Tüm kitapları ücretsiz okuyabilir veya indirebilirsiniz! Ayrıca son kitabımız İlahi Rezonans artık raflarda! İncelemek için:

Bu Şəhərdə Kimsə Yoxdur - Rövşen Abdullaoğlu | Detaylı Ücretsiz Kitap İncelemesi

Bu Şəhərdə Kimsə Yoxdur Kitap Bilgileri


Yazar: Rövşen Abdullaoğlu
Tahmini Okuma Süresi: 10 sa. 39 dk.
Sayfa Sayısı: 376
Basım Tarihi: 2015
Yayınevi: Qədim Qala Nəşriyyat Evi
ISBN: 9789952824612
Ülke: Türkiye
Dil: Türkçe
Format: Karton kapak


Bu Şəhərdə Kimsə Yoxdur Kitap Tanıtımı


Bu şəhərdə kimsə yoxdur! İnsanlarla dolu kimi görsənir, an­­caq başını çiyninə qoyub ağlayacağın biri yoxdur. Səni anla­ya­­caq, yıxılanda əl uzadaraq səni qaldıracaq biri yoxdur. Bu şə­­hərdə milyonlarla insanın içində sən təksən, kimsəsiz və gö­zəgörünməz! Bütün şəhərlər də eynən bu cürdür. Ölkələr də elə şəhərlərdən təşkil olunduğuna görə nəticədə bütün bu dün­ya­da sən təksən. –Qoca mənə tanış fikirləri elə içdən dedi ki, elə hesab etdim ki, düşüncələrimi oxuyur. Həqiqətən də, mən on beş il idi ki, bu şəhərdə kimsənin olmadığını hesab edirdim. Mənə elə gəlirdi ki, şəhərlər tamamilə boş və sakinsizdir. Və mən ucsuz-bucaqsız bir səhrada tənha yaşayıram.



https://wetransfer.com/downloads/6cbb9e41b46a3e16b137b718f50a3f5620200520103651/b06dda




Bu Şəhərdə Kimsə Yoxdur Kitaptan Alıntılar


1. "Botunuz olmadığı için üzgünseniz muhtemelen ayakları olmayan biriyle tanışmamışsınızdır."




2. "
bütün tövbələri qəbul edəndir."




3. "Çocuklar yetişkinler gibi değildir. Küçük ve değersiz şeylerden de mutlu olabiliyorlar."




4. "Bir insan çocuğuna sevgisini göstermeyecek ve sonunda onu terk edecekse neden ebeveyn olmaya karar verir? Eğer dünyaya gelmeseydim bu kadar acı çekmezdim. Ne büyük haksızlık.."




5. "Bizi zaman yox,

dəyişir."




6. "Neden sana hiç değer vermeyen insanların yanındasın? Sevgi dilenerek

gibi yaşamaktansa yalnız olmak daha iyidir..."




7. "Sorunlarınız, nasıl yaşadığınız, ne yediğiniz, ne içtiğiniz

umurunda değil. Sana ihtiyaçları olana kadar."




8. "Bazen insan kalabalık bir ailesi, çok sayıda akrabası ve arkadaşı olsa bile, ıssız ve

olabiliyordu."




9. "İntihar çox böyük günahdır."




10. "Bəzi vaxtlar tək qalmaq istəyirsən. İstəyirsən, yanında heç kim olmasın. Ancaq belə anlarda da beyninə çağırılmamış qonaq kimi daxil olan fikirlər buna imkan vermir."




11. "Oxumaq, oxumaq, sonra yenə də oxumaq. Bilirsiniz, niyə bu qədər oxumaq lazımdır? Ona görə ki, onsuz da, daha fərli iş tapa bilməyəcəksiniz. Elə isə oxuyun!"




12. "






..."




13. "Bu şehirde kimse yok!
İnsanlarla dolu gibi görünse de başını omzuna koyup ağlayacağın kimse yok."




14. "“Bütün kapılar sana kapandığında, bir kapının sana her zaman

olduğunu tüm varlığınla hissedersin. O kapı

'a aittir.”"




15. "Malik olduğumuz bu qədər sonsuz nemətin dəyərini yalnız onları bir-bir itirdikcə anlayırıq."





Bu Şəhərdə Kimsə Yoxdur Kitap İncelemeleri


Rövşən Abdullaoğlunun oxuduğum ikinci əsəridir. Relslər üzərində uzanmış iki adam uzun müddət unutmayacağım əsərlərdəndir, bu kitabın verdiyi hissləri izah etmək isə çox çətindir mənim üçün.
Öncəliklə kitabı tövsiyə etdiyi üçün @NurGun_Shamil təşəkkür edib, kitaba haqzızlıq etdiyim üçün yazardan üzrxahlıq diləyirəm.
İlk 30 səhifəni güclə oxuduğum, aylarla gözlətdiyim,

in də rəyi ilə oxumağa davam etdiyim, bir içim su kimi bir nəfəsdə bitirdiyim bir kitab oldu.
Həyatda məyusluğa qapılanlar, taleyə üsyan edənlər, Allahı tanımaqda tərəddüd edənlər, imanında zəiflik olanlar, sevgiyə ac qalıb, sevməyi bacarmayanlar, ya da bu sevgini göstərə bilməyənlər, əzizlərini həyatda ola ola itirənlər, ya da bu həyatdan köçərək itirənlər, özünü günahkar bilənlər, həyatdan ümidini üzənlər, ölümü gözləyənlər, ədalət axtaranlar, ölüm bahasına mərdlik göstərənlər, bir ömür vicdan əzabına məhkum olanlar, xoşbəxt olmaq istəyənlər, bu şəhərdə tək olanlar..... Bu kitabı oxuyun....
Əsər ilk başda cansıxıcı görsənsə də insana aşıladığı məna, həyat dərsləri və fəlsəfəsi, xüsusilə dinə yanaşması və Qurani-Kərimdən gətirilən sitatlar və nümunələr çox təsirli və təqdirəlayidir.
Səhifələrcə bu kitabın verdiyi hisslər haqqında yaza bilərəm, amma oxuyaraq yaşamağınızı tövsiyə edirəm.
Xoş mütaliələr.




Müəllifin ikinci kitabı idi oxdum. Kitab real həyatdan yazılıb.Əvvəlləri bir az sıxıcı ola bilər ancaq sona doğru axıcı şəkildə davam edir. Həyata çox fərqli baxan iki nəfərin Anderson xəstəxanasında tanış olması ilə başladı. Özünü dəyərsiz bilən keçmiş Amerikan futbol oyunçusu olan Villinin həyatı ailəsnə görə çox dəyişir. Hər zaman ailəsinin sevgisini və diqqətini gözləyirdi. Ancaq gözlənilən sevgini ailəsi heç cür ona vermirdi. Nəticədə öz dünyasına çəkilir illər keçir öz ailəsini qurur ancaq heç cür xoşbəxt ola bilmir. Hər şeyə negatif tərfindən baxır. Təsadüfən həyatına daxil olan Visam, Villinin həyatına toxunuşlar edir. Visam gənc yaşlarında xərçəng xəstəliyinə tutulduğu üçün Anderson xəstəxanasında müalicə alır. Ölüm döşəyində olan gənc hər zaman gülərüzlü və hər kəslə mehriban olur. Villi ilə dostluqları Anderson xəstəxanasında başlayır. Visamın düşüncələri çox fərqli idi. Onun sayəsində Villinin həyatı kökündən dəyişir insanlara güvəni yenidən qazanır, özünü daha dəyərli görməyə başlıyır. Aralarındakı bağ onları daha çox bir- birinə bağlayır. Kitab əsasən xərçəng xəstəliyi ilə mübarizə aparmaq, həyatda baş vermiş çətin anlar və hər nə olursa olsun heç bir zaman ümidini itirməmək lazım olduğunu xatırladır . Bəzən həyatımız bir insanla dəyişə bilər təsadüflərə inanın. Və nə olursa ümidinizi itirməyin. Öz “mələyi” ilə qarşı­laşmadan heç kəs bu həyatı tərk etməz.
Xoşbəxt olmaq üçün on saniyə yetərdi.




Son zamanlarda çox oxunan və sevilən kitabı oxuyub bitirmək mənə də nəsib oldu, sonunda. Kitaba daha öncə başlasam da, ağır irəlilədiyi üçün, davam edə bilməmişdim. Davamını oxumaq istəyəndə də, kitabı unutduğumun fərqinə vardım. Çətin olsa da yenidən başladım və kitab yenə sıxıcı olmağa başladı, səbəbini bir az düşünəndən sonra anlamaq çox da çətin olmadı:/


-dan oxuduğum ikinci kitabıydı.

mənə o qədər maraqlı gəlmişdi ki, yazıçıdan ikinci kitabı da oxumaq istəmişdim, amma təəssüf ki, gözləntilərimi qarşılamadı. Kitabın irəliləməməsinin səbəblərindən biri, bir yerdən sonra özünü təkrarlamasıdı, məncə. Eyni sözlər, ifadələr, deyimlər. Bununla yanaşı, hadisələr

-la da çox bənzəyirdi. Deməli, sadəcə kitab yox, yazıçı da özünü davamlı şəkildə təkrarlamış sayılır.
Örnək: hər iki kitabda dinlər, mədəniyyətlər qarşılaşdırılır, müsəlmanlar və xristianlar arasında fərq, evlilik, ailə dəyərləri və.s. Hətta intihara baxış bucağı belə. Anlıyıram, kitabın insanlara verdiyi çox önəmli mesajlar var amma dəfələrlə özünü təkrarlaması, klişe cümlələr və hadisələr kitab bitsə də qurtulsaq hissiyyatı verirdi.
Örnək: "sən bu məktubu oxuyanda mən olmayacam", 17-ci palata, ölən insanların öldükdən sonra stadionda Villini izləməsi, danışması çox gülməli və absurd idi. Kitabı bitirmək üçün oxudum desəm yalan olmaz. Bunun xaricində məlumatlandırıcı faktlar, maraqlı fikirlər olsa da, yazıçıdan bir də kitab oxuyarammı? Bilmirəm:)
-Bu şəhərdə kimsə var?
-Bilmirəm, amma bu şəhərdə şişirdilmiş kitablar var..




2017-ci il iyul ayında əsgərliyə gedəndən 18 gün sonra pnevmoniyaya tutuldum. Beş gün Füzulidə, 21 gün Ələtdə müalicə aldım. Xəstəliyin 15 gün məzuniyyət müddəti var idi. Hələ 15 gün bitmədən yenidən bu xəstəliyə tutuldum, bu dəfə iki tərəfli və daha ağır. Çox üzülmüşdüm, başlamadan bitəcəyini düşünürdüm. Təxris edəcəkləri qorxusu ilə stres yaşayırdım. Papanin hərbi qospitalına apardı atam. Bir ay müalicə aldım. İlk günlər çox ağrılı idi. Gecə-gündüz öskürürdüm, şiddətindən yata bilmirdim. Bütün ümidlərim tükənmişdi, dibdəydim. Və bir gün qardaşım yanıma gələndə bu kitabı alıb gətirmişdi. İndi tam xatırlamıram o dönəmlərdə mövzusunun nə olduğunu bilərək almışdı, yoxsa yox, amma olduğum vəziyyətə ən uyğun, ən ideal sayıla biləcək kitab idi mənə görə. Atam da: “sən bu xəstəliyə öncə psixoloji olaraq qalib gəlməlisən” deyirdi. Bir ayın tamamında çıxdım qospitaldan. 5-ci ayımda xidmətə qayıtdım və geridə qalan 13 ay boyunca mən bir daha heç “qrip” belə olmadım. Xidmətimi başa vurmağıma üç ay qalmış isə hər ay qardaşım vasitəsilə yeni kitablar gətizdirirdim. Ümumilikdə 20-ə yaxın(bəlkə də daha çox tam xatırlamıram) kitab oxumuşdum 3 ay ərzində. Bu kitabın hekayəsi bax belədi. Mənim üçün çox özəldi. Və həyatda istənilən sahədə ilk seçimlər çox önəmlidi. Bir insan kitab oxumağa ona sıxıcı gələn bir kitabla başlasa, düşünürəm ki, ömrünün sonuna qədər kitab oxumağın sıxıcı olduğunu düşünəcək. İlklər önəmlidi, özəldi, əvəzsizdi. İlklərinizi seçərkən çox diqqətli olun.




Əsər Azərbaycanlı yazıçı, psixoloq və filosof-şərqşünas Rövşən Abdullaoğluna məxsus ilk romandır. 2015-ci ildən oxuculara təqdim olunan kitab 2021-ci ilə qədər 21 dəfə təkrar nəşr olunmuşdur. Janrına görə psixoloji romandır. Əsərdə iki fərqli dünyagörüşünə malik Villi və Visamın xəstəxanada tanış olmasından bəhs olunur. Lakin bu hissəyə qədər Villinin nələr yaşadığı, keçmişinin onda necə təzahür etdiyini detallarla görmək olar. Villi Oven tələbələrin yüksək divizionunun əfsanəvi oyunçusu olmuş, həmçinin “atom” Villi ləqəbini almışdır. O, həm də keçmişi ilə yaşayan və onu əsla unutmaq istəməyən biridir. O nəinki keçmişdə yaşayır, hətta baş verən bütün hadisələrdə özünü günahlandırır və əlbəttə ki, bu onun həyatına tamamilə nüfuz edir, istər ailə fərdlərinə, istərsə də iş əhatəsinə... Onun Visamla xəstəxanada tanış olması həyatda rast gəldiyi bəlkə də ən xoş təsadüf hesab oluna bilər. Əsərdə qeyd olunduğu kimi: “Heç kəs öz “mələyi” ilə qarşılaşmadan bu həyatı tərk etməz”. “Mələk” insan da ola bilər, kitab da ola bilər. Visam İslam mədəniyyətini təmsil edən bir obrazdır. Villidən fərqli olaraq, o, həyatı anlamaq və daha rahat yaşamaq üçün bir neçə əhəmiyyətli suallara artıq cavab tapmış və onu həyatına tətbiq etmişdir. Villi onunla tanış olduqdan sonra düşüncələrində yaranan müsbət cəhətlər birbaşa onun təbiətinə, davranışlarına köklü təsir etmişdir. Oxucu əsərin müsbət sonluqla bitəcəyinə ümid verir.
Əsər Braziliya yazıçısı Paulo Koelyonun “Kimyagər” əsərini xatırladır.



Tüm kitapları ücretsiz okuyabilir veya indirebilirsiniz! Ayrıca son kitabımız İlahi Rezonans artık raflarda! İncelemek için: