki İranda, bütün dünyada da qadın olmaq zəhmətli və çətindir. Kaş ki, bütün cahil toplumlar, qadınları kişilerden aşağı görən, onlara zülm edən, aşağılayan, cinsi ayrıseçkilik edən hər kəs bu kitabı oxusa...
"Anam həmişə deyirdi ki, hamının payını ayırıb kənara qoyurlar ki, o payı özü yeyə. Hərdən mənə elə gəlir ki, mənim payım olmayıb..."