Bəxtiyar Vahabzadə En Beğenilen Sözleri
1. "Gittin, ardından baktım, can ayrıldı canımdan"
- Şiirler - Sonbahar Düşünceleri
2. "Bir rengi yok, göklerin bin rengini severim,
Bir gülü yok, güllerin çelengini severim.
Çıkmağa tepe değil, yüce dağ istiyorum,
Hayatı hayat gibi yaşamak istiyorum."
- Şiirler - Sonbahar Düşünceleri
3. "Bildin mi, niçin öyle gülür bahçede güller?
Gül, güldü ki, gülsün onu gördükçe gönüller."
- Şiirler - Sonbahar Düşünceleri
4. "Kalbim kulağımda top gibi gürler.
O vakt bilirim ki, yaşıyorum ben,
O vakt bilirim ki, yüreğim de var."
- Şiirler - Sonbahar Düşünceleri
5. "Akıl kuzu gibi yatan bir deniz.
Gönül bir fırtına,
Gönül bir tufan.
Nasıl usanırım, nasıl,...bilseniz,
Denizin sakince uyumasından..."
- Şiirler - Sonbahar Düşünceleri
6. "Könüllü gəlmədik bu dünyaya biz,
Nə olar, dünyadan könüllü getsək?.."
- Seçilmiş Əsərləri 2.Cild
7. "Geceden gönlüme yıldızlar yağar,
Geceler bilinir hayırım, şerim.
Benim okulumdur, kitaplarımdır,
Geceler kendimden öğrendiklerim."
- Şiirler - Sonbahar Düşünceleri
8. "Her kederi saadet, her sevinci gam izler,
Asıl gönül hem gamı, hem sevinci azizler.
Fırtınasız yürekler kavuk gibi boş olur,
Daim sevinç arayan daim gama tuş olur."
- Şiirler - Sonbahar Düşünceleri
9. "Bir renkli saatler, bir renkli günler
İhtiyar gösterir bize dünyayı.
Ey doğan al güneş, açılan seher,
Tâze bir haberle beze dünyayı."
- Şiirler - Sonbahar Düşünceleri
10. "Sualımız yoksa eğer dünyaya,
Ne kendimiz varız,
Ne de dünya var."
- Şiirler - Sonbahar Düşünceleri
11. "Korkar cesaretten korku da şeksiz,
Onun evlâdıdır, yiğitlik, hüner.
Hani cesaretsiz, hani yüreksiz,
Kapıyı çalmamış hâlâ bir zafer."
- Şiirler - Sonbahar Düşünceleri
12. "Atatürk düz demiş, vallah, düz demiş:
"Yoxdur türkün dostu özündən özgə".
...
İyirminci yüzilin əvvəllərindən,
"Türkəm" - deyənlərin başı nə çəkmiş?!"
- Seçilmiş Əsərləri 2.Cild
13. "Qara torpaq olsa da əvvəl axır yerimiz,
Eşqdir tinətimiz, eşqdir cövhərimiz."
- Seçilmiş Əsərləri 2.Cild
14. "Zaman bizdən kam alıbdır,
Daha ürək qocalıbdır.
Bizdən ancaq ad qalıbdır,
Nə sən gülsən, nə mən bülbül."
- Seçilmiş Əsərləri 1.Cild
15. "Selin zərbəsinə tağlar dözübsə,
Nə gəlib arzusu bir könüllərə?!"
- Seçilmiş Əsərləri 2.Cild
16. "Aşktır işiten,
Aşktır gören
Aşktan gayrı söz tanımazım ben.
Biz aşkın çezbiyle çıkarız yalnız
Yerin de ebedi cazibesinden."
- Şiirler - Sonbahar Düşünceleri
17. "Yaman darıxmışam səninçin, yaman!
Mən əsir düşmüşəm öz istəyimə.
Nifrəti gizlətmək asandan asan,"
- Seçilmiş Əsərləri 1.Cild
18. "Qara gözlər,
Ala gözlər,
Qonur gözlər...
Nə qədər sözlər
Deyilmiş mədhinə gözəl gözlərin,
Şairlər, indi də mənə söz verin.
Qorxuram gözlərin mən gözəlindən
Aman göz əlindən, dad göz əlindən!
Gözdən hansı qəlbə dağlar çəkilməz?
Gözün dediyini dil deyə bilməz.
Həm incə, həm dərin dili var gözün.
Sözünü ürəklər anlayar gözün.
Mələr, çıxmasa da ürəyin səsi,
Elə ki, havada gözlər öpüşür.
Eşqin də ilk odu, ilk şərarəsi
Əvvəlcə ürəyə gözlərdən düşür.
Gözləri mədh edən şeir də gerçək,
Gözün öz dilində yazılsm gərək,
Bu dil müəmmadır, bu dil çətindir,
Bu dillə dinəni bu dillə dindir."
- Seçilmiş Əsərləri 1.Cild
19. "Kəpənəklər uçub gedər,
Əlimizdə
İşıldayan toza bənzər xatirələr."
- Seçilmiş Əsərləri 1.Cild
20. "Bu nədən belədir düşünməyənlər
Bir düşmən kəsildi düşünənlərə?..
Sual yerindədir.
Cavabı: Qorxu!
Boş başlar şübhəylə, qorxuyla dolu!"
- Seçilmiş Əsərləri 2.Cild
21. "Mənim bu dərdimi axı kim anlar,
Ah! Qədim əyyamlar, köhnə zamanlar,
Hanı qiymət qoyan şeirə, sənətə?
Zaman dara düşüb, insan möhnətə.
Bir qarın çörəyə qul olan insan,
Keçir öz eşqindən, arzularından.
Tökürəm kağıza ələmlərimi,
Büzülür yer-yerdən yüz dodaq mənə.
Gündüz şölə çəkən bir çıraq kimi
Qalır öz içimdən alışmaq mənə.
Açılmış cığırla mən yol getmədim,
Özgə qismətinə göz də dikmədim,
Ürək sındırmadım, qəlb incitmədim,
Paxıllar yüz yerdən çəkdi dağ mənə."
- Seçilmiş Əsərləri 2.Cild
22. "Yoxsan...
Qəribə işdir.
Danışıram yenə mən
Əlim qələm də tutur,
Durub şeir yazıram
Səhər-səhər sənə mən."
- Sən olmasaydın
23. "Ayrıldıq...
bilmədik,
neçin,
nədən biz?
Ayrıldıq...
Ayrılmaq istəmədən biz."
- Sən olmasaydın
24. "İki yolun ayrıcında dayanıb,
Gah o yandan, gah bu yandan qorxuram.
Divdən deyil, milçək qədər gücüylə
Mən özünü div sayandan qorxuram.
Haqq evində haqq divanı qurulmuş,
Hər qazancın öz bahası sorulmuş.
Təmənnasız boynumuza yük olmuş
Bağışlanan şərəf-şandan qorxuram.
Bu dünyadan umacağım mizandır,
Qorxduğum kəs bu mizam pozandır.
Tox gədanın qudurması yamandır
Acandan yox, mən doyandan qorxuram.
Uyuruqsa nəfs adlanan elçiyə,
Tüpürürük vicdan kəsən ölçüyə.
Odur verən düz qiyməti hər şeyə
Vicdanından qorxmayandan qorxuram."
- Seçilmiş Əsərləri 1.Cild
25. "Min kitab söz yazırıq qəlbi usandırmaq üçün,
Bəs edər, bir acı söz, min ürəyi qırmaq üçün."
- Sən olmasaydın
26. "Xəyalım yenə də öz səfərində,
Onun söykək yeri dərdim, məlalım.
Anın yüzdə biri, mində birində
Ərzin o başına uçur xəyalım.
Məsafə yox olur göz qırpımında,
Uçan xəyalımın kəramətindən...
Bir də baxıram ki, onun yanında
Diz-dizə, üz-üzə oturmuşam mən.
Xəyal məsafəni yox edib keçir,
Bəs Ona hardandır işıq sürəti?
Bir anın içində əridib keçir
O, həm məsafəni, həm də həsrəti...
İşıqla doludur sevən könüllər,
Tutuşar, alışar o, axşam-səhər.
Sevgiyə mərhaba, sevgiyə alqış!
Çıraq da nurunu gur seldən alır.
Xəyal bu sürəti sevib alışmış
İşıqla süslənmiş könüldən alır."
- Seçilmiş Əsərləri 1.Cild
27. "Dərədəki çən, çən deyil,
O dağdakı duman deyil,
O inləyən kaman deyil.
O çən mənim içimdədir,
Duman mənim içimdədir,
O inləyib nalə çəkən,
Kaman mənim içimdədir."
- Sən olmasaydın
28. "Bu gün ben seni gördüm
Selam vermek istedim
Yüzünü yana çevirdin"
- Seçilmiş Əsərləri 1.Cild
29. "Nədir bu əyləncələr? –
Dərk edə bilmirəm mən.
Adamlar usanıbmı
Dərin düşüncələrdən?..
Deyirlər, Amerikada
Alimlər baş sındırıb
İnsan üçün cürbəcür
Kokainlər,
Tiryəklər,
Əyləncələr düşünür.
Neçin?
İnsan fikirdən.
Qayğıdan,
Düşüncədən
Bir az ayrılsın deyə.
Bu dünyadan üzülüb
Özünə dalsın deyə..."
- Seçilmiş Əsərləri 2.Cild
30. "Ağıl başqa, ürək başqa..."
- Sən olmasaydın
31. "Divdən deyil, milçək qədər gücüylə,
Mən özünü div sayandan qorxuram."
- Sən olmasaydın
32. "Bu gün mən səni gördüm,
Salam vermək istədim,
Üzünü yana tutdun."
- Seçmə Şeirlər
33. "Anam namaz üstə əl açıb göyə
Allaha yalvarır "ya rəbbim! - deyə: -
Sənsən xəlq eliyən göyləri, yeri,
Candan şirin olur bala, ay Allah.
Sən mənim ömrümdən kəsib illəri,
Balamın ömrüne cala, ay Allah!
Bu nədir?
Arzuya, diləyə bir bax,
Gör bir nələr keçir ana qəlbindən?
Çoxdur bu dünyada hədiyyə... ancaq
Ömürdən hədiyyə görməmişəm mən."
- Seçilmiş Əsərləri 1.Cild
34. ".
Eğer gücün varsa korkma hiç neden,
Gökte güneşi de danabilirsin.
Eğer gücün yoksa, kork her fitneden,
Buzun içinde de yanabilirsin.
Eğer gücün varsa, işgâl ettiğin,
Özge toprağında sen yine haksın.
Eğer gücün yoksa, ne konuş, ne din,
Sen öz toprağında, vallah, konuksun.
."
- Gurub Düşünceleri
35. "Gecə keçir... Nədən bəs?
Yuxu gəlmir gözümə?
Niyə yata bilmirəm,
Mat qalmışam özümə...
Ürəyimin atəşi
Məni cana gətirmiş.
Səni tapan gözlərim
Yuxusunu itirmiş.
Yuxum qaçıb gözümdən,
Ürəyimlə bərabər.
Pəncərənin önündə,
O dolaşır gecələr.
Yuxu qaçıb gözümdən,
Sevgi bumu, sevgilim?
Pəncərənin önündən,
Qov yuxumu, sevgilim!"
- Sən olmasaydın
36. "Öz hökmü var hər anın,
Gücünə bax şeytanın.
Günahkarı tapanın,
Özü günahkar olur."
- Sən olmasaydın
37. "Nifrətsiz ayrılıq, ayrılıq deyil,
Nifrətsiz ayrılıq vüsaldan şirin...
Gülüm, sevə-sevə ayrılırıq biz,
Ürək kökdən düşən tək simə bənzər,
Bizim gözü yaşlı, bədbəxt eşqimiz
Atalı-analı yetimə bənzər.
Deyirəm, unudam səni mən, gərək.
Mümkünmü?
Arzuya əməl tən gərək!
Unuda bilməkçün səni, sevgilim,
Təzədən doğulan, təzədən gərək!"
- Sən olmasaydın
38. "Baş çıxarmaq həm çətindir, həm asan
İblisindən, mələyindən dünyanın.
Adəm satdı bir buğdaya cənnəti,"
- Seçilmiş Əsərləri 1.Cild
39. "Ekranda görürük: dəstəbədəstə
Adamlar qırılır...
Yenə ölüm, qan
Bombalar tökülür şəhərlər üstə,
Ölən də insandır, baxan da insan."
- Seçilmiş Əsərləri 1.Cild
40. "Bir qalın kitabmış hər ömür, demə,
Oxumaq istəsən, yum gözlərini."
- Seçilmiş Əsərləri 1.Cild
41. "Bütün ömrüm boyu tələbə oldum,
Gözəllik adlanan bir ustada mən."
- Sən olmasaydın
42. "Məhəbbət! Həmişə möhtacıq ona,
Onsuz nə dərk edər, nə duyar insan.
Məhəbbət bəslərmi başqalarına
Məhəbbət görməyən başqalarından?"
- Seçilmiş Əsərləri 2.Cild
43. "Deyirəm, yaddaşım elə ölsün ki,
Mənə dünənimi xatırlatmasın!"
- Seçmə Şeirlər
44. "Mən bir qədim mahnıyam
Xallarım əlvan-əlvan,
Musiqim Qarabağdır,
Sözlərimsə - Naxçıvan."
- Seçilmiş Əsərləri 1.Cild
45. "O düşməndən qorxuram ki,
İçindəki zülmətini,
Qəzəbini, nifrətini
Üzündəki gülüş ilə
örtə bilə!"
- Seçilmiş Əsərləri 1.Cild
46. "Özünü düşünür, özünü hər kəs,
Bu qoca dünyamız hara gedir bəs?"
- Seçilmiş Əsərləri 2.Cild
47. "Xəyal dönər həqiqətə,
Əgər ona təməl olsa,
Dünya gülər, büdrəyəni,
Qaldırmağa bir əl olsa.
Haqq gələndə zülmət qaçar,
Gicitkan da ətir saçar,
Dağ dil açar, daş gül açar,
Əməl vaxta bədəl olsa.
Əl açıb ulu qüdrətə,
Ucalırıq ülviyyətə.
Dünya dönər bir cənnətə,
Sözdən əvvəl əməl olsa.
Bu çarx sağdan sola dönər,
Əyri də düz yola dönər,
Kifir də gözəl görünər,
Düşüncəmiz gözəl olsa."
- Sən olmasaydın
48. "Onu bilirəm ki, öz ürəyimdə
Vaxtın azlığından gileylənirdim.
Alışıb yanırdı söz ürəyimdə
Susurdum, dilimi mən kimə verdim?"
- Sən olmasaydın
49. "Gülmək istəyirəm... ürəyimdəki
Hönkürtü səsini batırmaq üçün."
- Seçilmiş Əsərləri 1.Cild
50. "Görə bilmirsənsə gözəllikləri,
Bu aləm səninçün günahkar olur?
Gözü buz bağlayan bulaqlar kimi,
Soyuq adamın da qəlbi kor olur."
- Seçilmiş Əsərləri 1.Cild
51. "Bu gün yeyilirsə birinin haqqı,
Sabah da səninki yeyiləcəkdir."
- Seçilmiş Əsərləri 1.Cild
52. "Dünyada her gölgenin
Sahibi var, özü yok."
- Gurub Düşünceleri
53. "Arzularim qeder omrum olaydi.."
- Seçilmiş Əsərləri 1.Cild
54. "Sevə bilirəmsə, əgər ürəkdən
Dünyanın ən yaxşı adamıyam mən!"
- Seçilmiş Əsərləri 1.Cild
55. "Öz içimdə, öz dünyamda
Hakim də mən,
Məhkum da mən."
- Seçilmiş Əsərləri 1.Cild
56. "Əlimizdə olan zaman
Biləmmirik heç bir şeyin qədrini biz.
Ey övladlar,
ayıq salmaq istəyirəm
indi sizi.
Gizlətməyin atanıza, ananıza
sevginizi."
- Seçilmiş Əsərləri 1.Cild
57. ".
Yolu gide gide adım sayanlar,
Yolunuz yarıda neden sahv olur?
Ama cesaretle adımlayanlar,
Ya her şeyi alır, ya da mahvolur.
İhtiyat, bir türlü baş dolandırmak,
Cesaret, ya hayat, ya ölüm ancak
."
- Gurub Düşünceleri
58. "Sən getdin, elə bil dünya boşaldı
Yaz da köçüb getdi, yeri boş qaldı,
Bahar ürəyimi sənsiz qış aldı,
Mən yaza vurğunam, qışı neylərəm?"
- Seçilmiş Əsərləri 1.Cild
59. "Son həddin axır nöqtəsi yoxmu?
Uçduqca uçar zirvələrin zirvəsi yoxmu?"
- Seçilmiş Əsərləri 2.Cild
60. "Qışın dəhşətləri yaz içindədir..."
- Sən olmasaydın
61. ".
Yad elinde çiğnenirken şeref, şan,
Türkün Türkle adavete hakkı yok.
Her işimiz başlanırken sıfırdan
Türkün Türkle adavete hakkı yok.
...
Ne çok imiş bu toprağa göz diken
Baka baka gözümüze mil çeken.
Düşmanımız dostumuzdan çok iken
Türkün Türkle adavete hakkı yok.
Sinesini yarmalıyız zulmetin
Bu amaca gittiğimiz yol çetin.
Her gün nice şehit veren milletin
Birbiriyle adavete hakkı yok.
."
- Gurub Düşünceleri
62. "...Həyatın sevinci də, kədəri də gözəldir."
- Seçilmiş Əsərləri 1.Cild
63. "Unutmuşam özümü,
Dönüb sən olmuşam mən."
- Seçilmiş Əsərləri 1.Cild
64. "Bir evdə ki, könül ağlar,
Toy-düyündən söz açılmaz.
Nəhslik elə nəhs gətirər,
Ah-amandan göz açılmaz."
- Sən olmasaydın
65. "Bu necə dünyadır,
İnsan oğlunun
Xəyalı göydədir,özü yerdədir,
Sağ ikən çiynində həyatın yükü
Öləndə cəsədi çiyinlərdədir...
Bu necə dünyadır,bu necə dünya,
Ölümü həqiqət,həyatı röya."
- Seçilmiş Əsərləri 1.Cild
66. "Fikirlərim qatar-qatar,
Biri atar, biri tutar.
Yaxınlara əlim çatar,
Qovuşdur uzaqla məni."
- Seçilmiş Əsərləri 1.Cild
67. "Bu həyat da iki rəngdir,
Bir sevinc, biri qəm.
Sevinc kimdir, kədər kimdir?
O həm sənsən, həm də mən.
Bu dünyaya biz gələli
Həm qəmik, həm də sevinc.
Sən məndəsən, mən səndəyəm
Gözəldir qəmdə sevinc."
- Seçilmiş Əsərləri 1.Cild
68. "O qədər yaxın ikən, bu qədər uzaq oldun"
- Seçilmiş Əsərləri 1.Cild
69. "Əllərini üzüb məndən,
Yarım birbaş gedən oldu.
Can deyib, can eşidərdik,
Bu ayrılıq nədən oldu?..
Yaranmışam məhəbbətdən.
Pay almadım sədaqətdən.
Bu həsrətdən, bu möhnətdən,
Gözüm yaşı dən-dən oldu.
Öz eşqimdən, diləyimdən,
Ayrı düşdüm illərlə mən.
Ancaq səndən ayrı gəzən,
Ürək deyil, bədən oldu..."
- Sən olmasaydın
70. "Sən dedin, başlanan qurtarsın gərək!
Mən dedim, arzudan doymayır ürək!
Birgə əkdiyimiz gülü dərməsək,
Tikanlar əl çalar, gül qınar bizi."
- Sən olmasaydın
71. "Ömrün payızında sevdim, sevildim,
Elə bilirəm ki, ilk baharam mən.
Arxanca sürünən kölgənəm sənin,
Harda qərar tutsan, orda varam mən.
Mey olsan, yanında bir qədəh ollam,
Gül olsan, çətrini öpən meh ollam.
Ot olsan, bir anda dönüb şeh ollam.
Dağ olsan, zirvənə yağan qaram mən.
Başımı qoyaram gündə yüz kərə
Bir yol ayağını basdığın yerə.
Eşqindir ucaldan məni göylərə,
Bu eşqin gücünə minnətdaram mən.
Sevgiyə hədd qoymaq, düzü günahdır,
Cahilin hər işi, sözü günahdır.
Eşqi günah saymaq özü günahdır,
Kim deyir, eşqimdə günahkaram mən?
Özün bir aləmsən, eşqin bir aləm,
Sən olan könüldə nə kədər, nə qəm!
Sənsiz bu dünyanın ən bədbəxtiyəm,
Səninlə dünyada bəxtiyaram mən."
- Seçilmiş Əsərləri 1.Cild
72. "Ən qorxulu düşmənin
Gələrəm öhdəsindən,
Ancaq özüm özümlə
Bacara bilmirəm mən,
Bacara bilmirəm mən."
- Seçilmiş Əsərləri 1.Cild
73. "Uşaqlıq şəklimə hey baxıram mən,
İllər xəyalımdan süzülüb keçir.
Şirin xatirələr gözüm önündən
Gah ağlayıb keçir, gah gülüb keçir.
Küçədən tapdığım rəngli bir şüşə,
Könlümü nə qədər sevindirərdi!
Adamlar, adamlar məni həmişə
Oxşayar, əzizlər, xoş dindirərdi.
Xəyalən uçardım ulduza, aya.
Bir təzə sevdaya düşərdim hər gün.
Elə bilərdim ki, bu qoca dünya
Mənimçün yaranıb, ancaq mənimçün.
Dünya həmin dünya deyilmi aya-
Bəs neçin mənimlə əylənmir yenə?
Artıq köhnə dünya, bu qoca dünya
Özgə cür görünür, özgə cür mənə!..
Bəlkə ayrılmışam özüm-özümdən,
Özgə bir adamam bəlkə indi mən?
Dünya gözəlləşir, dəyişir aləm;
Ömür yollarını vüqarla keçdim.
Anlaya bilmirəm, qana bilmirəm
Dünyamı dəyişdi, mənmi dəyişdim?"
- Seçilmiş Əsərləri 2.Cild
74. "Yandırdı könlümü bu soyuqluğun,
Var ikən, sağ ikən yox olmuşam mən."
- Seçmə Şeirlər
75. "Güllə yarasına nə var?
tez gedər,
Getməz söz yarası, eyham yarası."
- Seçilmiş Əsərləri 1.Cild
76. ".
Her halkın, her milletin,
Veteninden uzakda tapılan "saadetin"
Adı saadet olur,
Özü felaket olur...
."
- Gurub Düşünceleri
77. "Özünü sevməyən özgəni sevməz."
- Seçilmiş Əsərləri 1.Cild
78. "Soruşursan ki, söylə nədir məni sənə sevdirən?
Necə verim cavabını, heç bilmirəm, necə, mən.
Demirəm ki, bahardan xoş, gül-çiçəkdən incəsən,
Bircə bunu bilirəm ki, mənim ürəyimcəsən.
Heç bilmirəm sualını hara, hara mən yozum?
Əgər mən bir səmayamsa - sənsən ayım, ulduzum.
Bülbüləmsə, mən ötərəm bu çəməndə səninçün.
Sən mənimçün yaranmısan, mən də, mən də səninçün.
Uca-uca bir dağamsa, zirvəmdəki qarımsan.
Mən bağlı bir qıfılamsa, sən mənim açrımsan.
Demirəm ki, bahardan xoş, gül-çiçəkdən incəsən,
Bircə bunu bilirəm ki, mənim ürəyimcəsən."
- Sən olmasaydın
79. "Daim sevinc axtaran daim qəmə tuş olur."
- Seçilmiş Əsərləri 1.Cild
80. "Mən oddan qorxmadım yanana qədər;
Mən qorxu bilmədim qanana qədər.
Elə ki, yandım
Odla oynamaqdan qorxdum, dayandım.
Başlandı qorxu -
Başlandı ehtiyat -
Başlandı həyat..."
- Seçilmiş Əsərləri 1.Cild
81. "Yaşamaq - yanmaqdır, yanasan gərək,
Həyatın mənası yalnız ondadır
Şam əgər yanmasa, yaşamır demek
Onun da həyatı yanmağındadır."
- Seçilmiş Əsərləri 1.Cild
82. "Bu necə dünyadır,
İnsan oğlunun
Xəyalı göydədir,özü yerdədir,
Sağ ikən çiynində həyatın yükü
Öləndə cəsədi çiyinlərdədir...
Bu necə dünyadır,bu necə dünya,
Ölümü həqiqət,həyatı röya
..."
- Seçilmiş Əsərləri 1.Cild
83. "Yüz yere parçalandım
Görmediler tam beni
Ben dünyadan incindim
Kınadı alem beni.
Asılmışım dözümden*
Derttir akan gözümden.
Ben kaçmışım özümden
Nerden buldu gam beni."
- Gurub Düşünceleri
84. ".
Gecelerim uzuyor, vaktin ömrü kısalmır.
Uykum gelmir ki, gelmir, sabah gelmir ki, gelmir
Nasıl gelsin?
Ömrümün akşam çağındayım ben.
Biraz durulmak için,
Yolda çukur arayan bir bulanık suyum ben.
Dost ve tanıdıklardan bir tebessüm dilenen
Bir garip yolcuyum ben.
Yaşadığım yılları elekledim bir de ben.
Kolaydır beğenmemek dereleri zirveden
Ömrümün zirvesinde geçenleri taşladım
Ben artık yoklugumu yaşamaya başladım.
..."
- Gurub Düşünceleri
85. "Düzü budur: Bu dünyada
Gücün varsa, sözün haqdır.
Gücün yoxsa, son əlacın
Xəcalətdir, utanmaqdır."
- Seçilmiş Əsərləri 1.Cild
86. "Ümiddir dərdimizin
Sinəsini dağlayan.
Ümiddir bu günümü
Sabahıma bağlayan."
- Seçilmiş Əsərləri 1.Cild
87. ""Ey könül, dünyadan nə küs, nə inci,
Sevincdə qəmi gör, qəmdə sevinci...""
- Seçilmiş Əsərləri 1.Cild
88. "Mərd olun!
Meydanda durun mərd kimi,
Uymayın ötəri şöhrətə, ada."
- Seçilmiş Əsərləri 1.Cild
89. "İstəmirəm,a qardaş,
Yüz-yüz yalan vədi mən..."
- Seçilmiş Əsərləri 1.Cild
90. "Ömrün üç pilləsi var:
Dünən—günah,
Bu gün—dərd,
Gələcəksə—ölümdür.
Üçü birgə—insanın öz-özünə verdiyi
İztirabdır,zülümdür."
- Seçilmiş Əsərləri 1.Cild
91. "Quş qanadla uçar, insan diləklə,
Yatır hər ürəkdə min-min arzular.
Tutub əlimizdən ucaldır bizi,
Arzular, arzular, şirin arzular.
Qəlbə naxış salar hər eşqin izi,
Diləkdir güldürən əməlimizi.
Təzə arzulara aparır bizi,
Arzunun özündən doğan arzular.
Vətən günü-gündən dönür gülzara,
Gör dünənim hara, bu günüm hara,
Aparır daha xoş gözəl çağlara,
Bitib tükənməyir bir an, arzular."
- Sən olmasaydın
92. "El təkləri cür istədi,
"Tək əldən səs çıxmaz"-dedi,
"Bulud təksə, çaxmaz"-dedi.
Amma cüt də təkdən keçir."
- Sən olmasaydın
93. "-Fikirlisən?
-Yox!-dedim,
Kədərimi gizlədir, mən qəmimi danıram,
Nədənsə öz dərdimi hamıya qısqanıram.
Kədərli anlarımda məni heç kəs görməsin,
Söndür,
çırağı söndür!
Sevincim hamınınsa,
kədərim özümündür."
- Sən olmasaydın
94. "Sevə bilirəmsə əgər ürəkdən
Dünyanın ən gözəl adamıyam mən.
Səni sevirəmsə sevirəm demək
Həyatı, dünyanı, yoxdur düşmənim...
Əgər sevirəmsə - qəlbim aynatək
Şəffafdır, həssasdır, kövrəkdir mənim..."
- Sən olmasaydın
95. "...Aldadan anlamır ki,aldadanda aldanır."
- Seçilmiş Əsərləri 1.Cild
96. "Ömrün azlığından gileylənmədi
Ömrü insan kimi başa vuranlar."
- Seçilmiş Əsərləri 1.Cild
97. "Bir nəfər varmı ki, söyləsin mənə,
Necə gəlib keçdi ömründən illər?"
- Seçilmiş Əsərləri 1.Cild
98. "İnsanı tez yorar düşüncələr də,
Verib nəfəsini dərd udar insan.
Özündən başqası olmayan yerdə,
İnsan olduğunu unudar insan..."
- Seçilmiş Əsərləri 1.Cild
99. "Bir şehirde birleşir
İki kıta
Birinin başlangıcıdır,
Birinin sonu…
Sol tarafında debdebeli geçmişinden yadigar kalen,
Başı göklere yücelen
Camileri, burçları, kaleleri;
Durur bin yıldan beri.
Sağ tarafında
Modern evler, bankalar, oteller…
Türkoğlu
Gözlerinden sualler yağa yağa,
Kâh sağa bakar, kah sola.
İstanbul geçmişin vakurlu, şanlı,
Bu günü özüne yad,
Geleceği dumanlı…
Bugün
Bir ayağı Avrupadadır,
Bir ayağı Asya’da
Turkün."
- Şiirler
100. "Bəs niyə sorulmur haqqı, hesabı
Ürəkdə açılan bu şırımların?.."
- Seçilmiş Əsərləri 1.Cild
101. "Daim sevinc axtaran, daim qəmə tuş olur
Düşmənəm, yaltaqlanıb təpəyə dağ deyənə!
"Bu dünyada birtəhər qoy yaşayaq!"- deyənə
Ah! Birtəhər!.. lüğətə bu söz hardan gəlmədir?!
Yaşamaq yaşamaqdı! Bəs bu birtəhər nədi?!"
- Seçilmiş Əsərləri 2.Cild
102. "Ürək sındırmayın siz, ey adamlar,
Bülbül yuvasına daş atılarmı?!"
- Seçilmiş Əsərləri 1.Cild
103. "Səninlə olduğum bir dəqiqəmi,
Sənsiz keçirdiyim ilə verərdim!"
- Sən olmasaydın
104. "Müyəssər deyildir hər kəsə ancaq
Ürəkdən keçəni gözdən oxumaq..."
- Sən olmasaydın
105. ""Ay həzarat, bir zəmanə gəlibdir,
Ala qarğa şux tərlanı bəyənməz.
Oğullar atanı, qızlar ananı,
Gəlinlər də qaynananı bəyənməz...""
- Seçilmiş Əsərləri 1.Cild
106. "Yer bana dar gelir, gök verin bana."
- Gurub Düşünceleri
107. ""Bu dünya beş gündür", - deyib hər yerdə
Sağ ikən qəbirdə uzanan da var.
Öz alın tərilə bircə ömürdə
Yüz insan ömrünü qazanan da var."
- Seçilmiş Əsərləri 1.Cild
108. "Allahı qəlbində görməyənlərə
Vicdan kəlməsini necə anladaq?"
- Seçilmiş Əsərləri 1.Cild
109. "Məhəbbətə hörmət olar,
Qorxuyasa nifrət olar."
- Seçilmiş Əsərləri 1.Cild
110. "Daim sevinc axtaran, daim qəmə tuş olur
Düşmənəm, yaltaqlanıb təpəyə dağ deyənə!
"Bu dünyada birtəhər qoy yaşayaq!"- deyənə
Ah! Birtəhər!.. lüğətə bu söz hardan gəlmədir?!
Yaşamaq yaşamaqdı! Bəs bu birtəhər nədi?!"
- Seçilmiş Əsərləri 2.Cild
111. "Düşmənin nifrəti deyil qorxulu,
Dostun soyuqluğu düşmənçilikdir."
- Seçilmiş Əsərləri 1.Cild
112. "Öz içimdə, öz dünyamda
Hakim də mən,
Məhkum da mən."
- Seçilmiş Əsərləri 1.Cild
113. "Güllər üstə uçan, qaçan,
Bir qayğısız kəpənəkdin,
Çiçəklərin ürəyində,
Sən ən şirin bir diləkdin.
Sorağını gül-çiçəkdən,
Alınca mən, gördüm yoxsan,
Qaçdım sənin dalınca mən,
gördüm yoxsan.
Nəğmə deyir sənə güllər,
Yel əsdikcə narın-narın.
Hər çiçəkdən bir rəng alır,
Qızıl-qızıl qanadların.
Hansı gülü oxşadınsa,
Ləçəyində izin qaldı.
Səni tutdum, uçub getdin,
Əllərimdə tozun qaldı."
- Sən olmasaydın
114. "Hamını hiss edən, başa düşən mən,
Özümü bir dəfə başa düşmədim..."
- Sən olmasaydın
115. "Ötüb keçən hər ilin,
Bir cür hədiyyəsi var..."
- Sən olmasaydın
116. "Səhv atılan addımları
Sonradan anlayıram.
Baxıb vicdan güzgüsünə
Özümü danlayıram."
- Seçilmiş Əsərləri 1.Cild
117. "İstəmirəm həyatım sakitcə bir otaqda
gəlib keçsin lal kimi...
Səyyah olub həyata seyirçi bir nəzərlə
baxmağı istəmirəm."
- Seçilmiş Əsərləri 1.Cild
118. "Diri ikən, sağ ikən,
Öz səsi olmayanın ölümü səssiz keçər.
Min-min dəfə ölənin matəmi yassız keçər."
- Seçilmiş Əsərləri 1.Cild
119. "Yatmaq istəyirəm...
sənsizliyimi
Yuxu dənizində batırım deyə."
- Seçmə Şeirlər
120. "Yaman darıxmısam səninçün,yaman!
Mən əsir düşmüşəm öz istəyimə.
Nifrəti gizlətmək asandan asan
Sevgini gizlətmək mahalmış,demə!
Haraylar yüksəlir könüldən yenə,
Bu necə haraydı,bu necə haydı?
Öhdəmdən gələrdim…Gözüm üzünə
Qulağım səsinə darıxmasaydı…
Yaman darıxmışam…Bu nədir yenə
Ağlım sağa baxır,ürəyim sola.
Ürəyim dönübdür göy göyərçinə
Qonub sən gedəli sən gələn yola.
Yuxuma gəlmişdin…Qısıldıq küncə
Danışdıq…Yel əsdi…Dağıldı dərd-qəm.
Kölgəyə dönmüşdüm,səni görüncə
Sənin işığında yox oldu kölgəm…"
- Seçmə Şeirlər
121. "Öz bedenim, öz canım dönüp bana yük olmuş."
- Gurub Düşünceleri
122. "Ata o kəsdir ki, dayanıb öndə
Övladın hissilə yaşaya bilsin,
Övlad o kəsdir ki, çiyinlərində
Atanın dərdini daşıya bilsin."
- Seçilmiş Əsərləri 1.Cild
123. "Yağmaq xatirinə yağan yağışın
Nə bağa xeyri var, nə dağa xeyri!"
- Seçilmiş Əsərləri 1.Cild
124. "Gerçek de şu ki: Gizlidir her zerrede vahdet.
Bir zerre iken külle kavuşmak ulu niyet.
Gördüklerimiz zahiridir, batına nüfuz et.
Batındaki, cevherdeki özdedir Allah."
- Gurub Düşünceleri
125. "Özüm öz əllərimlə
Bir gün bal içirəmsə,
Bir gün zəhər içirəm.
Mən həyat yollarından
Ayaqlarımla deyil,
Əqidəmlə keçirəm."
- Seçilmiş Əsərləri 2.Cild
126. "Özünü məhv etməyə silah yaratmış insan...
Kendisini mahvetmeye silah yaratmış insan..."
- Seçilmiş Əsərləri 2.Cild
127. "Varmı könül həmdəmi,
Ala məndən bu qəmi?"
- Sən olmasaydın
128. "Çatar öz kamına, həsrətdə deyər bəxtiyaram,
O könüllər ki hər an nəfsinə hakimdi, gülüm."
- Sən olmasaydın
129. "Dil açanda ilk dəfə «ana» söyləyirik biz,
«Ana dili» adlanır bizim ilk dərsliyimiz.
İlk mahnımız laylanı anamız öz südüylə"
- Şiirler
130. "Gözləri görməyən kor deyil hələ,
Görmək istəməyən kordur, deyərdim.
Belə müqəvvaya, belə cahilə
Həyatın özü də gordur deyərdim."
- Seçilmiş Əsərləri 1.Cild
131. "Ey öz doğma dilində danışmağı ar bilən,
Bunu iftixar bilən
Modalı ədəbazlar
Qəlbinizi oxşamır qoşmalar, telli sazlar.
Qoy bunlar mənim olsun."
- Seçilmiş Əsərləri 1.Cild
132. "Min dərd hücum etsə, könül, sıxılma,
Bir nəfər dərd bilən sirdaşın olsa."
- Seçilmiş Əsərləri 1.Cild
133. "Sən mənə zülm eylədin, mənə zülm yaraşır.
Bir salama dəyməyən eşqə ölüm yaraşır!"
- Seçmə Şeirlər
134. "Bu dünyanın o dünyaya vaadiyim
Ben varlığın yokluktaki var sesiyim.
O dünyadan bu dünyaya gelen oldum,
Bu dünyadan o dünyaya gidesiyim."
- Gurub Düşünceleri
135. "Vətənin yolunda ölən şəhidlər
Ölmür, qovuşurlar əbədiyyətə"."
- Seçilmiş Əsərləri 1.Cild
136. ".
İbret derslerinden koca tarihin
Niye ögrenmeyiz, niye bilmirem.
Sorunun cevabı çetinden çetin,
Öyle dertler var ki... diyebilmirem.
."
- Gurub Düşünceleri
137. "Sən mənə zülm eylədin, mənə zülm yaraşır.
Bir salama dəyməyən eşqə ölüm yaraşır."
- Seçilmiş Əsərləri 1.Cild
138. "Ayrıldıq... nəğməmiz qaldı yarımçıq,
Fikirlər pərişan, könüllər qırıq.
Ayrıldıq... de harda ləngidi zaman?
İndi nə sən sənsən, nə də mən mənəm."
- Seçilmiş Əsərləri 1.Cild
139. ""Ədalət bizdədir. Bizimdir zəfər,
Daim güvənmişik biz həqiqətə.
Vətənin yolunda ölən şəhidlər
Ölmür, qovuşurlar əbədiyyətə. ""
- Seçilmiş Əsərləri 1.Cild
140. "Nə sən gülsən, nə mən bülbül."
- Seçilmiş Əsərləri 2.Cild
141. "Elenip geçmişim artık ben elekten öteye
Yüreğim nazilip ak tülden, ipekten öteye
Beni sevdaya salan cevheri görmek diledim,
Meğer varmış bir özek bir kat özekten öteye.
Bu kadar olmaz idi kör feleğin zulmü bize,
Bizi döndürdü felek çerhi-felekten öteye.
"Sen gereksin bana" söylerken utandım düzü ben,
Sen gereksin bana vallah, bu gerekten öteye.
Ulu rüyalarımız kalp için idrak çığırı,
Bu çığırdan geçeriz biz gelecekten öteye.
Benim öz bahtıma yar, ömrüme yol, kalbime kalp,
Sinem altında yüreksin, sen yürekten öteye."
- Gurub Düşünceleri
142. "Cavan oğlan, sən gecənin bu çağında,
Nə gəzirsən pəncərənin qırağında?
Söylə hansı duyğu ilə qəlbin vurur?
Külək əsir, şaxta kəsir, qar sovurur.
Gah papiros çəkir, gah fit çalırsan,
Sən gəzdikcə qar üstünə iz salırsan.
Cavan oğlan, sənin mənə sözünmü var?
Duyğundurmu qar üstündə yazılanlar?
Aç qəlbini, aç utanma, nə deyirsən?
Yoxsa məndən sən cavabmı gözləyirsən?
Qoy cavabım qalsın mənim özgə vaxta,
Qar sovurur, qılınc kimi kəsir şaxta.
Niyə palto geyməyibsən, cavan oğlan,
Üşüyürsən, get evinə, aman, oğlan!"
- Sən olmasaydın
143. "Gülüşündə nə sirr var,
Hər ürəyi o, əfsunlar?
Açar çiçək, gülər bahar,
Sən güləndə, sən güləndə."
- Sən olmasaydın
144. "Könül ki var gah açılır, gah tutulur,
Kim deyir ki, sevgi sönür, unudulur?
Unut demə, sevən dil yox, ürəyimdir,
Dilə nə var, dildə hər şey asan olur..."
- Sən olmasaydın
145. "Mən gizlədə bilməmişəm ömrüm boyu
Dodağımın arxasında ürəyimi...
O alışıb."
- Seçilmiş Əsərləri 1.Cild
146. "Bir rəngi yox, göylərin min rəngini sevirəm
Bir gülü yox, güllərin çələngini sevirəm.
Mən çıxmağa təpə yox, uca dağ istəyirəm,
Həyatı həyat kimi yaşamaq istəyirəm."
- Seçilmiş Əsərləri 1.Cild
147. "Yaşamaq-yanmaqdır, yanasan gərək,
Həyatın mənası yalnız ondadır
Şam əgər yanmasa, yaşamır demək
Onun da həyatı yanmağındadır."
- Seçilmiş Əsərləri 1.Cild
148. "Mən haqq hesab istəyirəm
Gecələr gündüzümdən.
Narahatam, narazıyam
Ömrüm boyu özümdən."
- Seçilmiş Əsərləri 1.Cild
149. "Millətin adından danışan çoxdur,
Millətin dərdinə alışan gərək."
- Seçilmiş Əsərləri 1.Cild
150. "Sakit axıb gecələr
Bulaq nələr danışır?
Elə bil ki, nağıllar,"
- Sən olmasaydın
151. "İki yolun ayrıcında dayanıb,
Gah o yandan, gah bu yandan qorxuram.
Divdən deyil, milçək qədər gücüylə
Mən özünü div sayandan qorxuram.
Haqq evində haqq divanı qurulmuş,
Hər qazancın öz bahası sorulmuş.
Təmənnasız boynumuza yük olmuş
Bağışlanan şərəf-şandan qorxuram."
- Seçilmiş Əsərləri 2.Cild
152. "Dözdü hər zillətə, dözdü hər şeyə,
“Dünyada mənim də haqqım var”,- deyə
Kütləni xalq edən müqaviləyə
Qanıyla qolunu çəkdi şəhidlər.
İnsan insan olur öz hünəriylə,
Millət, millət olur xeyri, şəriylə.
Torpağın bağrına cəsədləriylə,
Azadlıq tumunu əkdi şəhidlər."
- Şehitler
153. "Sonda sevincə dönür
Çəkdiyimiz əzablar.
Uduzduğum - ömürdür,
Qazandığım - kitablar."
- Seçilmiş Əsərləri 1.Cild
154. "Neyləyirəm o ürəyi-
Yox arzusu bir diləyi!?
Bacarmırsa o sevməyi
Demək o heç ürək deyil.
O heç mənə gərək deyil!"
- Seçilmiş Əsərləri 1.Cild
155. "Ağlım ürəyimə necə qıyıbdır,
Mən özüm-özümə bir yük olmuşam.
Sinəmdə ürəyim buz bağlayıbdır,
Budağı budanmış kötük olmuşam."
- Seçilmiş Əsərləri 1.Cild
156. "Ömrün üç pilləsi var:
Dünən - günah,
Bu gün - dərd,
Gələcəksə - ölümdür.
Üçü birgə - insanın öz-özünə verdiyi
İztirabdır, zülümdür."
- Seçilmiş Əsərləri 1.Cild
157. "Bir arzuya çatan kimi
Arzu düşür gözümüzdən..."
- Seçilmiş Əsərləri 1.Cild
158. "Qorxuram xəyalımın məni hər gün aldadıb
Sərxoş edən meyindən.
Bir də... könül dəryamın dibsiz
dərinliyindən."
- Seçilmiş Əsərləri 1.Cild
159. "Bəlkə də səadət ömrümüz boyu
Nəyisə... gözləmək... hey... gözləməkdir."
- Seçilmiş Əsərləri 1.Cild
160. "Hamıya yer çatar, genişdir cahan.
Əcəl başımıza kölgə salmamış
Sizdən "can" eşidim, sizə "can" deyim.
Adamlar, adamlar,
yalnız xoş baxış,
Bir də təbəssümdür sizdən istəyim."
- Seçilmiş Əsərləri 1.Cild
161. "Gecǝyǝm,
gündüzümü
Unutdurdun sən mənə
İnsanam, öz-özümü
Unutdurdun sən mənə
Bu dünyada hər şeyi
Unutdurub sən mənə
Çəkdirmisən göz dağı,
Əvəzində öyrətdin
Səni unutmamağı!..."
- Seçilmiş Əsərləri 1.Cild
162. "Uyuruqsa nəfs adlanan elçiyə,
Tüpürürük vicdan kəsən ölçüyə.
Odur verən düz qiyməti hər şeyə
Vicdanından qorxmayandan qorxuram."
- Seçilmiş Əsərləri 1.Cild
163. "Məcnun olanlar gərək
Məcnunu qəlbən duya.
Sən oxuya-oxuya
Məcnunu da ötərsən,
Sen ondan da betərsən."
- Seçilmiş Əsərləri 1.Cild
164. "Xoş bir təbəssümü,gözəl bir sözü,
Bəzən biz qıymırıq bir-birimizə."
- Seçilmiş Əsərləri 1.Cild
165. "Yatmaq?
Nə görmüsən bu yatmaqda sən?
Yatmaq da bir cürə ölüm deyilmi?"
- Seçilmiş Əsərləri 1.Cild
166. "Qınama,bələdəm mən bu həyata,
Kim çərxi geriyə döndərə bilmiş?
Övlada qızıldan taxt verər ata,
Qızıldan bəxtini kim verə bilmiş?"
- Seçilmiş Əsərləri 1.Cild
167. "Yağsan da mən gedəcəyəm.
Görüşəndə yağışda biz.
Üstümüzdə açılacaq,
Çətir kimi öz eşqimiz."
- Sən olmasaydın
168. "Xəyal gah dağdadır, gah da aranda,
Gah göyə yüksəlir, gah enir insan.
Otaqda bir saat tək oturanda,
Yüz ilin dərdiylə yüklənir insan."
- Seçilmiş Əsərləri 1.Cild
169. "Düşmənin nifrəti deyil qorxulu,
Dostun soyuqluğu düşmənçilikdir."
- Seçilmiş Əsərləri 1.Cild
170. "Dilini bir ilə öyrəndim... nahaq!..
Öz dilim özümə kəsilib yağı.
Bütün ömrüm boyu çalışdım, ancaq
Öyrənə bilmədim danışmamağı...
Başıma bəladır mənim öz dilim,
Dənizəm üzümə durub sahilim.
Yerimək öyrətdin tutub əlimdən,
Dolaşdım aranı, dolaşdım dağı.
Balana yerimək öyrədincə sən,
Gərək öyrədəydin yıxılmamağı..."
- Seçilmiş Əsərləri 1.Cild
171. ".
Helelikse güzdür...
Üşüyorum ben.
Bu deli rüzgarlar ya nerden eser?
Ömrümden ayrılıp beni kahreden,
Benden yüz çeviren bahardan eser.
."
- Gurub Düşünceleri
172. ".
Eğer olmasaydı deryaca derdim,
Derdin yokluğunu ben dert ederdim.
Nedir yürekteki bu gizli sancı?
Şu yerde derk ettim, sen nesin, Allah?
Eğer olmasaydı, gamın kazancı
Şadlık ne harcardı göresen , Allah ?
."
- Gurub Düşünceleri
173. ".
Ömür yolu bir koşuymuş, yarışmış;
Yarışanlar son menzilde barışmış.
Hayırla şer birbirine karışmış,
Hıyanet var, diyanetten yukarı.
Rahmedersen eğer zalim düşmana,
Zulmedersin hem kendine, hem bana.
Bu merhamet ihanettir vatana,
Zulüm de var, merhametten yukarı.
."
- Gurub Düşünceleri
174. "Kadir'siz Şuşa'da kadrin bilinmez,
Bu bahar şakıma bülbül, sen Allah!
Açma harı bülbül, açma sen bu yıl,
Görürsün, bu bahar bizimçin değil."
- Gurub Düşünceleri
175. "Ne çok imiş bu toprağa göz diken
Baka baka gözümüze mil çeken.
Düşmanımız dostumuzdan çok iken
Türk'ün Türkle adavete hakkı yok.
Sînesini yarmalıyız zulmetin
Bu amaca gittiğimiz yol çetin.
Her gün nice şehit veren milletin
Birbiriyle adavete hakkı yok."
- Gurub Düşünceleri
176. "Sevinç dağına çıksan
Sanma dertten uzaksın.
Bir gün ağlıyacaksın
Gülebildiğin kadar."
- Gurub Düşünceleri
177. "Seninle oldugum bir deqiqemi
Sensiz kecirdiyim ile vererdim.."
- Seçilmiş Əsərləri 1.Cild
178. "Şarkı o şarkıdır, değişmiş avaz.
Yine "köhne hamam, yine köhne tas"
Cahil başta gezer, âkil ayakta
Bülbül kafestedir, karga budakta."
- Gurub Düşünceleri
179. "Yaşamaq istəmirəm sürünüb dizin-dizin,
İstəyirəm ən uca zirvələrə mən qonam.
Xəfif sakitliyini neyləyirəm dənizin.
Onun qasırğasına, dalğasına vurğunam."
- Axı Dünya Fırlanır...
180. "Dedim: - Ay səadət, hardasan, harda?"
- Seçilmiş Əsərləri 2.Cild
181. "Döşünə gül taxmısan,
Əkizsənmi güllə sən?
Baxdım sənə, gah gülə,
Seçmədim gülü güldən.
Özü gül olan gözəl,
Dərilmiş gülü neylər.
Sən gülü iyləyirsən,
Yoxsa gül səni iylər?
Qoy o səni iyləsin,
Sən ondan da qəşəngsən.
O dərilib,-sən isə,
Dərilməmiş çiçəksən."
- Sən olmasaydın
182. "Elə bilirdim ki, bütün dərdlərin
Dərmanı şeirdir!..."
- Sən olmasaydın
183. "Beş nəfərin yanmağından nə çıxar,
Xalq yanmasa, dönüb millət olammaz."
- Sən olmasaydın
184. "Ümid yaşadar bizi.."
- Seçilmiş Əsərləri 1.Cild
185. "Nəyisə itirmədən
Nəyisə tapmaq olmur..."
- Seçilmiş Əsərləri 1.Cild
186. "Az ömürdən vaxt oğurlanır,
İnam oğurlanır, əsəb korlanır...
Bilmirəm, sən mənə başa sal bunu,
Bu hansı zamandır, bu hansı çağdır.
-Əsəb oğrusunu, qəlb oğrusunu,
Sevinc oğrusunu kim tutacaqdır?"
- Seçilmiş Əsərləri 1.Cild
187. "Ağlasan, hönkür ağla, gülsən, qəhqəhə çək, gül.
Gülsən də, ağlasan da tamam doysun qoy könül."
- Seçilmiş Əsərləri 1.Cild
188. "Bu gün yeyilirsə birinin haqqı,
Sabah da səninki yeyiləcəkdir."
- Seçilmiş Əsərləri 1.Cild
189. "Gəlirsən, gedirsən...
Gözüm üzündə,
Bilmirsən nə sorur, nə deyir atan.
Üzündən, gözündən,
hər bir sözündən
Qəlbini oxumaq istəyir atan.
Gəlirsən, gedirsən... heç nə sormuram
Baxışlar danışır, baxışlar ancaq.
Bilmək istəyirəm, a mənim balam,
Səni isidirmi qonduğun budaq?"
- Seçilmiş Əsərləri 1.Cild
190. "Yaşamaq, yanmaqdır, yanasan gərək,
Həyatın mənası yalnız ondadır
Şam əgər yanmasa, yaşamır demək
Onun da həyatı yanmağındadır.
«Bu dünya beş gündür»,- deyib hər yerdə
Sağ ikən qəbirdə uzanan da var.
Öz alın tərilə bircə ömürdə
Yüz insan ömrünü qazanan da var."
- Seçmə Şeirlər
191. "Qatil gülləsinə qurban gedirkən,
Gözünü sabaha dikdi Şəhidlər.
Üçrəngli bayrağı öz qanlarıyla,"
- Seçmə Şeirlər
192. "Yalnız indi anladım; ah, sən daha mənimçün
Əlçatmaz bir çiçəksən,
Yaşanmış günlərim tək geri dönməyəcəksən!..."
- Seçmə Şeirlər
193. "Yaman darıxmısam senincun,yaman!
Men esir dusmusem oz isteyime.
Nifreti gizletmek asandan asan
Sevgini gizletmek mahalmıs,demə!
Haraylar yukselir konulden yene,
Bu nece haraydı,bu nece haydı?
Ohdemden gelerdim…Gozum uzune
Qulagım sesine darıxmasaydı…
Yaman darıxmısam…Bu nedir yene
Aglım saga baxır,ureyim sola.
Ureyim donubdur goy goyercine
Qonub sen gedeli sen gelen yola.
Yaman darıxmısam…Her axsamcagı
Arzumu gunesin teline sardım.
Menimle olsaydı,men darıxmagı
Zamana en uzun olcu sanardım…
Yuxuma gelmisdin…Qısıldıq kunce
Danısdıq…Yel esdi…Dagıldı derd-qem.
Kolgeye donmusdum,seni gorunce
Senin isıgında yox oldu kolgem…"
- Seçmə Şeirlər
194. "Ömrün üç pilləsi var:
Dünən—günah,
Bu gün—dərd,
Gələcəksə—ölümdür.
Üçü birgə—insanın öz-özünə verdiyi
İztirabdır,zülümdür."
- Seçilmiş Əsərləri 1.Cild
195. "Sevinc dağına çıxsan
Sanma dərddən uzaqsan.
Bir gün ağlayacaqsan
Gülə bildiyin qədər."
- Seçilmiş Əsərləri 1.Cild
196. "Necə təmizləyək dünən kirlənən
Bu gün saflıq uman ürəyimizi?
Haqqa çətin gələr haqqından dönən,
Təzədən yaratsın yaradan bizi!"
- Seçilmiş Əsərləri 1.Cild
197. "Qəribə zamanda yaşadıq, oğul,
Bilmədik maskayla üzün fərqini.
Vallah, seçilmədi hiylədən ağıl,
Bilmədik əyriylə düzün fərqini."
- Seçilmiş Əsərləri 1.Cild
198. "Sənin yanında da sənə həsrətəm,
Həsrət ayrılıqdan uzun olurmuş..."
- Seçilmiş Əsərləri 1.Cild
199. "Məni sıxır,
ele bil, bir qəlibdir bu dünya.
Mənim üçün necə də boşalıbdır bu dünya."
- Seçilmiş Əsərləri 1.Cild
200. "Bu necə dünyadır,
İnsan oğlunun
Xəyalı göydədir, özü yerdədir,
Sağ ikən çiynində həyatın yükü
Öləndə cəsədi çiyinlərdədir...
Bu necə dünyadır, bu necə dünya,
Ölümü həqiqət, həyatı röya."
- Seçilmiş Əsərləri 1.Cild
201. "Kadir'siz Şuşa'da kadrin bilinmez,
Bu bahar şakıma bülbül, sen Allah!
Açma harı bülbül, açma sen bu yıl,
Görürsün, bu bahar bizimçin değil."
- Gurub Düşünceleri
202. "Ne çok imiş bu toprağa göz diken
Baka baka gözümüze mil çeken.
Düşmanımız dostumuzdan çok iken
Türk'ün Türkle adavete hakkı yok.
Sînesini yarmalıyız zulmetin
Bu amaca gittiğimiz yol çetin.
Her gün nice şehit veren milletin
Birbiriyle adavete hakkı yok."
- Gurub Düşünceleri
203. "Büyüyemiyoruz, kinden, garezden,
İşte en korkulu marezimiz bu.
Aynı bu dehşetli dertten, marezden
Millet azap çeker yüzyıllar boyu."
- Gurub Düşünceleri
204. "Millətlər dostluğu! Astar üz imiş,
Bunun nəyi varmış sözündən özgə?
Atatürk düz demiş, vallah, düz demiş:
"Yoxdur türkün dostu özündən özgə"."
- Şəhidlər
205. "Tapılar yenə də qınayan bizi."
- Seçilmiş Əsərləri 1.Cild
206. "Düzü budur:Bu dünyada
Gücün varsa, sözün haqdır.
Gücün yoxsa, son əlacın
Xəcalətdir, utanmaqdır."
- Seçilmiş Əsərləri 1.Cild
207. ""Özündən başqası olmayan yerdə,
İnsan olduğunu unudar insan...""
- Seçilmiş Əsərləri 2.Cild
208. "Nə dünya qocalır, nə də zəmanə,
Zamanın əlində qocalan bizik.
Odunu, közünü verib illərə,
Oddan külə dönüb puç olan bizik.
Doğulan hər körpə, gələn hər bahar,
Qoca dünyamızı cavanlaşdırar,
Zaman təzəsini yaradar, qurar,
Tökülən, sökülən, saçılan bizik.
Dünyanın gəncliyi - öz dövrəsində,
Torpağın gəncliyi - göy pöhrəsində.
Körpə nəvələrin gül çöhrəsində
Gül kimi yenidən açılan bizik."
- Sən olmasaydın
209. "Bilmedin, günahın bir değil, bindir,
Ama en büyüğü güzelliğindir"
- Şehitler
210. "Bu necə.dünyadır,insan oğlunun
Xəyalı göydədir,özü yerdədir,
Sağ ikən çiynində həyatın yükü
Öləndə cəsədi çiyinlərdədir.
Bu necə dünyadır,bu necə dünya
Ölümü həqiqət,həyatı röya..."
- Seçmə Şeirlər
211. "Kölgem qeder yaxınsan,
Ancaq tuta bilmirəm.
"Unut" demək asandır,
Mən unuda bilmirəm."
- Seçilmiş Əsərləri 1.Cild
212. "Səninlə Bəxtiyaram mən, ayım sənsən ilim sənsən,
Bu dünyada mənim sənsiz ayım yoxdur, ilim yoxdur."
- Seçilmiş Əsərləri 1.Cild
213. "Qatar gedir özbaşına,
Yetdim ixtiyar yaşına.
Çatıram mənzil başına,
Sonuncu döngəsi qaldı."
- Seçilmiş Əsərləri 1.Cild
214. "Eşqi günah saymaq özü günahdır,
Kim deyir, eşqimdə günahkaram mən?"
- Seçilmiş Əsərləri 1.Cild
215. "Sorunun cevabı çetinden çetin,
Öyle dertler var ki... diyebilmirem."
- Gurub Düşünceleri
216. "Büyüyemiyoruz, kinden, garezden,
İşte en korkulu marezimiz bu.
Aynı bu dehşetli dertten, marezden
Millet azap çeker yüzyıllar boyu."
- Gurub Düşünceleri
217. "Bəslədiyim məhəbbət bir salama dəymədi.
Bəs nə oldu? Bu həsrət bir salama dəymədi?"
- Axı Dünya Fırlanır...
218. "Bəli, əsəbiyəm, çünki insanam,
Mənim nifrətim var, məhəbbətim var.
Quzuya da bəli,
Qurda da bəli?
Deyirsən, olmasın baxışım mənim?
Nöqsanım budursa əgər...
deməli,
Ancaq naxışımdır yalnışım mənim."
- Seçilmiş Əsərləri 1.Cild
219. "Yaz ayları çağıldayan selmisən?
Bu dünyanı oyuncaqmı bilmisən?
Həyat səni güldürəndə gülmüsən.
Hünərin var, ağladanda gül, görüm."
- Sən olmasaydın
220. "Bir konuş nerede hep bu saadet?
Bizim yurdumuza o neden gelmez?"
- Gurub Düşünceleri
221. "Hirsimdən
gör necə əsir bədənim,
De niyə çıxırsan sözümdən mənim?"
- Sən olmasaydın
222. "Bəli, artıq keçmiş ola!
..
Hayıf! Hayıf! Nidasına
Çatır ancaq qüdrətimiz.
Əlimizdə olan zaman
Biləmmirik heç bir şeyin qədrini biz."
- Seçilmiş Əsərləri 1.Cild
223. "Sən kimsən, sən nəsən, özün bilərsən,
Mən ilk qaynağımdan türk oğlu türkəm!
Sübutdur, dəlildir, ağlın qibləsi,
Dəyişə bilərsən adımı ancaq.
Canım çıxanadək qəlbimin səsi,
"Türkəm" -gerçəyini pıçıldayacaq."
- Seçilmiş Əsərləri 1.Cild
224. "Hələ toxum cücərməmiş,
Tarlamıza alaq düşüb.
Başımız da daz olalı,
Əlimizə daraq düşüb.
Xəyallarım - qanad-qanad,
Ətəyimdən dartdı həyat.
Dünənimə Dürat, Qırat,
Bu günümə ulaq düşüb.
Əlim üzüldü diləkdən,
Dilim yandı "gəl" deməkdən.
Öz haqqını gözləməkdən
Haqqın gözünə ağ düşüb.
Bu tayda sən, o tayda mən,
Üzəmmədim bu çayda mən.
Ömr əritdim harayda mən,
Körpü çaydan uzaq düşüb."
- Seçilmiş Əsərləri 1.Cild
225. "Düşmənəm yaltaqlanıb təpəyə dağ deyənə.
"Bu dünyada birtəhər qoy yaşayaq", - deyənə,
Ah, birtəhər!.. Lüğətə bu söz hardan gəlmədir?
Yaşamaq yaşamaqdır! Bəs bu birtəhər nədir?
Mən düşmənəm, düşmənəm belə "ölü canlara",
Gündən qaçıb həmişə kölgə axtaranlara..."
- Seçilmiş Əsərləri 1.Cild
226. "De menden varlisi dunyada varmi?
Seven de ozunu yoxsul sanarmi?"
- Seçmə Şeirlər
227. "Kışta bahar,bahar da kış
Selde,suda od gizlidir.
Ak bulutda yemyeşil ot,
Yeşil otda süt gizlidir.
Nedir bu dert nedir bu gam?
Kah bilirim kah bilmezim.
Her sevinçde bir dert,elem
Her dert de ümit gizlidir"
- Seçmə Şeirlər
228. "Ancaq cəsarətlə addımlayanlar
Ya her şeyi alır, ya da məhv olur."
- Seçilmiş Əsərləri 1.Cild
229. "Unuda bilməkçün səni, sevgilim,
Təzədən doğulam, təzədən gərək!"
- Seçilmiş Əsərləri 1.Cild
230. "Ümidin ömrü vallah,
Ömrümüzden uzundur."
- Gurub Düşünceleri
231. "Gönül bulan, gönül durul,
Her gün sefere hazır ol.
Ömür dediğin beş adım yol,
Beşik-kabir arasında."
- Gurub Düşünceleri
232. "Bizi bin düğüme salan işlerin
Sırrı kalbimizde tufan koparmış,"
- Gurub Düşünceleri
233. "Bir-bir üyüdülür dostlar,tanışlar
Birdən ayılırıq : filankəs hanı?"
- Seçilmiş Əsərləri 1.Cild
234. "Bir qalın kitabmış hər ömür,demə,
Oxumaq istəsən,yum gözlərini.."
- Seçilmiş Əsərləri 1.Cild
235. "Yüz yere parçalandım
Görmediler tam beni
Ben dünyadan incindim
Kınadı alem beni."
- Gurub Düşünceleri
236. "“Bin kitap söz yazarız kalbi uslandırmak için,
Kafidir bir acı söz, bin kalbi kırmak için..”"
- Seçilmiş Əsərləri 2.Cild
237. "Eşqdən qüdrətli dünyada nə var,
Məhəbbət yeri də göyə qaldırar"
- Seçilmiş Əsərləri 2.Cild
238. "Bu necə dünyadır,
İnsan oğlunun
Xəyalı göydədir,özü yerdədir,
Sağ ikən çiynində həyatın yükü
Öləndə cəsədi çiyinlərdədir...
Bu necə dünyadır,bu necə dünya,
Ölümü həqiqət,həyatı röya."
- Seçilmiş Əsərləri 1.Cild
239. "Ömrün üç pilləsi var:
Dünən-günah,
Bu gün-dərd,
Gələcəksə-ölümdür,
Üçü birgə-insanın öz-özünə verdiyi
İztirabdır,zülümdür..."
- Seçilmiş Əsərləri 1.Cild
240. "Göydə aramasın Allahı insan,
Hər kəsin vicdanı öz Allahıdır."
- Seçilmiş Əsərləri 1.Cild
241. "Bu gün mən səni gördüm,
Salam vermək istədim,
Üzünü yana tutdun.
Söylə, illərdən bəri
Qəlbimizin bir duyub
bir vurduğu illəri,
Axı, ne tez unutdun?
Beş ildə gözümüzdən axan o qanlı sellər.
Bir salama dəymədi?
Həyəcanla, fərəhlə, qəmlə dolu o illər
Bir salama dəymədi?"
- Seçilmiş Əsərləri 1.Cild
242. ".
Önder cahildirse, millet de gafil.
Demek bu memleket yüz koyun batmış.
Millet de, önder de uyanan degil
Uyatabilir mi yatmışı, yatmış?
."
- Gurub Düşünceleri
243. "Derindir, korkuludur sakin akan dilsiz sular,
Bir kelime içinde bazen nice söz yatar.
Sıradan gözle görünmez orda yatan duygular,
Çözdüğünde görürsün, kül atında köz yatar.
İçimi göstermedim cahil tutan aynaya,
Yüzde gülüp, içimde müşkülüme ağladım.
Milletimin derdini unvanlayıp özgeye,
Başkasının yasında öz ölüme ağladım."
- Gurub Düşünceleri
244. "Gayeyi unutup söz çürüttüler.
“Vatan” diye diye yazık vatanı
Dolara çevirip cebe dürttüler."
- Gurub Düşünceleri
245. "Eşqdən qüdrətli dünyada nə var,
Məhəbbət yeri də göyə qaldırar"
- Seçilmiş Əsərləri 2.Cild
246. "Dilimizdə olub düşündüyümüz,
Əməldən irəlidədir bizim küyümüz.
Qəlbimiz o qədər təmiz olub ki,
Göz görə düşməni dost sanmışıq biz.
Gözümüz o qədər qorxudulub ki,
«Hələ çay gəlməmiş çırmanmışıq biz»."
- Şəhidlər
247. "Xəyalım yenə də öz səfərində,
Onun söykək yeri dərdim, məlalım.
Anın yüzdə biri, mində birində
Ərzin o başına uçur xəyalım.
Məsafə yox olur göz qırpımında,
Uçan xəyalımın kəramətindən...
Bir də baxıram ki, onun yanında
Diz-dizə, üz-üzə oturmuşam mən.
Xəyal məsafəni yox edib keçir,
Bəs Ona hardandır işıq sürəti?
Bir anın içində əridib keçir
O, həm məsafəni, həm də həsrəti...
İşıqla doludur sevən könüllər,
Tutuşar, alışar o, axşam-səhər.
Sevgiyə mərhaba, sevgiyə alqış!
Çıraq da nurunu gur seldən alır.
Xəyal bu sürəti sevib alışmış
İşıqla süslənmiş könüldən alır."
- Seçilmiş Əsərləri 1.Cild
248. "Haksızın sesi gür, rengi de bin bin.
Her yerde görürüz tantanasını
Adam arıyorum işitebilsin,
Hakkın kuyudaki boğuk sesini."
- Gurub Düşünceleri
249. "Güçlü haksız, hakka galip gelirse
Güçlü olmamağa yoktur hakkımız."
- Gurub Düşünceleri
250. "Bir ananın iki oğlu,
Bir amalın iki qolu.
O da ulu, bu da ulu
Azərbaycan - Türkiyə"
- Seçilmiş Əsərləri 2.Cild