Tüm kitapları ücretsiz okuyabilir veya indirebilirsiniz! Ayrıca son kitabımız İlahi Rezonans artık raflarda! İncelemek için:

Elxan Elatlı Alıntıları & En Çok Okunan Sözleri

Elxan Elatlı En Beğenilen Sözleri



1. "Yaxşiliq etdim deyə sevinməyə , pislik etdim deyə də kədərlənməyə tələsməyin. Nəyin yaxşiliq nəyin pislik olduğunu zaman göstərəcək."


- On Dördüncü Adam



2. "Həyatda təsadüf deyilən bir şey yoxdur . Qarşina çixan yollardan hansisa birini özün seçirsən.Bu zaman ya hansi yolu seçəcəyin barədə kifayət qədər düşünüb daşinirsan , ya da bəxtinə güvənərək gözüyumulu addim atirsan."


- On Dördüncü Adam



3. "Ona göre bir kadının kalbini ele geçirmek eğer sonsuza kadar onunla olacaksan normal bir şeydi, eğer onun kalbini yanına alıp onu yarı yolda bırakacaksan suçtu."


- Susan Qadın



4. "- Sən bilirsən mən onu niyə vurdum?! --Ona görə yox ki, əsgər getmək istəmir, ona görə ki, anasını söydüm, durub üzümə baxdı. Mənə əl də qaldırmadı. Yoxsa, nəyimə lazımdır onun əsgər getməyi?! Anasının qeyrətini çəkməyən, guya, gedib vətən qoruyacaq?!"


- Cəhənnəmdən Gələn Səs



5. "Içində iblis xisləti gəzdirə gəzdirə səni sevən qadina özünü mələk kimi tanitmaq , onu aldatmaq xəyanət deyilmi?"


- Bakıdan Gələn Xəfiyyə



6. "Deyirdilər ki, atasına bənzəyən qız xoşbəxt olur..."


- Niyə Susursan, Polkovnik?



7. ""Söhbət xəyanət kimi, aldatma kimi alçaq əməllərdən gedirsə, bunları əsas elə gərək kişilər eləməsin. Çünki başqa vaxt onlar öz kişilikləri ilə, mərdlikləri ilə qürurlanıb qadınlara yuxarıdan aşağı baxırlar. ""


- Susan Qadın



8. "-- Hardan zəng vurursunuz?
-- Cəhənnəmdən..
-- Məni ələ salırsız?
-- Yox! - yad qadın hökmlə dilləndi. - Mən Ermənistandan zəng vururam..."


- Cəhənnəmdən Gələn Səs



9. "-- Ananı çox sevirsən?
-- Çox! - Onun yolunda tərəddüd etmədən ölümə gedərəm. Bəs siz ananızı sevmirsiz?
-- Heç ananı sevməmək olar? Həm də qocaldıqca daha çox sevirəm onu. Sanki, nə vaxtsa itirməkdən qorxuram..."


- Cəhənnəmdən Gələn Səs



10. "Duyğularını, əslində, səni anlamayan, xətrinə dəyməmək
üçün özünü canıyanan kimi göstərən insanlara danışmaqdansa, susmaq, susmaq mümkün deyilsə, bir heyvana və ya bir ağaca danışmaq daha yaxşıdır."


- Qanbay Qasımlının Xəfiyyələri



11. "-- Əsl güclü adam, mənim fikrimcə, bilirsiniz kimdir?
-- Kim?
-- O adam ki nəyisə etməklə bərabər, etməməyi də bacarsın.
-- Başa düşmədim...
-- Baxın, məncə, öldürmək asandır, bağışlamaq çətin. Pislik asandır, yaxşılıq çətin. Yemək asandır, yeməmək çətin. Çətin işi bacaran daha güclü sayılmalıdır, yəqin ki. Başa düşdünüz?
-- Hə. Demək istəyirsən ki, nəfsini saxlaya bilən daha güclüdür.
-- Nəfsini saxlaya bilən, bəli, güclü adamdır. İnsan gərək birinci özünə qalib gəlməyi bacarsın..."


- Cəhənnəmdən Gələn Səs



12. "Makiyajla-filanla arası yox idi. Sadəliyi və təbiliyi hər şeydən üstün tuturdu."


- Alternativ Əməliyyat



13. "-"İyilik yaptım diye sevinmeye, kötülük etdim diye hüzünlenmeğe acele etme. Neyin iyilik, neyin kötülük olduğunu zaman gösterecek.""


- On Dördüncü Adam



14. "İnsana etibar etmək insanın ən zəif yeridir."


- Ölümsüz Qətl



15. "Axırda qərara gəlmişdi ki, insanın yaşaması, sağlam olması və sağlamlıq uğrunda mübarizə aparması üçün elə birinci növbədə yaşamaq həvəsi, yaşamaq eşqi lazımdır. Bunun üçün də gərək həyatında nədənsə zövq alasan. Nəyinsə naminə yaşayasan, nəyinsə uğrunda çarpışasan."


- Bakıdan Gələn Xəfiyyə



16. "Niyə axı biz qadınlar öz şəxsi həyatımızdan başqa hər şeyi düşünürük? Ata-anamızı, qardaş-bacımızı, ərimizi, uşaqlarımızı və ən pisi də yad insanların barəmizdə nə deyəcəyini..."


- Susan Qadın



17. "Qadınlar özlərinə qarşı xəyanətin intiqamını alanda çox təhlükəli olurmuşlar…- Nəsimi yenə başını buladı.
-Qadınlar elə həmişə təhlükəlidir…"


- Uğursuz Gecə



18. "Atasından kifayət qədər sevgi və isti nəvaziş görməyən qız uşaqları yetkin yaşa çatandan sonra belə münasibətə başqa qızlardan daha artıq möhtac olurlar və onlara adi bir nəvazişlə yaxınlaşan hər hansı əks cins nümayəndəsinə asanlıqla vurula bilirlər."


- Susan Qadın



19. "Əqidəsi, mənliyi olmayan kişi fahişə qadından da betərdir..."


- Cəhənnəmdən Gələn Səs



20. "-- Heç bilirsiniz çılpaqlıq nədir?
-- Nədir?
-- Bilirsiniz, qadının üzündə bir həya pərdəsi olmalıdır. Bu pərdə götürüləndə qadın çılpaqlaşır. Başqa vaxt yox.
-- Tam anlaya bilmədim.
-- Baxın, bir qadın ola bilsin, boğazından topuğuna qədər geyimə bürünər. Amma gözlərində, sifətində elə həyasızlıq oxuna bilər ki, onun çılpaq olduğunu düşünərsən."


- Cəhənnəmdən Gələn Səs



21. "Tənha yaşamağı bacaran insanlar ən güclü insanlardır."


- Məhəbbətin Gizli Kodu



22. "Nadana nəyisə izah etməyə çalışmaqla aşsüzənə su doldurmağa çalışmaq arasında heç bir fərq yoxdur."


- Alternativ Əməliyyat



23. "-- Sənin öldüyünü düşünürdük.
-- Kaş öləydim. Xocalıdan olanların ən bəxtəvərləri elə ölənlər oldular.
-- Sizə çox işgəncə verdilər?
-- Sən bilən, insana verilən ən böyük işgəncə nə ola bilər?
-- Nə bilim... Deyə bilmərəm..
-- Heç mən də deyə bilmərəm. Çünki onlar ən dəhşətli hesab etdiyin, ən çox qorxduğun işgəncədən sonra düşünüb eləsini tapırlar ki, əvvəlkini arzu edirsen.."


- Cəhənnəmdən Gələn Səs



24. "Allah bizi her an önümüze çıkan ve geri dönüşü olmayan yeni hayat yollarının en doğrusuna yönlendirmeye çalışmaktadır. Ve bazen bunu anlamıyoruz, bizi felakete sürükleyen yanlış yola düşüyoruz..."


- On Dördüncü Adam



25. "Hər kəsin onu anlayan birinə ehtiyacı var..."


- Məhəbbətin Gizli Kodu



26. "Müharibənin öz dəyişməz qanunu vardı.
Ölmək istəmirsənsə, mütləq öldürməlisən!"


- Armed Mişel



27. ""Gənc müstəntiq öz təcrübəsində hələ elə "qeyrətli" kişilər də görmüşdü ki, arvadını namus üstə öldürüb həbsə düşür, bu əməli ilə evdəki qız uşaqlarını hər iki valideyndən məhrum edir, onların namussuz yola düşmələrinə səbəb olur.""


- Susan Qadın



28. "- "Mərtəbələr" romanını oxumaq istəyirəm, amma almağa imkanım yoxdur, kimdə varsa, versin oxuyub qaytarım, - deyə ətrafdakılara müraciət etdi.
- Məndə var, yaxınlıqda dayanmış oğlan dərhal dilləndi.
- Ay, nə yaxşı, - qız sevindi, - verə bilərsiniz mənə?
- Əlbəttə. Hansı tərəfdə qalırsınız?
- "Nəsimi" metrosuna yaxın oluram. Amma siz hara desəniz, gələ bilərəm.
- Bəs sizdə "Qan ləkəsi" romanı var?
- Bəli, var, - qız cavab verdi.
- Bu lap əla oldu ki, - deyə oğlan aşkar sevindi. - Xahiş edirəm, siz də onu verərsiniz, oxuyub qaytararam."


- Şantaj



29. "Ölümün yalnız yoxolma, əbədi yuxuya getmə olduğu aydınlaşarsa, o zaman ondan heç kim qorxmaz. Lakin ölüm məchuldur və məchul olduğu üçün də qorxunc və vahiməlidir."


- Uğursuz Gecə



30. "Ölümün yalnız yoxolma, əbədi yuxuya getmə olduğu aydınlaşarsa, o zaman ondan heç kim qorxmaz. Lakin ölüm məchuldur və məchul olduğu üçün də qorxunc və vahiməlidir."


- Uğursuz Gecə



31. "Yadında saxla, dünya tarixi türklərin qəhrəmanlıq tarixi ilə doludur. Başqaları döyüşməyi türkdən öyrənib. Təkcə kişilərimiz yox, qadınlarımız da at belində, əlində qılınc düşmən üstünə getməkdən qürur duyublar. Elə indinin özündə, Türkiyəyə bax! Orada doğulan gənclər dünyanın hansı ölkəsində yaşayırsa yaşasın, əsgərlik yaşı çatanda vətənlərinə qayıdıb öz borclarını verirlər. Bizimlə onların keçmişimizdə heç bir fərq yoxdur. Xarakterinizdə də, əqidəmizdə də..."


- Cəhənnəmdən Gələn Səs



32. "- Pul insanı necə də qudurdarmış...
- Səhv edirsən, pul insanı qudurtmaz, insana bənzəyən ikiayaqlı heyvanları qudurdar."


- Alternativ Əməliyyat



33. "- Çox sağ ol, Ayçöhrə!
- Nə üçün?
- Ona görə ki, varsan.
- Var olduğuma görə Tanrıma minnətdar ol.
- Onun qarşısında üzü üstə düşürəm, səni yaratdığına görə. Üstəlik, mənə bəxş etdiyinə görə. Mən daha heç nə istəmirəm ondan..."


- Cəhənnəmdən Gələn Səs



34. ""Müharibə qanunları" deyilən bir məfhum olmamalıdır. Çünki müharibənin özü tamamilə qanunsuz bir şeydir."


- Armed Mişel



35. "Biz azərilərin bəxtinə son iki əsrdə çox bəlalar düşüb. Əvvəl çar Rusiyasının, sonra isə sovetlərin müstəmləkəsi olmuşuq. Bunların ikisi də Türkün tarixini yaxşı bildiyi üçün çalışıb ki, tabeliyində olan türklər əsgər getməsin. Gedəndə də, əlinə avtomat, tüfəng götürüb vuruşmağı öyrənməsin, tikintidə işləyib ruslara xeyir versin, ya da mətbəxdə kartof soymaqla əsgərliyini başa vursun. Bilirdilər ki, bu millətin balaları vuruşmağı öyrənsə, sabah azadlığını istəyəndə qabağında durmaq olmayacaq..."


- Cəhənnəmdən Gələn Səs



36. "İnsanlar zamanı ölçüyə salıb saatlara, günlərə, aylara, illərə bölsələr də, onun hərəkət sürəti hər kəs üçün fərqlidir.
Birinə bir gün kimi görünən zaman kəsiyi başqası üçün bir il kimi keçə bilər. Lakin zamanın hər kəsə eyni görünən xü­susiyyətləri də var. Axar su kimi bir dəfə keçdiyi yerdən bir daha keçmir, heç kimin xətri üçün yerində dayanıb gözləmir, geriyə qayıtmır. Sonsuzluqdan gəlib sonsuzluğa gedir."


- Belçika Ovçarkası



37. "Musiqidən başqa təmiz bir şey
qalmayıb bu dünyada."


- Xəyanət



38. "İcazə ver burada Sabirə bir də rəhmət oxuyum. Kişi lap yerində deyibmiş ki, harada müsəlman görürəm, qorxuram."


- Ölümsüz Qətl



39. "Zülmət qaranlığın düz içində idi.Qaranlıq isə elə qaranlıqdır.Nə olduğu bilinmir."


- Xəyanət



40. "İki bədəndə bir ruh! Əsl məhəbbət elə bu demək deyildimi?"


- Ölüm Ağacının Kölgəsində



41. "İnsanın qəribə bir xüsusiyyəti var. Bu, əslində təkcə insanlara yox, bütün canlılara aiddir. Əgər bir mühit bir canlını dərhal öldürmürsə, onda canlı o mühitə alışır. Gəc ya tez..."


- On Dördüncü Adam



42. "Necə ola bilərdi axı, erməni kimi mənfur düşmənin içində 17 il yaşayasan, olmazın zülmlər, insan ləyaqətini alçaldan işgəncələr görəsən, amma yenə öz insanlıq simanı itirməyəsən..."


- Cəhənnəmdən Gələn Səs



43. "Musiqidən başqa təmiz bir şey
qalmayıb bu dünyada!"


- Xəyanət



44. ""Əslində,əsir düşmək elə ölmək demək idi""


- Armed Mişel



45. "Bəzən həyatda belə olur. Keçmişdəki bütün pis şeyləri unudub yalnız gələcəyə baxaraq irəliləmək istəyirsən, birdən keçmişinin artıq unutduğun zənn etdiyin bir parçası qabağına çıxır."


- On Dördüncü Adam



46. "Ən ağlasığmazı isə bu idi ki, cığırlarla qalxanlar yalnız diri, salamat əsgərlərimiz deyildi. Yaralılarımız, hətta şəhidlərimiz də yoldaşlarının çiyinlərində eyni sürətlə düşmənin üstünə gedirdi. Vurulan yoldaşlarımızın heç birini o cığırlarda qoymurduq, özümüzlə Şuşaya aparırdıq. Həmin vaxt hələ də düşmənin əlində olan Şuşaya..."


- Alternativ Əməliyyat



47. "Puldan söz düşəndə məlum olur ki, hamı eyni dinə sitayiş edir."


- Belçika Ovçarkası



48. "Axı bu insanlar niyə bir-birlərinə xəyanət edirlər?
Təkcə insanlarmı? Bəli, insanlar!"


- Xəyanət



49. "Sevdiyi bu adam bir sözü ilə onun qəlbini yaralasa da, yenə onu düşünür, salamat olmağını arzulayırdı."


- Alternativ Əməliyyat



50. ""Lənətəgəlmiş müharibə çoxlarının arzusunu ürəyində qoydu""


- Armed Mişel



51. ""Kişilik qürurunu sındırılmış hesab etdiyi üçün içində arvadına qarşı nifrət hissi alovlanır və həmin məqamda düzgün işləməyən beyni onu qarşısındakı yolların ən pisinə - cinayətə yönləndirirdi. Və bu kişi yalnız həbsə düşməklə həyatında nə qədər çox şey itirdiyini anlayanda peşman olub fikirləşirdi ki, normal düşüncəli, sivil bir insan kimi qürurunu arvadından boşanmaqla da bərpa edə bilərdi.""


- Susan Qadın



52. "... Heç bilirsən, bu "arvad" sözündən necə zəhləm gedir?"


- Susan Qadın



53. "Məhəmməd Əmin Rəsulzadənin dediyi kimi: "Bir kərə yüksələn bayraq bir daha enməz!""


- Armed Mişel



54. "- Sənin öldüyünü düşünürdük.
- Kaş öləydim. Xocalıdan olanların ən bəxtəvərləri elə ölənlər oldular.
- Sizə çox işgəncə verdilər?
- Sən bilən, insana verilən ən böyük işgəncə nə ola bilər?
- Nə bilim... Deyə bilmərəm..
- Heç mən də deyə bilmərəm. Çünki onlar ən dəhşətli hesab etdiyin, ən çox qorxduğun İşgəncədən sonra düşünüb eləsini tapırlar ki, əvvəlkini arzu edirsen.."


- Cəhənnəmdən Gələn Səs



55. "Mənim nəzərimdə dünyada ən çətin peşə müəllimlikdir."


- Qanbay Qasımlının Xəfiyyələri



56. "Kim bilir?! Qadın ürəyi o qədər sirli, qadın qəlbi o qədər qaranlıq olur ki, bundan heç kəs, heç özləri də baş aça bilmir."


- Qan Ləkəsi



57. "Sevgi nifrətə çevriləndə çox pis olur."


- Uğursuz Gecə



58. "Qadınlar, qadınlar... Görəsən, onları dərindən araşdıraraq nə istədiklərini öyrənən bir dahi olubmu dünyada?"


- Susan Qadın



59. "Sürəkli xəyanətlə qarşılaşan, təhqirlərə məruz qalan, qüruru incidilən bir qadın susarsa, bu, artıq təhlükədən xəbər verirdi."


- Susan Qadın



60. "Başqaları döyüşməyi türklərdən öyrənib. Təkcə kişilərimiz yox qadınlarımız da at belində, əlində qılınc düşmən üstünə gəlməkdən qürur duyublar."


- Cəhənnəmdən Gələn Səs



61. "- İşlər necə gedir, Qanbay müəllim, nəsə var?
Qasımlı başını buladı:
- Hər şey var, Pərviz... Təkcə ədalətdən başqa..."


- Belçika Ovçarkası



62. "Qadının ağlamasına birthərə dözmək olur., kişinin ağlamasına isə dözmək çətindir."


- Uğursuz Gecə



63. "Qadının ağlamasına birthərə dözmək olur., kişinin ağlamasına isə dözmək çətindir."


- Uğursuz Gecə



64. "Görəsən, nəyə görə həmişə pulu olmayan puldan, qeyrəti olmayan qeyrətdən, kişiliyi olmayan kişilikdən danışır? Bununla əskikliklərini, nöqsanlarını ört-basdır etmək istəyirlər? Kimin nəzərində? Ətraflarındakı insanların, yoxsa elə özlərinin?.."


- Ölümsüz Qətl



65. "Tanrı səni mənə ikinci dəfə verdi."


- Armed Mişel



66. ""İnsan övladı necə də dözümlü olurmuş...""


- Armed Mişel



67. "- Sən mənim ürəyimin içindəsən və oradan heç zaman çıxmayacaqsan.
- Sən də... Səni özümdən kənarda görə bilmirəm ki... Elə bilirəm içimdəsən..."


- Ölüm Ağacının Kölgəsində



68. "Unutmayın ki, yüz çaqqal yığılsa, bir canavara nəsə edə bilməz."


- Alternativ Əməliyyat



69. "Və onda ümumiyyətlə rəhm duyğusu yox idi."


- Ölüm Ağacının Kölgəsində



70. "Çalışın səhv etməyin, qızlar, yoxsa sizi anlamaq istəməyən bu amansız cəmiyyət səhvinizi əsla bağışlamayacaq."


- Şantaj



71. "Hər dəfə belə nadan əməllərlə rastlaşanda mənə elə gəlirdi ki, Sabirin Şamaxıdakı "Yeddi günbəz" qəbiristanlığından, Mirzə Cəlilin isə Bakıdakı Fəxri xiyabandan gələn kinayəli qəhqəhə səslərini eşidirəm..."


- Ölümsüz Qətl



72. "- Mən verdiyim sözə həmişə əməl etmişəm.
- Kişi kimi?
- Bəzi kişilərdən yüz dəfə artıq!"


- Alternativ Əməliyyat



73. "Sumqayıt Dövlət Universitetinin filologiya fakültəsində oxuyurdu."


- Alternativ Əməliyyat



74. "Əgər tanrının sizi sevdiyinə və həmişə onun diqqətində olduğunuza əminsinizsə, qarşınıza çıxan həyat cığırlarının ağlınıza ilk gələnini tutub gedin. Çünki onu sizin ağlınıza Tanrı özü salır. Əgər tərəddüd edib başqa cığırı seçsəniz, bilin ki, sizi o cığıra yönəldən şeytandır."


- On Dördüncü Adam



75. ""Qandan qıpqırmızı olmuş çörək tikəsini ağzına basdı. İsti qandan yumşalmış çörək necə də dadlı idi""


- Armed Mişel



76. "Bəzən hansısa əzizimizin çox kiçik bir arzusunu yerinə yetirməyə ehtiyac duymuruq. Düşünürük ki, adi, keçici bir şeydir, unudulub gedəcək. Ağlımıza belə gəlmir ki, o adamı itirə bilərik və o zaman adi, keçici saydığımız həmin əməlin peşmanlığı bizə bu dünyada cəhənnəm əzabı yaşadar."


- Ölümsüz Qətl



77. "Kitabı açıb gördüyü ilk qəzəlin birinci misrasını oxudu:








,



,



”."


- Belçika Ovçarkası



78. "Ancaq insan qəlbi söz dinləmir. İnsanın özü azad olma­sa belə, qəlbi azad olur. Sevdiyini sevir, nifrət etdiyinə nifrət edir. Lazım gələndə açıq, lazım gələndə gizlin... Hər halda, qəlbdə saxtalıq olmur. Saxtalıq dildə və kimlərinsə yalandan “qəlbin aynası” adlandırdığı gözlərdə olur."


- Belçika Ovçarkası



79. "Niyə hər kəsin əməlində məntiq axtarırsan? Bəlkə, elə başları xarabdır?.."


- Ölümsüz Qətl



80. "" Qız atanın, qardaşın ərə gedəndən sonra isə eyni zamanda ərinin namusudur, ....."


- Şantaj



81. "Bacarırsan yaşa, inkişaf elə, nəsil artır, bacarmırsan başqalarına yem ol!"


- Seçilmiş Cəza



82. "Uca Yaradan yaratdığı insanlara beyinlərinin dözə biləcəyi qədər eşitmə, görmə, düşünmə qabiliyyəti verdiyi kimi, ürəklərinin dözə biləcəyi qədər də sevmə qabiliyyəti verib."


- Alternativ Əməliyyat



83. "-Baxan da deyər ki, sabah döyüşə yox, toya gedirsən.
-Döyüş elə mənim üçün toy kimi bir şeydir."


- Alternativ Əməliyyat



84. ""Yadında saxla ən böyük namussuzluq vətəni yadlara satmaq, düşmənin sənin torpağında ağalıq etməsinə göz yummaqdır...""


- Armed Mişel



85. "- Təsəvvürünə belə gətir ki, ümumiyyətlə heç nə yoxdur. Bu dünyada bir sən varsan, bir də mən. Ucsuz-bucaqsız bir səhrada ağacın kölgəsində oturmuşuq. Hara baxırıqsa özümüzdən savayı adam-insan görünmür. Bizi də görən yoxdur. Günəş səhranı yandırıb tökür, biz isə ağacın kölgəsində oturub özümüz üçün sərinlənirik.
- Ölüm ağacının?
- Lap olsun ölüm ağacının."


- Ölüm Ağacının Kölgəsində



86. "Kimisə sevmək adamın öz əlində deyil ki..."


- Şantaj



87. "Türkləri öldürmək olar, amma əsla məğlub etmək olmaz."


- Qisas Gecəsi



88. "Xocalı hadisəsi baş verəndə xəbərlər təkcə Azərbaycanın o vaxtkı rəhbərliyinə yox, dünyanın hər yerinə, dünyanı idarə edən böyük dövlətlərin başçılarına belə çatırdı. Ancaq hamı susurdu... Müasir dünya dəhşətli insan qırğını görməmişdi və maraqla gözləyirdi. Gözləyirdi ki, görsün torpağın qara üzü günahsız insanların qırmızı əti ilə örtüləndə necə görünür?!"


- Cəhənnəmdən Gələn Səs



89. "Söhbət insandan gedir­sə, heç vaxt deməyin ki, bu ola bilməz, filankəs bunu etməz."


- Belçika Ovçarkası



90. "Mən həmişə sənin yanında olacam. Heç vaxt unutma ki, səni çox sevən, həmişə səni düşünən, səni özünə hamıdan doğma bilən biri var..."


- Ələkeçməz Yaquar



91. "Bu dünyada həmişə həqiqətlə, aşkarlıqla yaşamaq mümkün deyil. Kimlərdənsə nəyisə gizlətməli, hətta yalan danışmalı olursan. Bəzən insanlıq üçün bir yalan yüz həqiqətdən daha faydalı olur."


- Ölümsüz Qətl



92. "Ancaq, hamı susurdu... Müasir dünya dəhşətli insan qırğını görməmişdi və maraqla gözləyirdi. Gözləyirdi ki, görsün torpağın qara üzü günahsız insanların qırmızı əti ilə örtüləndə necə görünür?!.."


- Cəhənnəmdən Gələn Səs



93. "-Bax, siz kişilər busunuz da! Sənə vurulduğu, ya azından xoşlandığı üçün özünü təslim edən, sənə heç zaman görmədiyin həzz yaşadan qızdan kefin istədiyi kimi istifadə etmisən, indi də ona pozğun damğası vurub deyirsən ki, ondan sənə arvad olmaz. İnan, nifrət edirəm sizin bu çürük, eqolu düşüncənizə!"


- Susan Qadın



94. "Evlilik müddətində həmişə taleyinə üsyan etmiş bu qadın son bir-iki ayda artıq özünə qapanaraq hər şeyə qarşı susurmuş. Bəli, sadəcə susurmuş. Sadəcə?.. Yox, bu heç də sadə məsələ ola bilməzdi. Sürəkli xəyanətlə qarşılaşan, təhqirlərə məruz qalan, qüruru incidilən bir qadın susarsa, bu, artıq təhlükədən xəbər verirdi.
Qasımlının qadın barəsində belə bir sözü vardı: Bir qadın pis münasibət gördüyü ərinə üsyan edərək dava-dalaş salırsa, burada qorxulu nəsə yoxdur. Deməli o qadın münasibətlərin düzələcəyinə hələ ümid edir. Yox, əgər ərindən mənəvi və ya fiziki əzab gördüyü halda susursa, deməli, vəziyyət təhlükəli hal alıb, qadın hər şeydən ümidini üzüb və intiqam planı düşünür"... Sonra bildi ki, böyük türk yazıçısı Aytmatovun da buna bənzər bir deyimi varmış. Bəli, susan qadın, həyatından bezmiş qadın deməkdir və beləsindən hər şey gözləmək olar."


- Susan Qadın



95. "Yadında saxla ki, vicdanın ləkələnsə, bu ləkəni başqalarının görüb-görməməyi önəmli olmayacaq. Həmin ləkə səni içəridən çürüdəcək. Həyatda bədbəxt olacaqsan!"


- Xəyanət



96. ""Həyat sənə yaşamaq üçün verilib, kimlərə görəsə verilməyib ki, onların yaxşılığını düşünüb özünü unudasan."


- Şantaj



97. "“Başdan-ayağa şeirsən...”"


- Uğursuz Gecə



98. "Qasımlı miflərə, xurafata, möcüzəyə inanmırdı, inandığı yalnız kainatın yaradıcısı idi. Başqa heç kim və heç nə!"


- Belçika Ovçarkası



99. "...rəis, sən, həqiqətən, təhlükəli adam imişsən. Şerlok Holmssan, vallah!"


- Belçika Ovçarkası



100. "Sizi bura göndərən şəxsə deyin ki, Qanbay Qasımlı üçün puldan daha vacib şeylər var."


- Belçika Ovçarkası



101. "Düşünürdü ki, görəsən, Ələmdar onun tabeliyində olsaydı, onu belə ağır, ölüm riski yüksək olan əməliyyata göndərərdimi? Yəqin ki, göndərməzdi. Hətta canından çox sevdiyi bu adamın Leopard ləqəbli qeyri-adi gücə malik döyüşçü olmasına baxmayaraq, göndərməzdi..."


- Alternativ Əməliyyat



102. "-"İnsan bütün ömrü boyu çox şeylər görsə də gördüklərinin az bir qismini dərk edir.""


- On Dördüncü Adam



103. "Bir qadın başqa bir qadının gözəlliyini tərifləyirsə bu o deməkdir ki, təriflənən qadın buna artıqlaması ilə layiqdir. Çünki bir qadın digərinə baxanda onun heç bir qüsuru diqqətindən yayınmır."


- Ölüm Ağacının Kölgəsində



104. "Tanıdığım bütün qadınlardan üstünsən..."


- Susan Qadın



105. "-- Sən nə geysən yaraşır. Ancaq gəlinlik paltarı geyməyinin də vaxtı keçir axı?!
-- Qorxma evdə qalmaram. Bir kişi tapıb evlənəcəm...
-- Nə kişi?! - anası təəccübləndi.
-- Kişi də! Əsl kişi!
-- Səninlə hər adam yola gedə bilməz.
-- Elə ona görə deyirəm ki, əsl kişi tapanda ərə gedəcəm.
-- Allah qoysa..."


- Cəhənnəmdən Gələn Səs



106. "Qadınların kişilərlə müqayisədə qat-qat artıq həssas olmaları hər kəsə məlum həqiqətdir. Onlar, xüsusən də, diqqətə qarşı çox həssasdırlar. Hər hansı qadına göstərilən diqqət mütləq öz müsbət təsirini göstərməlidir. Lakin bunu bilmək vacibdir ki, qadınlar diqqətsizliyə qarşı daha artıq həssas olurlar. Eyni bir laqeyd münasibət kişiyə günəbaxan toxumu atılması kimi təsir göstərərsə, qadına qurğuşun güllə kimi təsir edə bilər."


- Susan Qadın



107. "İlin hər günündə bir-birimizi aldatmağımız azmış kimi, bunun üçün məxsusi bir gün də ayırmışıq."


- Adsız Tablo



108. "Sovet höküməti öz tələblərinə bir çox şeylər kimi, Allahı da qadağan etmişdi."


- Armed Mişel



109. "-" Hayatını kuracağın insan sana ya mutluluk getirecek ya da mutsuzluk. Burada ortalama bir durum yok."

-"Ailə həyatı quracağın insan sənə ya xoşbəxtlik gətirəcək ya da bədbəxtlik, burada orta vəziyyət yoxdur.""


- On Dördüncü Adam



110. "İstəsə belə, bu qızı ömrü boyu qəlbindən çıxara bilməyəcəkdi..."


- Ölüm Ağacının Kölgəsində



111. ""Hamı insandır. Cinayətin qurbanı olan da, cinayətkar özü də! Gərək başa düşməyə çalışasan, necə oldu ki, bu adam gəlib cinayətkar oldu. Axı heç vaxt doğum evindən cinayətkar çıxarmırlar!?""


- Xəyanət



112. "Yalan həmişə özü ilə başqa başqa yeni yalanlar gətirir."


- Susan Qadın



113. ".....vətənini sevməyən adamdan adam olmaz."


- Şantaj



114. "Artıq özünü insanlığını itirmiş bir canlı hesab eləsə də anasına görə yaşamaq istəyirdi..."


- Cəhənnəmdən Gələn Səs



115. "Duydum ki, mənsiz yaralı kimisn,
Nə ağlar, nə gülərsən, bir ölü kimisən,
Qanadı qırılmış quşlar kimisən,
Məni buraxıb getdin, belə çəkərsən..."


- Uğursuz Gecə



116. "•Gözləri ilə dedikləri, dili ilə dediklərindən daha çox idi..."


- Armed Mişel



117. "Bu niyə belə idi, onların sevgisini necə qazanmışdım, deyə bilmərəm, amma ətrafımdakılar xətrimi, həqiqətən, çox istəyirdilər."


- Şantaj



118. "- Qadınlar elə həmişə təhlükəlidir."


- Uğursuz Gecə



119. "Başqaları kimi onun da öz həyatı vardı və yalanlarla dolu bu həyatı yaşamağa məcbur idi."


- Dilənçi Qadının Sirri



120. "Səhvi də, günahı da bağışlamaq olar. Amma elə əməllər var ki, insanın xarakterindəki naqisliyi aşkar edir. Əgər bu naqisliyi birində "kəşf" etdinsə, əməlini bağışlasan belə ondan həmişə uzaq durmalısan."


- Ölümsüz Qətl



121. "İblisin insan münasibətlərinə saldığı çat heç vaxt bitişmir, insan qəlbinə saldığı xain viruslar heç vaxt tamam məhv olmur."


- Adsız Tablo



122. "Siz çox yaxşı bilməlisiniz ki, kiminsə etdiyi əməli xarakteri ilə uyğunlaşdırmaq düzgün deyil. Hər bir insan xarakterinə uyğun gəlməyən hərəkət edə bilər."


- Uğursuz Gecə



123. "Ələmdar gözlərini qadının yaxasındakı yazıya dikdi:"Feldşer Arəstə Baxışova"."


- Alternativ Əməliyyat



124. "-"Tanrı bizi hər an qarşımıza çıxan və geriyə dönüşü olmayan yeni həyat cığırlarının ən doğru olanına yönəltməyə çalışır. Biz isə bunu bəzən anlamır, bizi fəlakətə aparan yanlış cığıra düşürük.""


- On Dördüncü Adam



125. "Sizə əmr edirəm, basqın zamanı əlində silah olan hər kəsi öldürün! Terrorçuları yaralayıb həkimlərimizi nahaq yerə əziyyətə salmayın. Həmçinin həbsxanada dövlətin çörəyini zay eləməsinlər."


- Belçika Ovçarkası



126. "•Azərbaycan xalqı həmişə qəhrəmanlar yetirir.."


- Armed Mişel



127. "Zülmət kimi qara saçları..."


- Ölüm Ağacının Kölgəsində



128. "Nadan və səviyyəsiz adamların dilimizdəki ən gözəl sözləri başqa-başqa sarsaq mənalarda işlədərək öz həqiqi mənasından uzaqlaşdırdıqlarını bilirdim."


- Şantaj



129. "- Silahını götürüb çıxıbsa, siz onu o biri tərəfdə axtarın, burada yox."


- Qisas Gecəsi



130. "Bir qadını sevirsənsə, ona mütləq bu gözlə baxırsan. Onun hər əzası sənə qüsursuz, hər sözü-söhbəti, davranışı, hərəkəti mükəmməl görünür. O bütün başqa qadınlardan çox-çox yüksəkdə durur nəzərində. Sanki bütün qadınlar adi insandır, o isə mələk..."


- Uğursuz Gecə



131. "Çünki heç bir insana "o bunu etməz" rəyi yaraşmır. İnsan dediyin varlıq yaxşı və pis hər şeyə qadirdir."


- Susan Qadın



132. "Uşaq vaxtı anası ona deyərdi ki, hara getsən, harada olsan Allah səni görür. Deyirdi ki, bir otaqda, ya yolda düzənlikdə, meşədə tək olsan da Allahın nəzəri üstündədir. Yəni, heç vaxt pis iş tutma."


- Ən Yaxın Planet



133. "Bu müharibədir,müharibə! Müharibə hara, humanizm hara? Biz onları öldürməsək onlar bizi öldürəcəklər!"


- Armed Mişel



134. "Tüm dünya bir araya gelse bir adamı rezil edemez, ama kendi kendisini bir göz kırpımında tüm dünyaya rezil eder."


- Xəyanət



135. "Dağılsın belə ədalətsiz dünya! Çünki bu dünyada vicda­nını, şərəfini, namusunu pula satanlar süd gölündə üzdük­ləri halda, Səlim kimi qeyrətli oğullar iyirmi manata möhtac qalıblar..."


- Belçika Ovçarkası



136. "Siması gözəl olan qadın kişinin ancaq gözlərini rahatladır, qəlbi gözəl olan qadın isə qəlbini..."


- Susan Qadın



137. "-Yaxşı, de görüm, - Əhməd onun yenidən oturduğunu görüb məmnun halda soruşdu, - sən Nuri Killigil adlı türk generalını tanıyırsan?
-Nuri Killigil? - deyə gözlərini döydü.
-Bəli.1918-ci ildə ermənilərin ruslara arxalanaraq Azərbaycanın hər yerində millətimizi vəhşicəsinə qıranda Osmanlı dövləti tərəfindən bizi məhv olmaqdan xilas etmək üçün göndərilmiş ordu komandanını deyirəm.
Birdən yadına nə düşdüysə, az qala yerindən sıçrayıb qalxacaqdı.
-Nuru paşanı deyirsən?
-Bəli, bizdə xalq onu Nuru paşa kimi xatırlayır. Nə yaxşı ki, onu tanıyırsan."


- Armed Mişel



138. "Lakin Əhmədiyyə Azərbaycan xalqının nümayəndəsi, milliyətcə türk idi. Geninə hopmuş törə, valideynlərindən aldığı tərbiyə ona yaxşılığı heç vaxt unutmamağı aşılamışdı."


- Armed Mişel



139. "Bax, indicə onun əli bu sevimli varlığın ipək kimi yumşaq qara saçlarına toxunacaqdı..."


- Ölüm Ağacının Kölgəsində



140. "Xəyalı onu ötən əsrin 80-ci illərinə aparmışdı...
Sözə baxın:"ötən əsr..."
Naşükür insan bəzən ömrün çox qısa olmasından gileylənir. Əslində isə insan ömrü kifayət qədər uzundur."


- On Dördüncü Adam



141. "Həyatda təsadüf deyilən birşey yoxdur. Qarşına çıxan yollardan hansısa birini özün seçirsən. Bu zaman ya hansı yolu seçəcəyin barədə kifayət qədər düşünüb daşınırsan, ya da bəxtinə güvənərək gözüyumulu addım atırsan."


- On Dördüncü Adam



142. "Əlimizdə olan sənədlərə görə 1992-ci il, fevralın 26-da Xocalıda 613 nəfər öldürülmüşdür. 8 ailə tamamilə məhv edilib. 1275 nəfər ermənilər tərəfindən əsir götürülüb. 150 nəfərin taleyindən isə, ümumiyyətlə, bu günə qədər heç bir məlumatımız yoxdur... Ən acınacaqlı hal isə budur ki, dünya birliyi hələ də bu genosid faktını tanımayıb...."


- Cəhənnəmdən Gələn Səs



143. "Her adını kişi qoyan da kişi olmur axı."


- Susan Qadın



144. "Bunu həmişəlik yadda saxla: bəzi pis əməllər
var ki, heyvanlar onu qətiyyən etmirlər. Lakin insanları edə
bilməyəcəyi heç bir pis əməl yoxdur. İnsan sözün həm müsbət, həm də mənfi mənasında hər şeyə qadirdir."


- Qanbay Qasımlının Xəfiyyələri



145. "Ən mürəkkəb varlıq sayılırdı insan. Onun daxili aləminə girmək, nə düşündüyünü, hansı hislərlə yaşadığını öyrənmək dünyanın ən çətin işi idi."


- Ən Yaxın Planet



146. "Bəzən insanları aldatmaq lazımdır. Həqiqəti demək heç də həmişə xoşbəxtlik gətirmir..."


- Alternativ Əməliyyat



147. "Axı bu insanlar niyə bir-birlərinə xəyanət edirlər? Təkcə insanlarmı? Bəli, insanlar!"


- Xəyanət



148. "•Bil ki,burada səni gözləyən var. Əmin ola bilərsən,hər nə olursa olsun, səni ömrümün sonuna kimi gözləyəcəm....♡♡"


- Armed Mişel



149. "Çalışın səhv etməyin, qızlar, yoxsa sizi anlamaq istəməyən bu amansız cəmiyyət səhvinizi əsla bağışlamayacaq."


- Şantaj



150. "Maraqlanmıram da hansı sarsaq nə yazıb."


- Uğursuz Gecə



151. "Deməli, bitməli idi və bitdi."


- Şantaj



152. "Amma ömürlük bir evdə yaşamaq...
Sevmədiyin adamla bir yerdə yaşayıb, bir yastığa baş qoymaq çətin məsələ idi. Dözülməz idi..."


- Ən Yaxın Planet



153. "Aristotelin bir sözü var, deyir ki, sevmək ən yaxşı hesab etdiyin nemətləri özün üçün deyil, sevdiyin üçün arzulamaq, onu bu nemətlərlə mümkün qədər təmin etməkdir."


- Uğursuz Gecə



154. "Daha doğrusu, o anlamağa başlamışdı ki, bu dünyada məhəbbətsiz insan kimi yaşamaq və mübarizə aparmaq mümkün deyil. Sevdiyin peşə ilə məşğul olmaq hələ xoşbəxtlik demək deyilmiş. Gərək ağır günlərdə, kədərli anlarda ürəyindəkiləri bölüşməyə bir yaxın adamın olsun."


- Xəyanət



155. "Nə uzun danışmağı sevirdi, nə də uzun danışan birini dinləməyi sevirdi. Lakin elə ən yaxşı cəhətlərindən biri də lazım gələndə qarşısındakını sona qədər dinləmək bacarığı idi."


- Uğursuz Gecə



156. "...kitabı təbliğ etmirlər, gənclərin başı qarışıb internetə, kitab oxuyan yoxdur.."


- Adsız Tablo



157. "- Sənin saçlarını da çox sevirəm."


- Susan Qadın



158. "Ürəyinin başına dəyən bir güllə ilə ölməkdən asan nə var ki?!.. Bir də var, səni gündə on dəfə öldürüb-dirildələr."


- Cəhənnəmdən Gələn Səs



159. "Axı bu insanlar niyə bu qədər haqsız, ədalətsiz və zalım idilər?"


- Susan Qadın



160. "-"Kendine hayat arkadaşı seçmek insanın hayatta verdiği en zor ve en önemli sınavdır.""


- On Dördüncü Adam



161. "Onun bədənini yox, ruhunu, qəlbini, mənəvi dünyasını sevmişdi və bu dəyərlər bundan sonra nə xəstələnə, nə də şikəst qala bilməzdi."


- Ölüm Ağacının Kölgəsində



162. "Hər kəs dünyanı öz gördüyü kimi qəbul edir..Əsl həqiqət hər kəsin özünün qəbul etdiyi həqiqətdir."


- Dilənçi Qadının Sirri



163. "Yaxşı, insanlar əbədi həyatda öz yerini tutmaq üçün bu fani dünyaya yalnız sınanmaq üçün gəlirlərsə, körpə vaxtı ölüb gedənlər hansı sınaqdan keçirlər? Onların əbədi həyatdakı yerləri hansıdır? Birbaşa cənnətə düşürlər? Pah atonnan!.."


- Şantaj



164. "Atasından kifayət qədər sevgi və isti nəvaziş görməyən qız uşaqları yetkin yaşa çatandan sonra belə münasibətə başqa qızlardan daha artıq möhtac olurlar və onlara adi bir nəvazişlə yaxınlaşan hər hansı əks cins nümayəndəsinə asanlıqla vurula bilirlər."


- Susan Qadın



165. "Biz çox vaxt özümüz də bilmədən taleyimizlə qumar oynayırıq. Ya uduruq, ya uduzuruq və bu zaman bizə uduzduqlarımızı təkrar geri qaytarmaq imkanı verilmir..."


- On Dördüncü Adam



166. "Nə edək, bu biz qadınların ən böyük zəifidir. Sevdiyimiz insanın bizi hər gün və hər şeydən, hər kəsdən çox sevməsini istəyirik."


- Uğursuz Gecə



167. "İnsanların cinayətkara necə çevrilmələrini düşünüb tapa bilirəm. Tapıram və ürəyimin dərinliyində anlayıram onları. Əlbəttə, həmişə də cəzalarına çatırlar onlar! Ancaq insanların bir-birinə xəyanət etməsini indiyədək anlaya bilmirəm. Sən necə düşünürsən, Nuranə? İnsanlar niyə xəyanət edirlər?"


- Xəyanət



168. "Bax, bu xalqı rüşvətə belə alışdırmışdırlar iki yüz il boyu. Və elə alışdırmışdırlar ki, indiyə kimi canından çıxmırdı..."


- On Dördüncü Adam



169. "Məhəbbət olan yerdə qısqanclıq da var və bunun qarşısını almaq mümkün deyil..."


- Ölüm Ağacının Kölgəsində



170. ""-sən havayı olan hər şeyi sevirsən""


- Şantaj



171. "Yadında saxla, - dedi, - İnsan insanı ancaq iki şeyə görə öldürə bilər. Bir doğma torpağını, bir də namusunu qorumaq üçün..."


- Cəhənnəmdən Gələn Səs



172. "Qəzəbini udan şəxs qəzəbi ilə başqasına üstün gələn adamdan güclüdür."


- Adsız Tablo



173. "Xocalı qırğınının baş verdiyi gün və sonra əsirlik illərində elə müsibətlər görmüşdü ki, insan adlı məxluqa inamı yerli-dibli yoxa çıxmışdı."


- Cəhənnəmdən Gələn Səs



174. "Qadınlar, qadınlar... Görəsən, onları dərindən araşdıraraq nə istədiklərini öyrənən bir dahi olubmu dünyada? Yəqin ki, olmayıb, çünki bu mümkün deyil..."


- Susan Qadın



175. "Lakin sevgi heç nəyə baxmır axı. Vallah, baxmır. İnsanın qəlbinə özündən soruşmadan, icazə almadan gəlir."


- Susan Qadın



176. "Səhərin açılmasına iki saatdan çox qalırdı. Bu saatlar gizli iş tutanlar üçün ən əlverişli, hətta ideal vaxt hesab edilə bilər. Çünki bu vaxt ən gec yatanlar da, səhərlər yatağından ən tez qalxanlar da dərin yuxuda olurdular."


- Armed Mişel



177. "Sirli məhəbbətin haradan gəlib qəlblərində yuva saldığını bilmədən bir-birlərini sevdilər..."


- Ölüm Ağacının Kölgəsində



178. "Qorxuram, cənab rəis...
Ama bədənsiz ruhlardan yox... Sağlam bədənlərdə olan xəstə ruhlardan."


- Xəstə ruhlar



179. "Xoşlanmaq, bəyənmək, düşünərək qərar verib evlənmək başqadır, sevgi tamam başqa."


- Şantaj



180. "Onun düşüncəsinə görə, bir Qadının qəlbini ələ almaq, əgər həmişəlik onunla olacaqsansa, normal bir şey, qəlbini özünlə götürüb gedəcək və onu yarı yolda qoyacaqsansa, cinayət idi."


- Susan Qadın



181. ""Vallahi , səni sevirəm. Amma belə görünür ki, sən məni sevmirsən . Yoxsa bu qədər tərslik etməzdin.""


- Şantaj



182. "...Çalışın torpaqlarınızda ermənilərin bir yerə çox toplaşmağına imkan verməyin, onlar nə vaxtsa həmin torpağı özününküləşdirmək istəyəcəklər."


- Ələkeçməz Yaquar



183. "Yaxşılıq etdim deye sevinməyə, pislik etdim deyə də kədərlənməyə tələsməyin. Nəyin yaxşılıq, nəyin pislik olduğunu zaman göstərəcək."


- On Dördüncü Adam



184. "Əslində, intihar da qətldir. Elə bir qətl ki, burada qatillə qurbanı eyni adam olur..."


- Uğursuz Gecə



185. "Sevgi nifrətə çevriləndə çox pis olur."


- Uğursuz Gecə



186. "Lakin fitri istedadı, qabiliyyəti və təcrübəsi belə çətin, hətta çıxılmaz vəziyyətlərdən çıxmaqda ona həmişə kömək edirdi."


- Armed Mişel



187. "Əgər iki adam eyni bir kitabı sevərək oxuyubsa, bu artıq onların həyatında və düşüncə tərzində oxşarlığın olduğunu göstərir."


- Alternativ Əməliyyat



188. ""Atasından kifayət qədər sevgi və isti nəvaziş görməyən qız uşaqları yetkin yaşa çatandan sonra belə münasibətə başqa qızlardan daha artıq möhtac olurlar və onlara adi bir nəvazişlə yaxınlaşan hər hansı əks cins nümayəndəsinə asanlıqla vurula bilirlər.""


- Susan Qadın



189. "Qadına olan eşq ən qüdrətli hökmdarlara da diz çökdürüb."


- Uğursuz Gecə



190. "Birinin səni sevdiyini və özünün də ona eyni hissi bəslədiyini bilmək nəyə desən dəyərdi."


- Uğursuz Gecə



191. "Heç bir adam barəsində «o belə bir iş tutmaz!» sözünü demək düzgün deyil."


- Qan Ləkəsi



192. "..məsələ heç də pis, ya yaxşı adam olmaqda deyil, münasibətlərin nisbiliyindədir. Hər bir şeyə ən düzgün qiymət yalnız başqa bir şeylə müqayisədə verilir."


- Şantaj



193. "Qısqanclıq sevgi "xörəyini" daha ləzzətli etmək üçün nəzərdə tutulmuş istiotdur və "xörəyə" qədərində qatılmalıdır. Heç qatılmasa, sevgi dadsız olar, qədərindən artıq qatılanda isə zəhərə çevirilər."


- Susan Qadın



194. "-Mən gedirəm. Səni cənnətdə gözləyəcəm. Öz dünyanızda elə yaşa ki, öləndə cənnətə - mənim yanıma gələ biləsən."


- Qazinin Ölümü



195. "-Sən də yaralı imişsən, üstün-başın qan içindədir!
Ələmdarın üzünə kədərli bir təbəssüm qondu:
-Hə, çiynimdən yaralandım, boş şeydir!
-Necə yəni boş şeydir? Qan itirirsən axı. Buna bax, hələ sol böyründə də güllə yarası var.
-O heç!
-Necə yəni heç?
-Sağdan sən vurmuşdun, ona görə bunu özüm vurdurdum ki, simmetriya pozulmasın..."


- Alternativ Əməliyyat



196. "bir-birlərinə elə dərin məhəbbətlə bağlandılar ki, «sevirəm» sözü bu məhəbbəti ancaq adiləşdirə bilərdi."


- O Gecə Yağış Yağırdı



197. "..........oğlanlarımızın kiçik bir hissəsi ........qeyrətsiz idisə ,əksəriyyəti mentalitetin əsirinə çevrilmiş "namus mücəssəməsi" idi."


- Şantaj



198. ".......işi başından aşdığına görə tez -tez yaza bilmirdi......"


- Şantaj



199. "Unutmaq istəyirdi... Bir işin ki axırı olmayacaqdı, əvvəlinə başlamağın nə faydası vardı?.."


- Cəhənnəmdən Gələn Səs



200. "Mehriban bir söz, mədəni bir yanaşma çox vaxt kobudluğun, hədə-qorxunun, hətta pulun belə aça bilmədiyi qapını açmağa qadirdir."


- Belçika Ovçarkası



201. "Hər bir qız, əgər genində ayağısürüşkənlik yoxdursa, istəyər ki, ömrünün sonuna kimi yalnız birini sevsin və yalnız həmin o bir nəfərlə birlikdə olsun. Kişilərin əksinə olaraq qadınlarda bu xüsusiyyət var, inanın mənə."


- Susan Qadın



202. "-İblis nədir?
-Cümlə xəyanətlərə bais.
-Ya, hər kəsə xain olan insan nədir?
-İblis!
Hüseyn Cavid"


- Adsız Tablo



203. "-Abuşovu tanıyırdın da...Mayor Bəhruz Abuşov...Bizim şöbədə xüsusi təyinatlıların komandiri idi. Əslində, indi polkovnik-leytenant deməliyəm, çünki ölümündən qabaq rütbəsini böyütmüşdülər.
-Bəhruz öldü?
-Hə, şəhid oldu Şuşada."


- Alternativ Əməliyyat



204. "-Tanrının yaratdığı insanların yaşamaq hüququ olub-olmadığını sizmi müəyyən edirsiniz?"


- Armed Mişel



205. "-Həqiqəti istəyirsinizsə, onda o nə qədər acı olsa da, eşitməyə hazır olun. Çünki heç bir insana "o bunu etməz" rəyi yaraşmır. İnsan dediyin varlıq yaxşı və pis hər şeyə qadirdir."


- Susan Qadın



206. ""Qadınların kişilərlə müqayisədə qat-qat artıq həssas olmaları hər kəsə məlum həqiqətdir. Onlar, xüsusən də, diqqətə qarşı çox həssasdırlar. Hər hansı qadına göstərilən diqqət mütləq öz müsbət təsirini göstərməlidir. Lakin bunu bilmək vacibdir ki, qadınlar diqqətsizliyə qarşı daha çox həssas olurlar. Eyni bir laqeyd münasibət kişiyə günəbaxan toxumu atılması kimi təsir göstərərsə, qadına qurğuşun güllə kimi təsir edə bilər.""


- Susan Qadın



207. "Bu insanların pis xislətindən yaranmış bir xaos idi, yoxsa həyatın özünün ədalətsizliyindən?"


- Susan Qadın



208. "Onlar şəhid oldular. Allaha dua edək ki, bu bizə də qismət olsun.
- Olsun, rəis, olsun !.."


- Alternativ Əməliyyat



209. "- “Bəli, valideyn öz övladına verdiyi qədər ondan alır. Həm də məhz verdiyi qədər, artıq ya əskik mümkün deyil…”"


- On Dördüncü Adam



210. "Biz qadınların bəzən elə qəribə işləri olur ki, mahiyyətini heç özümüz də anlamırıq..."


- Şantaj



211. "Şəhid atası olduğunu tez-tez dilinə gətirib qürrələnmədi. Axı hansı daşürəkli ata öz övladının ölümünə sevinə bilərdi?"


- Susan Qadın



212. "Özlüyündə düşündü ki, zalımın qızı hər bir halında işıq saçır. İlıq bir işıq. Elə işıq ki, adamın içinə dolub, qəlbində səbəbi bilinməyən bir sevinc yaradır, həm də isindirir adamı."


- Cəhənnəmdən Gələn Səs



213. "Zaman hökmünü verəndə heç bir fərdlə məsləhətləşmir. Hökmünü verir və bu hökmlə öz yoluna davam edir. Hər hansı bir insan ya onunla ayaqlaşmalı, ya da tək-tənha qalıb bədbəxt olmalıdır. Başqa yol yoxdur..."


- Uğursuz Gecə



214. "Məni bu həyatda heç kəs anlamadı, heç olmasa, sən anla..."


- Uğursuz Gecə



215. "Qadın üçün ən dəyərli olan o şey ərinin sədaqətidir. Biz qadınlar ərimiz üçün özəl və tək varlıq olmaq istəyirik. Bu bizim xislətimizdədir. Və qadınlar həssas olurlar."


- Susan Qadın



216. "Anlamıram, baş aça bilmirəm ki, mənə nə olub... Mən nə üçün başqaları kimi ola bilmirəm? ..Elə
bil yadam bu dünyada hamı üçün! Heç kəs başa düşmək istəmir məni."


- Pəncərədə Görünən Kölgə



217. "Nə qədər ki, insan var, cinayət də olacaq!"


- Bakıdan Gələn Xəfiyyə



218. "İblis nədir? Cümlə xəyanətlərə bais! Ya hər kəsə xain olan insan nədir? İblis!"


- Alternativ Əməliyyat



219. "İnsan ömrü boyu yalnız birini sevə bilər."


- Dilənçi Qadının Sirri



220. "Aləm yığılsa, bir adamı biabır edə bilməz, amma özü-özünü bircə
anın içində rüsvay edə bilər."


- Xəyanət



221. "Çətinliklə qazanılan qələbənin həzzi daha yüksək olur axı..."


- Uğursuz Gecə



222. "Ona göre bir kadının kalbini ele geçirmek eğer sonsuza kadar onunla olacaksan normal bir şeydi, eğer onun kalbini yanına alıp onu yarı yolda bırakacaksan suçtu."


- Susan Qadın



223. "- Eh, Əsmər, etiraf etməliyik ki, biz qadınlar həqiqətən, bədbəxt məxluqlarıq. Qız vaxtımızda arzu edirik ki, biri bizi sevsin, biz də yalnız onu sevək, ömrümüzün sonuna kimi onunla xoşbəxt yaşayaq. Lakin bunun üçün seçim imkanımız olmur. Çarəsiz oturub bəxtimizə kimin çıxacağını gözləyirik. Sevdiyimiz biri olsa da, bunu içimizdə saxlayırıq. Dilimizə gətirmirik ki birdən barəmizdə pis düşünərlər, bu nə həyasız qızdır oğlana eşq elan edir, deyərlər. Axırda bizi özünə arvad eləmək istəyən birinə razılıq veririk, hansı yuvanın quşu olduğunu bilmədən oluruq onun arvadı..."


- Susan Qadın



224. "Pozulmuş ədalət heç vaxt bərpa olunmur."


- Seçilmiş Cəza



225. "Kim nə deyir-desin, insanı yaş qədər heç nə dəyişdirə bilməz. Yaşın üstünə gələn hər bir yaşda insan həm yaxşı, həm də pis mənada nəsə qazanır, nəsə itirir və nəticədə dəyişirdi."


- Susan Qadın



226. "Qorxuram, cənab rəis... Amma, bədənsiz ruhlardan yox... Sağlam bədənlərdə olan xəstə ruhlardan."


- Xəstə ruhlar



227. "- Siz qorxulu adama oxşayırsız.
- Əsl qorxulu adamlar xəyanət edən adamlardır.."


- Dilənçi Qadının Sirri



228. "++ Sənin öldüyünü düşünürdük.
-- Kaş ölsəydim. Xocalıdan olanların ən bəxtəvərləri elə ölənlər oldular.
++ Sizə çox işgəncə verdilər?
-- Sən bilən, insana verilən ən böyük işgəncə nə ola bilər?
++ Nə bilim... Deyə bilmərəm..
-- Heç mən də deyə bilmərəm. Çünki onlar ən dəhşətli hesab etdiyin, ən çox qorxduğun işgəncədən sonra düşünüb eləsini tapırlar ki, əvvəlkini arzu edirsen.."


- Cəhənnəmdən Gələn Səs



229. ""-Pah!- Miryev əlini stola vurub səsini qaldırdı.- Mafiya düzəldiblər mənim üçün, köpək uşağı! Bura sizin üçün nə İtaliya deyil, nə də Amerika! Bura Azərbaycandır. Sizin ciyərinizi ağzınızdan çıxararam.""


- Qan Ləkəsi



230. "Bilirsən də, bir sadiq adamlar sirr saxlayırlar, bir də ölülər..."


- Xəyanət



231. "--Hə bəs bilmirsən, oğlanlar sevgililərinə balam deyirlər."


- Şantaj



232. "Her adını kişi qoyan da kişi olmur axı.."


- Susan Qadın



233. ""Mənim ölümümdə heç kəs günahkar deyil. Bunu özüm düşünmüşəm. Çünki, həyatın heç bir mərtəbəsində yerim yoxdur artıq...""


- Mərtəbələr



234. "Atasından kifayət qədər sevgi və isti nəvaziş görməyən qız uşaqları yetkin yaşa çatandan sonra belə münasibətə başqa qızlardan daha artıq möhtac olurlar və onlara adi bir nəvazişlə yaxınlaşan hər hansı əks cins nümayəndəsinə asanlıqla vurula bilirlər."


- Susan Qadın



235. "Çox istəyirəm ki, sən sevəcəyin biri ilə ailə qurub xoşbəxt olasan. Uşaqların olsun. Onları vətənpərvər böyüdəsən və onlarla söhbət edəndə hərdən mənim də adımı çəkəsən. Deyəsən ki, Mübariz adlı bir oğlan var idi Azərbaycanda. İnan, ruhum elə sevinər ki..."


- Qisas Gecəsi



236. "- Ən güclü adam, mənim fikrimcə, bilirsiniz kimdir?
-Kim?
-O adam ki nəyisə etməklə bərabər, etməməyi də bacarsın.
-Başa düşmədim...
-Baxın, məncə, öldürmək asandır, bağışlamaq çətin. Pislik asandır, yaxşılıq çətin. Yemək asandır, yeməmək çətin. Çətin işi bacaran daha güclü sayılmalıdır, yəqin ki."


- Cəhənnəmdən Gələn Səs



237. "-Məni bu həyatda heç kəs anlamadı, heç olmasa, sən anla.."


- Uğursuz Gecə



238. "Mənə görə , qadın da kişi kimi eynihüquqlu insan idi , ikisini də Tanrî yaratmışdı.Və ola bilməzdi ki, Tanrı öz yaratdığı ali varlıqlarının birini digərinə bilərəkdən kölə etsin."


- Şantaj



239. "Polkovnikin sərt dodaqlarından ani bir təbəssüm keçdi."


- Bakıdan Gələn Xəfiyyə



240. "İnsanların bir-birinə xəyanət etməsini indiyədək anlaya bilmirəm ."


- Xəyanət



241. "Əslində, adi günlərdən biri...
Bu tarix hər il dünyada gülüş günü kimi qeyd olunur. Amma hər gün, o cümlədən bu gün də yer üzündə minlərlə insanın müxtəlif səbəblərdən öldüyünü, milyonlarla insanın xəstəlikdən can çəkdiyini düşünəndə, anlayırsan ki, dünyanın vahid bir gülüş günü ola bilmaz. Onsuz da, taleyi kimin üzünə gülürsə, o adam qəlbən gülür, kimə sərt üz göstərirsə ağlayır. Heç bir fərq qoyulmadan, ilin hər bir günündə...
Bizdə isə əlavə olaraq bu günə «aldatma günü» də deyilir. İlin hər bir günündə bir-birimizi aldatmağımız azmış kimi, bunun üçün məxsusi bir gün də ayırmışıq."


- Adsız Tablo



242. "- Əsl güclü adam, mənim fikrimcə, bilirsiniz kimdir?
- Kim?
- O adam ki nəyisə etməklə bərabər, etməməyi də bacarsın."


- Cəhənnəmdən Gələn Səs



243. "Bəli,valideyn öz övladına verdiyi qədər ondan alır. Həm də məhz verdiyi qədər alır,artıq,ya əskik mümkün deyil..."


- On Dördüncü Adam



244. "-Sizdən üzr istəyirəm, məndən böyüksünüz, qadın sevdiyi ərinin təkcə ruhundan, baxışından, sözündən-söhbətindən yox, eyni zamanda bədəninin bütün əzalarından həzz alır. Amma əgər əri başqa qadınla görüşürsə, onda onun bədən əzalarının həmin yad qadına toxunduğunu düşünür və onların hamısından iyrənməyə başlayır. Hətta ərinin adicə əlindən belə!..
Bəziləri iddia edirlər ki, ərin başqa qadınla yatağa girməsi ilə arvadın başqa kişi ilə yatağa girməsi arasında böyük fərq varmış. Bunu belə əsaslandırırlar ki, qadın yad kişi ilə olandan sonra onun spermasını öz vücudunda evə gətirir, kişi isə tərtəmiz gəlir, yəni onda belə şey olmur."


- Susan Qadın



245. "-Demək istəyirəm ki, siması gözəl olan qadın kişinin ancaq gözlərini rahatladır, qəlbi gözəl olan qadın isə qəlbini. Sən evlənəcəyin qızın üz gözəlliyinə çox da fikir vermə, iç gözəlliyini axtar. Demirəm ki, get, kifirin, yaralı-xoralının birini seç, yox, ancaq suyuşirin, baxımlı olsa, bəsindir. Zahiri gözəl olan qadının dalınca düşüb yoldan çıxarmaq istəyən də çox olur. Camaat arasında başıaşağı gəzmək istəmirsənsə, elələrindən uzaq ol. Yadında saxla ki, qeyrətsiz kişinin el arasında bir qara qəpiklik qiyməti olmur. Kişinin qeyrəti isə arvadındadır. Arvadı istəsə, o qeyrəti qoruyub saxlayar, istəsə, ayaqlar altına atar."


- Susan Qadın



246. "İçində iblis xisləti gəzdirə-gəzdirə səni sevən qadına özünü mələk kimi tanıtmaq, onu aldatmaq xəyanət deyilmi?"


- Bakıdan Gələn Xəfiyyə



247. "Vicdan əzabı həyatın bütün əzablarından ən ağırı,ən dözülməzidir."


- Görünməyən İzlər



248. "Ona göre bir kadının kalbini ele geçirmek eğer sonsuza kadar onunla olacaksan normal bir şeydi, eğer onun kalbini yanına alıp onu yarı yolda bırakacaksan suçtu."


- Susan Qadın



249. "Yadında saxla,
dünya tarixi türklərin qəhrəmanlıq tarixi ilə doludur. Başqaları döyüşməyi
türklərdən öyrənib. Təkcə kişilərimiz yox, qadınlarımız da at belində, əlində
qılınc düşmən üstünə getməkdən qürur duyublar."


- Cəhənnəmdən Gələn Səs



250. "-"Mən alın yazısına, yəni başımıza gələcək hadisələrin əvvəlcədən yazıldığına inanmıram. Ona inanıram ki, həyat yolumuzda hər dəfə irəli addım atanda qarşımıza çoxlu sayda yeni cığırlar açılır və biz bu cığırlardan birini seçib öz taleyimizi yaza-yaza ölümə doğru irəliləyirik."

"-Ben alın yazısına, yani başımıza gelicek olayların önceden yazıldığına inanmıyorum. Ona inanıyorum ki, hayat yolumuzda her defa ireli addım atanda karşımıza çok sayda yeni cığırlar açılıyor ve biz bu cığırlardan birini seçip kendi kaderimizi yaza-yaza ölüme doğru ilerliyoruz. ""


- On Dördüncü Adam

Tüm kitapları ücretsiz okuyabilir veya indirebilirsiniz! Ayrıca son kitabımız İlahi Rezonans artık raflarda! İncelemek için: